8 qızıl ...
03.10.2025 [13:07]
Ölkəmizdə III MDB Oyunları uğurla davam edir. Oyunların startı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə sentyabrın 28-də Gəncədə verilib. Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlları 23 idman növü üzrə təşkil edilib. Yarışlar “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində keçirilir. O cümlədən Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.
Oyunların arxada qalan günlərinin nəticələri
III MDB Oyunlarına 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
Artıq III MDB Oyunlarında bir sıra yarışlar keçirilib və qaliblər müəyyənləşib. Azərbaycan idmançılarının nəticələri də sevindiricidir. Hələlik respublikaamız III MDB Oyunlarının medal sıralamasında 2-ci pillədə qərarlaşıb. Son məlumatlara görə, təmsilçilərimizin aktivində 8 qızıl, 18 gümüş və 31 bürünc medal var.
Siyahıya Rusiya (47 qızıl, 13 gümüş, 9 bürünc) başçılıq edir. Belarus (7 qızıl, 16 gümüş, 17 bürünc) üçüncü, Özbəkistan isə (3 qızıl, 6 gümüş, 16 bürünc) dördüncüdür.
Azərbaycan taekvandoçularının möhtəşəm uğuru
Respublikamızı təmsil edən taekvando komandası qarşılaşmalarını bititib və möhtəşəm uğura imza atıb. Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan taekvando yarışlarının ikinci günündə Azərbaycanın 11 təmsilçisi fəxri kürsüyə yüksəlib. Bunlardan Vasif Səlimov (68 kiloqram) qızıl, Nigar Abdullayeva, Leyla Bəşirova ( hər ikisi 57 kiloqram), Səmərrux Osmanova, Zemfira Həsənzadə ( hər ikisi 49 kiloqram), Zemfira Aslanova, Nərmin Ənsəri ( hər iki 67 kiloqram), Fuad Məhərrəmli, Məhəmməd Həsənli ( hər ikisi 58 kiloqram ), Rza Əsədli (80 kiloqram) və Xan Məmmədzadə (87 kiloqram) bürünc medal qazanıblar. Bundan əvvəl baş tutan qarşılaşmalarda isə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 6 bürünc əldə ediblər.
Beləliklə, Azərbaycanın taekvondo komandası III MDB Oyunlarını 22 medalla başa vurub. Taekvondo yarışlarında 68 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanan Vasif Səlimov nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Azərbaycan Bayrağını zirvəyə qaldırmaq böyük qürurdur. Bura qızıl medal üçün gəlmişdim. Məqsədimə çatdım. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Gələcək hədəfim 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qalib olmaqdır".
“Doğma torpaqda himnimizin səslənməsi sevindirici haldır”
Yarışlar başlayandan bəri qızıl medal qazanan Azərbaycan idmançılarından biri üzgüçü Oqtay Hüseynovdur. O, 400 metr məsafəyə qarışıq üzmə yarışında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qarşılaşmanı şərh edən Azərbaycanın üzgüçülük millisinin məşqçisi Teymur Quliyev deyib. “Yarışa çox ciddi hazırlaşmışıq. MDB Oyunlarının üzgüçülük yarışlarında heç vaxt qızıl medal qazanmamışdıq. Sevindirici haldır ki, doğma torpaqda himnimiz səsləndi".
Üzgüçü Oqtay Hüseynovun özü isə Azərbaycan bayrağını yüksəyə qaldırdığı üçün çox xoşbəxt olduğunu bildirib. “İlk dəfədir ki, Azərbaycan üzgüçüsü MDB Oyunlarında qızıl medal qazanır. Bunu bacardığım üçün çox sevincliyəm. Xoşbəxtəm ki, Azərbaycanın Bayrağını ən yüksəyə qaldırdım. Yarışdan öncə bir qədər tələskənliyim var idi. Üzməyə başlayarkən bunu aradan qaldıra bildim", - deyə idmançı bildirib.
Samboçumuz fəxri kürsünün ən yüksək pilləsində
Azərbaycan samboçusu Nihad Rəhimov (64 kq) III MDB Oyunlarında qızıl medal qazanıb. İdmançımız finalda Rusiya təmsilçisi Artem Karisovla üz-üzə gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.
Bu seqment üzrə yarışlar Göygöl Olimpiya İdman Kompleksində keçirilir. Azərbaycanın beş samboçusu III MDB Oyunlarında finala yüksəlib. Belə ki, Abdullətif Musayev (53 kq), Rustəm Qasımzadə (58 kq), Nihad Rəhimov (64 kq), Rəsul Səmədli (+98 kq) və Əbubəkir Hüseynov (98 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanmağa nail olublar.
Üzgüçülük yarışlarında daha bir qızıl medal
III MDB Oyunlarında Azərbaycan komandasının hesabına daha bir qızıl medal dünən başa çatan üzgüçülük yarışlarının nəticələrinə əsasən yazılıb. Belə ki. idmançımız Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib. Beləliklə, azərbaycanlı idmançılar üzgüçülük yarışlarını 13 medalla (2 qızıl, 5 gümüş, 6 bürünc) başa vurublar.
Yarışlardan sonra Süleyman İsmayılzadə qızıl medal qazandığına görə çox sevindiyini bildirib. Hisslərini bölüşən idmançı deyib: “Üzgüçülük yarışlarında gərgin mübarizələr gedirdi. Qazandığım qızıl medal Azərbaycanın qələbəsidir. Üzərimdə əməyi olan şəxsi məşqçim Ruslan Tərxanova təşəkkür edirəm. Onsuz bu işi görməyim çətin olardı. Baş məşqçimiz Rəşad Əbdürrəhmanova minnətdaram ki, bizi yarışlara yüksək motivasiya ilə hazırlayır. Azərbaycan Üzgüçülük Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyini hər zaman hiss edirik. Doğma ölkəmizdə Azərbaycan himninin səslənməsi bir başqa sevincdir".
Qeyd edək ki, S.İsmayılzadə III MDB Oyunlarının üzgüçülük yarışlarında ümumilikdə 1 qızıl, 3 gümüş, 1 bürünc medal qazanıb.
4 boksçumuz yarımfinalda
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında ikinci günün döyüşləri başa çatıb. Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turnirin 1/4 final mərhələsində millimizin daha 4 idmançısı qələbə qazanaraq yarımfinala yüksəlib.
Gülər Hüseynova (48 kiloqram) Bibisoro Racabovanı (Tacikistan) məğlub edib – 4:1 (26:30, 26:30, 26:30, 27:30, 29:28). O, yarımfinalda Şahnozabonu İmomaliyeva (Özbəkistan) ilə üz-üzə gələcək.
Qardaş Rəhimov (46 kiloqram) Mikita Beskaravaynidən (Belarus) güclü olub. Boksçumuz rəqibinə 3:2 (28:29, 30:27, 29:28, 30:27, 27:30) hesabı ilə qalib gəlib. O, finala gedən yolda Damir Nazarovla (Tacikistan) münasibətinə aydınlıq gətirəcək.
Eyni çəkidə Əli Ruşanov da adını yarımfinala yazdırıb. Milli üzvü Anqsar Ussenxanu (Qazaxıstan) mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 29:28, 27:30, 29:28, 30:27). Ruşanov növbəti qarşılaşmasında Utkırbek Norkosimovu (Özbəkistan) sınağa çəkəcək.
Ayxan Həsənov (50 kiloqram) isə Dayanç Orayevdən (Türkmənistan) üstün olub. Boksçumuz 4:1 (27:30, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Behruz Umarovla (Tacikistan) döyüşəcək.
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, MDB Oyunlarında bu seqment üzrə qızların yarımfinal görüşləri oktyabrın 2-də, oğlanların yarımfinal görüşləri isə isə ertəsi gün baş tutacaq.
Çövkən millimiz qızıl medala yaxındır
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qızıl medal gözləntisi həmçinin çövkən üzrə milli komandadandır. Sentyabrın 30-da bu idman növü üzrə Şəki Şəhər Stadionunda baş tutan yarışlarda Azərbaycan millisi Küveyt yığmasını 5:0 hesabı ilə məğlub edib. Bununla da millimiz qrupu birinci yerdə başa vuraraq yarımfinala yüksəlib.
Çövkən üzrə turnirdə 6 komanda iştirak edir. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksəlirlər. Azərbaycan millisi yarımfinal oyununu oktyabrın 4-də keçirəcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Dünya
03 Oktyabr 22:30

Dünya
03 Oktyabr 21:28

Elm
03 Oktyabr 20:50

YAP xəbərləri
03 Oktyabr 20:31

Sosial
03 Oktyabr 19:41

YAP xəbərləri
03 Oktyabr 19:01

Dünya
03 Oktyabr 18:46

Maraqlı
03 Oktyabr 18:17

Dünya
03 Oktyabr 17:52

YAP xəbərləri
03 Oktyabr 17:39

YAP xəbərləri
03 Oktyabr 17:37

YAP xəbərləri
03 Oktyabr 17:29

Maraqlı
03 Oktyabr 17:26

Xəbər lenti
03 Oktyabr 17:25

YAP xəbərləri
03 Oktyabr 17:15

Diaspor
03 Oktyabr 17:09

Dünya
03 Oktyabr 16:35

Dünya
03 Oktyabr 16:19

YAP xəbərləri
03 Oktyabr 16:08

YAP xəbərləri
03 Oktyabr 16:08

Hadisə
03 Oktyabr 15:59

Dünya
03 Oktyabr 15:53

YAP xəbərləri
03 Oktyabr 15:42

Dünya
03 Oktyabr 15:22

Dünya
03 Oktyabr 14:46

Dünya
03 Oktyabr 14:30

YAP xəbərləri
03 Oktyabr 14:14

YAP xəbərləri
03 Oktyabr 14:08

YAP xəbərləri
03 Oktyabr 13:47
Dünya
03 Oktyabr 13:34

İdman
03 Oktyabr 13:07

YAP xəbərləri
03 Oktyabr 12:42

Dünya
03 Oktyabr 12:19

Xəbər lenti
03 Oktyabr 11:47

Mədəniyyət
03 Oktyabr 11:25

Gündəm
03 Oktyabr 10:51

Siyasət
03 Oktyabr 10:49

Analitik
03 Oktyabr 10:39

Hadisə
03 Oktyabr 10:34

YAP xəbərləri
03 Oktyabr 10:27

İdman
03 Oktyabr 10:25

Sosial
03 Oktyabr 10:23

İqtisadiyyat
03 Oktyabr 10:21

İqtisadiyyat
03 Oktyabr 10:19

Analitik
03 Oktyabr 10:15

Dünya
03 Oktyabr 09:58

Analitik
03 Oktyabr 09:35

Maraqlı
03 Oktyabr 09:10

Sosial
03 Oktyabr 08:52

MEDİA
03 Oktyabr 08:26

Gündəm
03 Oktyabr 08:13

İdman
03 Oktyabr 08:02

YAP xəbərləri
02 Oktyabr 23:41

YAP xəbərləri
02 Oktyabr 23:32

YAP xəbərləri
02 Oktyabr 23:16

YAP xəbərləri
02 Oktyabr 22:56

Sosial
02 Oktyabr 22:37

YAP xəbərləri
02 Oktyabr 22:25

YAP xəbərləri
02 Oktyabr 22:10

YAP xəbərləri
02 Oktyabr 22:06

YAP xəbərləri
02 Oktyabr 21:44

YAP xəbərləri
02 Oktyabr 21:32

Siyasət
02 Oktyabr 21:16

Siyasət
02 Oktyabr 21:16

YAP xəbərləri
02 Oktyabr 21:11

YAP xəbərləri
02 Oktyabr 21:08

YAP xəbərləri
02 Oktyabr 20:59

YAP xəbərləri
02 Oktyabr 20:34

Elm
02 Oktyabr 20:12

YAP xəbərləri
02 Oktyabr 20:05
