“Alov Qoruyanlar”
16.05.2015 [11:59]
Təxminən 25 gündən sonra Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunları yarışmasına ev sahibliyi edəcək. Hər gün gözümüz qarşısında baş verən yeniliklər isə deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır. Sözsüz ki, bu cür mötəbər yarışmanın Bakıda keçirilməsi Avropa ailəsinin Azərbaycana böyük etimadının bariz nümunəsidir. Birinci Avropa Oyunları tarixi bir idman hadisəsi olmaqla yanaşı, respublikamızın ictimai-siyasi, humanitar, sosial-iqtisadi həyatı haqqında real gerçəklər barədə dünya ictimaiyyətinə məlumat vermək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Sevindirici haldır ki, dünyanın diqqətini çəkən ilk Avropa Oyunlarını hazırda bütün ictimaiyyət nümayəndələri kimi gənclər, eləcə də, “Bakı-2015”in könüllüləri də səbirsizliklə gözləyirlər.
Ənənəmizə sadiq qalaraq, “Yeni Azərbaycan” qəzetinin “Alov Qoruyanlar” adlı rubrikasında ilk Avropa Oyunlarında fəaliyyət göstərəcək növbəti könüllü gənclərimizi oxucularımıza təqdim edirik.
“Bakı-2015” ilk Avropa Oyunları Avropa üçün bir yenilikdir. Ümidvaram ki, birinci Avropa Oyunları gözəl nəticələr verəcək”. Bunu qəzetimizə açıqlamasında Bakı Dövlət Universitetinin I kurs tələbəsi, “Bakı-2015”in könüllüsü Sevinc Paşayeva deyib. O bildirib ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin dünya mediasının gündəmində olması deməkdir. Onun fikrincə, bu isə, öz növbəsində, Azərbaycanın tanıdılması baxımından çox önəmlidir: “Bu, həm də idmana maraq göstərən hər kəsin diqqətinin bütövlükdə ölkəmizə yönəlməsi deməkdir. Oyunlar ərəfəsində ölkəmizə çoxsaylı turistlərin gələcəyinə də şübhə yoxdur. Bu ərəfədə dünya, xüsusən Avropa mediasında ölkəmizlə bağlı çoxsaylı xəbərlərə, yazılara, veriliş və süjetlərə rast gəlmək olur. Bu da, sözsüz ki, ölkəmizin bütün dünyada daha da tanınmasına səbəb olur”. “Bakı-2015”in könüllüsü həm də bu yarışlarda görəcəyi işdən danışıb: “Bura gələn hər kəsə Vətənim haqqında məlumat verəcəm. Bilirsiniz, bu nə qədər qürurverici, həm də şərəfli bir işdir? Mənim kimi minlərlə “Bakı-2015”in könüllülər ailəsinə qatılan hər bir gənc bu gün eyni fikirdədir. Biz hər birimiz ölkəmizlə fəxr edirik və bu cür mötəbər yarışmanın ölkəmizdə keçirilməsini çox yüksək dəyərləndiririk”.
“Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə malik olmasını dünya xalqları əyani şəkildə görəcəklər”. Bunu qəzetimizə Azərbaycan Dillər Universitetinin məzunu, “Bakı-2015”in könüllüsü Lalə Quliyeva deyib: “Birinci Avropa Oyunlarına gələcək idmançılar və turistlər Azərbaycanın inkişafını, güclü iqtisadiyyata malik olmasını, Bakımızın gündən-günə gözəlləşməsini öz gözləri ilə görəcəklər. Birinci Avropa Oyunları Azərbaycanın turizm imkanlarının təbliği baxımından da əhəmiyyətlidir. Yarışlara gələn turistlərin sayı kifayət qədər olacaq və bu, Azərbaycan turizminə böyük fayda verəcək”.
Lalə Quliyevanın fikrincə, birinci Avropa Oyunları xalqımızın milli dəyərlərinin, mədəniyyətinin dünyaya çatdırılması baxımından da tarixi imkandır. “Millət və mədəniyyət olaraq tanınmaq, özünü tanıtmaq lazımdır. Nə yaxşı ki, biz “Bakı-2015”in könüllülərinin də bu işdə az da olsa, payı olacaq. Biz bu yarışlarda ölkəmizin təbliğatını aparacağıq, Onun tarixi keçmişi, bu günü, gələcəyi haqqında qonaqlara məlumat verəcəyik. Bu, çox gözəl və qürurverici bir işdir”.
Vüsalə
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57

