4-ü qızıl olmaqla 11 medal
10.09.2024 [08:57]
Fransanın paytaxtı Paris şəhərində baş tutan Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. “Stad de Frans” stadionunda təşkil edilən tədbirdə səhnəyə əvvəlcə iştirakçı ölkələrin nümayəndə heyətləri daxil olublar. Ölkələrin rəsmi paradında Azərbaycan Bayrağını Olimpiadanın qızıl mükafatçıları olan paraatletlər Lamiyə Vəliyeva və Səid Nəcəfzadə dalğalandırıblar.
Parisdə tarix yazan paralimpiyaçılarımız
Bəli, Paris Yay Paralimpiya Oyunları artıq tarixdir. Burada tarix olan həm də Azərbaycan paralimpiyaçılarının uğurlu çıxışlarıdır. Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla, ümumilikdə, 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
Paralimpiyaçılarımız qızıl medalları müxtəlif idman növləri üzrə qazanıblar. Ölkəmizin adına qızıl medallardan birini parataekvondoçu İmaməddin Xəlilov qazandırıb. Parataekvondo üzrə Azərbaycan millisinin üzvü olan İmaməddin Xəlilov Paris Olimpiadasına dünya reytinqinin lideri qismində gəlmişdi. Qeyd edək ki, o, çıxış etdiyi son yarışların hamısında ardıcıl qələbələr qazanıb. Son dünya və ikiqat Avropa çempionu titullarını daşıyan idmançımız Parisdə də qələbə əzmi ilə mübarizə aparıb və istəyinə çatıb. K44, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı indi həm də Olimpiya çempionudur.
Paris-2024 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən Səid Nəcəfzadə də Olimpia çempionudur. İdmançı T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda çıxış edərək hamıdan yaxşı nəticə göstərib. Qeyd edək ki, Səid üç il əvvəl Tokio-2020-də bürünc medal qazanmışdı. Parisə gəlməzdən qabaq isə dünya çempionu adını qazanıb.
Azərbaycan paraatleti Lamiyə Vəliyeva da “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızdandır. T13 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəni 11,76 saniyəyə qət edərək nail olub. O, həmçinin eyni kateqoriya üzrə 400 metr məsafəyə qaçışda da qüvvəsini sınayıb və finişə ikinci çatmaqla gümüş medal qazanıb.
Paralimpiya idmançımız Orxan Aslanov da Paris-2024-də uğurlu çıxış ilə yadda qalıb. O, T13 kateqoriyasında uzunluğa tullanma yarışında qızıl medal qazanıb. Orxan Aslanov 7.29 metrlik göstərici ilə hamıdan güclü olub. Bu, paralimpiya oyunlarında Orxanın 2-ci qızıl medalı olub. 29 yaşlı idmançımız Tokio-2020-də də qızıl medal qazanıb.
Paralimpiaçılarımızın Olimpiadada qazandıqları uğurlar ölkəmizdə böyük coşqu ilə qarşılanıb. Əlamətdar haldır ki, Birinci vitse-prezident Mehriban Əliyeva qazanılan medullar münasibətilə şəxsi sosial şəbəkə hesabında paylaşımlar edərək idmançılarımıza səmimi təbriklərini çatdırıb. “Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”, - deyə Mehriban Əliyeva Azərbaycan paraatleti Orxan Aslanovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında etdiyi paylaşımda vurğulayıb.
Vətənə həsr olunan qələbələr
Paralimpiyaçılar həssas qruplardan olan gənclərdirlər. Ancaq Paris Olimpiadasında qazanılan nəticələr göstərdi ki, bu, idmançılarımız üçün fərq yaradan amil qismində çıxış etməyib. Paralimpiyaçılarımız əzmkar mübarizə aparmaqla gözəl nəticələr qazanmağa nail olublar. Parisdə himnimizi səsləndirən, bayrağımızı ucaldan paraidmançılarımız qələbələrini Vətənə həsr etdiklərini bildiriblər. “Özümlə qürur duyuram. Sosial şəbəkələrdə çoxlu dəstək mesajları alırdım. Bilirdim ki, çempion olacağam. Bu nəticə gələcəkdə digər idmançılar üçün də əlavə stimul olacaq. Qələbəmi şəhidlərimizə həsr edirəm”, - deyə qızıl medal qazanan İmaməddin Xəlilov bildirib.
Digər idmançılarımız da oxşar fikirlər ifadə ediblər. Bütün bunlar Azərbaycan gənclərinin vətənpərvərliyinin göstəricisidir. Onlar döyüş meydanlarında olduğu kimi, idman yarışlarında da yenilməz iradə, qələbə əzmi nümayiş etdirirlər.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxGündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30

