/ / Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar intellektual nəqliyyat sisteminin təkmilləşdirilməsi işləri aparılacaq
Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar intellektual nəqliyyat sisteminin təkmilləşdirilməsi işləri aparılacaq
17.01.2014 [10:12]
Müvafiq strukturlar 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtımızın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işləri sürətləndiriblər.
Ümumiyyətlə, Avropa Oyunlarınadək paytaxtın yol-nəqliyyat infrastrukturunda görülməli olan işlərin planı hazırlanıb və artıq bu istiqamətdə real addımlar atılır.
Dövlətimizin başçısı 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ötən il fevralın 2-də keçirilən ilk iclasında deyib: “Bu günə qədər bir neçə Olimpiya Oyunlarının tədbirlərində iştirak etmiş adam kimi səmimi şəkildə deyə bilərəm ki, heç bir yerdə nəqliyyat məsələləri hələ lazımi səviyyədə həll olunmamışdır. Hesab edirəm ki, Bakıda keçirilən oyunlar bu sahəyə də öz standartlarını tətbiq etməlidir və ondan sonra Azərbaycan, Bakı standartları digər şəhərlər üçün də nümunə ola bilər. Biz bu məsələyə də kompleks şəkildə baxmalıyıq”.
Azərbaycan Prezidentinin bu sahədə qarşıya qoyduğu mühüm vəzifələrə uyğun olaraq ötən il Nəqliyyat Nazirliyində keçirilən iclas çərçivəsində nəqliyyat xidmətlərinin təşkilinə dair Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən cəlb edilmiş mütəxəssislərlə görüş olub. Bu məqsədlə Nəqliyyat Nazirliyində müvafiq işçi qrupu da yaradılıb. İclasda nəqliyyat xidmətlərinin uğurlu təşkili və yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün müvafiq tapşırıqlar verilib.
Qeyd etmək lazımdır ki, son illər Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün böyük işlər görülüb. Lakin bu infrastruktur günün tələblərinə cavab verməsi üçün daim yenilənməlidir.
Paytaxtda nəqliyyatın hərəkətinin təşkilində önəmli rol oynayan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də bu istiqamətdə fəaliyyətini canlandırıb. Mərkəzin baş direktoru Elnur Abdulayev deyir ki, biz hələ intellektual nəqliyyat sistemi layihəsini həyata keçirərkən bu istiqamətdə işləri planlaşdırmışdıq. Layihəyə uyğun olaraq intellektual nəqliyyat sisteminin iş prinsipi, fəaliyyəti ilə bağlı əhalini məlumatlandırmaq üçün müvafiq internet saytı yaradılıb. Sayt portal formasında Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Artıq əcnəbi vətəndaşlar da bu saytdan yararlana bilərlər. Vətəndaşların saytdan daha rahat istifadə edə bilmələri üçün hazırda saytımızın təkmilləşdirilməsi və yeni dizaynda hazırlanması istiqamətində işlər görülür. Avropa Oyunları ərəfəsində saytımızı yeni formatda və dizaynda istifadəyə verəcəyik.
Nəqliyyat məsələləri üzrə NİİM-də 24 saat fəaliyyət göstərən vahid əlaqələndirmə qərargahının yaradılması və onun fəaliyyətinin təmin edilməsi istiqamətində görülən işlərdən danışan E.Abdullayev qeyd edib ki, ötən ilin ikinci yarısından başlayaraq bu sahədə bir çox tədbirlər reallaşdırılıb. Nəqliyyat nazirinin əmri ilə müvafiq işçi qrupu yaradılıb və qrupa nazirliyin tərkibindəki müvafiq qurumların rəhbərləri daxil ediliblər. Eyni zamanda, Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunları üzrə Təşkilat Komitəsinin nəqliyyat məsələləri üzrə əməkdaşları ilə bir sıra görüşlər keçirilib. Əmrin müvafiq bəndinə uyğun olaraq NİİM-də xüsusi qərargah da yaradılıb.
NİİM-in baş direktoru birinci Avropa Oyunları ilə əlaqədar dayanacaqlarda wi-fi sisteminin quraşdırılıb-quraşdırılmayacağı ilə bağlı suala cavabında bildirib ki, ötən ildən etibarən sistemin quraşdırılması istiqamətində araşdırmalara başlamışıq. Müəyyən alqoritmlər, strukturlar müzakirə olunub, bəzi şirkətlərlə görüşlər keçirilib. Müvafiq qərar verildikdən sonra bu istiqamətdə real addımlar atılacaq.
İntellektual nəqliyyat sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi barədə məlumat verən NİİM-in baş direktoru deyib ki, bu layihənin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, hazırda NİİM-də “141 Qaynar xətti” fəaliyyət göstərir. Təbii ki, birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə nəqliyyat məsələləri üzrə “Qaynar xətt”in funksiyaları genişləndiriləcək. İyirmi dörd saat fəaliyyətlə bərabər, həm də gücləndirilmiş iş rejimində çalışacağıq. Qeyd edim ki, 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi zamanı da bu xidmətin fəaliyyəti yarışmanın Təşkilat Komitəsinə təqdim olunmuşdu və həmin vaxt “141 Qaynar xətti”nin xidmətlərindən əcnəbi vətəndaşlar geniş yararlanıblar.
Bakı şəhərində avtobus dayanacaqlarının adlarının müəyyənləşdirilərək Azərbaycan və ingilis dillərində yazılmasına gəldikdə isə deməliyəm ki, avtobus dayanacaqlarının adlarının müəyyənləşdirilməsi intellektual nəqliyyat sistemi həyata keçirilərkən tam həllini tapıb. Azərbaycan Milli Elmlər Akademiyasına müvafiq məktub göndərilərək razılıq alınıb. Həmin adlardan hazırda internet saytında və bizim sistemin digər vasitələrində istifadə etmək mümkündür. Dayanacaqların üzərində yazıların quraşdırılması məsələsi ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə aparılan işlər qısa müddətdə tam başa çatdırılacaq.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30

