Stolüstü tennis üzrə Avropa “Top-16” turnirinin rəsmi açılışı olub
07.02.2015 [10:57]
Bakıda, Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrə Avropa “Top-16” kuboku yarışlarının fevralın 6-da rəsmi açılış mərasimi olub.
AzərTAc xəbər verir ki, əvvəlcə yarışda mübarizə aparan komandalar meydana dəvət olunublar.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Açılış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, gənclər və idman naziri Azad Rəhimov, Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer iştirak ediblər.
Mərasimdə çıxış edən nazir Azad Rəhimov Azərbaycanın son illərdə dünyada mühüm idman ölkəsi kimi tanındığını, respublikamızın mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini bildirib. O, dünyanın və Avropanın mötəbər idman qurumlarının nüfuzlu beynəlxalq turnirlərin keçirilməsini həvəslə Azərbaycana həvalə etdiklərini vurğulayaraq, bu baxımdan Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğının mühüm rol oynadığını diqqətə çatdırıb. Nazir bu yarışın ölkəmizdə keçirilməsi ilə bağlı göstərdikləri etimada görə Beynəlxalq Stolüstü Tennis Federasiyasına Avropa Stolüstü Tennis Birliyinə minnətdarlığını bildirib. Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Kramer Avropa “Top-16” kuboku yarışının Azərbaycanda keçirilməsinin mühüm idman hadisə kimi qiymətləndirib. O, turnirin yüksək səviyyədə təşkil olunmasına görə ölkəmizə minnətdarlığını bildirib.
Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev mötəbər yarışın açılışı münasibətilə təbriklərini çatdırıb. Ş.Mustafayev son illərdə bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın dünyada idman ölkəsi və Olimpiya hərəkatının fəal iştirakçısı kimi tanındığını diqqətə çatdırıb. O, idmanın inkişafının Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin prioritet istiqamətini təşkil etdiyini, bu sahədə mühüm tədbirlərin görüldüyünü bildirib. Ş.Mustafayev idmançılarımızın mühüm beynəlxalq yarışlarda və Olimpiya Oyunlarında böyük uğurlar qazanmalarını bunun bariz nümunəsi kimi qiymətləndirib. Azərbaycanın mühüm beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini deyən Federasiya prezidenti ölkəmizdə bu il birinci Avropa, 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarının keçiriləcəyini bildirib.
Azərbaycanda stolüstü tennis idmanının inkişaf tarixi barədə məlumat verən Ş.Mustafayev deyib ki, ölkəmizdə ilk dəfə təşkil olunan “Top-16” kuboku uğrunda yarışda Avropanın ən güclü 16 kişi və 16 qadın idmançısı mübarizə aparır. O, yarışda Azərbaycanın iki tennisçisinin - Fərhad İsmayılovun və Məryəm İmanovanın da iştirak etdiklərini diqqətə çatdırıb.
Avropa “Top-16” turnirinin ölkəmizdə stolüstü tennis üzrə ən mötəbər yarış olduğunu qeyd edən nazir tədbirin təşkilatçılığına görə təşəkkürünü bildirib, idmançılara uğurlar arzulayıb.
Sonra üçqat Avropa çempionu, 1984-cü ildə mütləq Avropa çempionu xanım Valentina Popova çıxış edərək qitənin ən güclü stolüstü tennisçilərinin Bakıda bir araya gəlmələrindən sonsuz məmnunluq hissi keçirdiyini bildirib. İdman karyerasına Bakıda başladığını bildirən V.Popova Azərbaycanın idmanın bu növündə də zəngin ənənələrə malik olduğunu qeyd edib. O, bu yarışın ölkəmizdə stolüstü tennisin inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Sonra Şahin Mustafayev turniri açıq elan edib.
Açılış mərasimi konsert proqramı ilə başa çatıb.
Fevralın 8-dək davam edəcək turnirdə Avropanın 17 ölkəsindən 34 idmançı mübarizə aparır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

