“Sport Time” jurnalının ilk buraxılışı işıq üzü görüb
25.04.2015 [11:54]
Ölkəmizin idman siyasətinə, idmanın inkişafına xidmət göstərən idman jurnallarından biri - “Sport Time”ın ilk buraxılışı işıq üzü görüb. Jurnalın ilk nömrəsi iyunda ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına həsr olunub. Burada Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin birinci Avropa Oyunlarına aid nitqi, Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarımızla görüşü, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti və digər mövzular yer alıb. Jurnalda, həmçinin, “Milli ruh, milli geyim”, “Mənim qarderobum” rubrikaları da oxuculara təqdim edilib. Bu rubrikalarda idmançılar oxuculara maraqlı obrazlarda təqdim olunublar. Bundan başqa, jurnalda Olimpiya komplekslərinin fəaliyyəti, müxtəlif idman növləri ilə məşğul olan idmançılar barədə məlumatlar da yer alıb. Məlumat üçün bildirək ki, jurnalın baş redaktoru yazıçı-jurnalist Jalə Rzabəylidir.
Qeyd edək ki, “Sport Time” iki aydan bir idmansevərlərin görüşünə gələcək. Geniş oxucu kütləsinin və idman yarışlarında iştirak edən əcnəbi qonaqların marağını çəkmək məqsədi ilə bəzi rubrikalar ingilis dilində təqdim olunub. Jurnalın növbəti saylarında bu ənənə davam etdiriləcək və rusdilli oxucular da nəzərə alınacaq. Jurnalda ön sözlə çıxış edən baş redaktor bunları bildirib: “İdman həyatımızın ayrılmaz hissəsidir. İdmanın inkişafına, onun təbliğinə göstərilən qayğı isə hər birimizin vətəndaşlıq borcu, dövlət siyasətinə göstərilən xidmətdir.
İdman ölkələr arasında dostluq, qardaşlıq əlaqələrini möhkəmləndirir, beynəlxalq arenalarda idmançılarımızın qazandıqları uğurlar ölkəmizin nüfuzunu daha da artırır. Bütün bunlar idmanın nə qədər əhəmiyyət daşıdığının göstəricisidir.
Qürurla deyə bilərik ki, dövlətimiz idmana, onun inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərir. Paytaxtla bərabər, regionlarımızda da müasir standartlara cavab verən Olimpiya kompleksləri, stadionlar tikilib istifadəyə verilir. Təməlini Ulu öndər Heydər Əliyevin qoyduğu idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. İdmançılarımızın beynəlxalq arenalarda, Olimpiya Oyunlarında əldə etdikləri nailiyyətlər bu diqqətin bariz nümunəsidir.
Bu il paytaxtımızda keçiriləcək birinci Avropa Oyunları ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi tarixi hadisədir. Bu mötəbər yarışda idmançılarımıza uğurlar arzulayır, bayrağımızın daim zirvələri fəth etməsini diləyirik!
Əziz idmansevərlər! Ümid edirik ki, “Sport Time” jurnalı hər birinizin yaxın dostuna, uğurlarınızın şahidinə çevriləcək. Sizə bol uğurlar, qələbə sevinci arzulayırıq!”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

