Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Fənərbağça” serbiyalı müdafiəçi ilə anlaşıb

“Fənərbağça” serbiyalı müdafiəçi ilə anlaşıb

29.01.2025 [20:57]

Türkiyənin "Fənərbağça" klubu yeni futbolçu ilə anlaşıb.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan çıxış edən Oqnyen Mimoviçlə razılığa gəlib.

Brayt Osayi-Samuel ilə yeni müqavilə imzalaya bilməyən Superliqa təmsilçisi serbiyalı müdafiəçini heyətinə qatmağa hazırlaşır.

"Srvena Zvezda"nın yetirməsi olan 20 yaşlı sağ cinah oyunçusunun bazar dəyəri 4 milyon avrodur. O, müdafiənin sol və yarımmüdafiənin sağ cinahında da oynaya bilər.

Qeyd edək ki, Serbiya klubu ilə 2029-cu ilin yayınadək müqaviləsi olan gənc futbolçu bu mövsüm 18 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.

Paylaş:
Baxılıb: 391 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31