Təhlükəsizlik naminə...
13.05.2025 [09:57]
Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri
Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin də rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.
Dost və tərəfdaş ölkələrlə birgə hərbi təlimlər keçirilir
Məlum olduğu kimi, Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Buna nümunə olaraq, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş” hərbi təlimlərini göstərmək olar. Eləcə də, Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity” kompüter dəstəkli komanda-qərargah təlimini də xatırlamaq olar. Beynəlxalq əməkdaşlıq çərçivəsində daha bir hərbi təlim isə Qazaxıstanda keçirilib. Ötən il iyulun 8-dən 17-dək Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın hərbi qüvvələrinin iştirakı ilə regional beynəlxalq təlimlər baş tutub. Təlimlərə təxminən 4 min hərbi qulluqçu və 700-dək hərbi texnika cəlb olunub.
İki qardaş ölkə olan Azərbaycanla Türkiyənin keçirdiyi birgə təlimlər isə artıq ənənə halını alıb. Belə ki, Azərbaycan və Türkiyənin “Mustafa Kamal Atatürk”, “Anadolu Qartalı”, “Sarsılmaz Qardaşlıq”, “Qış təlimi-2025” birgə təlimləri xüsusi vurğulanmalıdır. Mayın 11-də isə Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda birgə təlim keçib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Türkiyə Ordusunun 9-cu Komando Briqada komandanlığı və Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun bölmələri “Birgə komando təlimi” keçirib. Bundan əlavə, Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix - 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün mayın 8-dən Türkiyənin Konya şəhərində səfərdədir.
Türkiyə ilə hərbi əməkdaşlıq güclənir
Qeyd edək ki, dünyada artan münaqişələr, qlobal təhdidlər belə hərbi təlimlərin davamlı olaraq keçirilməsini zəruri edir. Məsələ ilə bağlı qəzetimizə açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib ki, hərbi təlimlərin keçirilməsi dövlətlərarası razılaşmalara əsasən reallaşdırılır. Azərbaycanın ən çox birgə hərbi təlim keçirdiyi ölkə isə dost və qardaş Türkiyədir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin bu istiqamətdə sərgilədiyi mövqe beynəlxalq hüquqa və dövlətlərarası imzalanmış sənədlərə əsaslanır: “Azərbaycan ilə Türkiyə bu gün əsl müttəfiqlik nümunəsi ortaya qoyur. Müttəfiqliyin ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün də perspektivlər vəd edir. Nəzərə alaq ki, “Şuşa Bəyannaməsi”ndə hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. O cümlədən, sənəddə Azərbaycanla Türkiyənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi bildirilir. Bütün bunlar isə yeni dönəmdə Azərbaycan-Türkiyə müttəfiqliyinin əsas komponentləri sırasındadır”.
“Komando”ların gücü...
Hərbi ekspert deyib ki, Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi hərbi əməkdaşlığın mühüm elementlərindən biridir. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də hər iki dövlətin əməkdaşlığı yüksələn xətlə davam edir. Yəni bu istiqamətdə siyasi iradə ortadadır. Bunun nəticəsində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri ilbəil artırılır. Onun sözlərinə görə, Naxçıvanda keçirilən budəfəki birgə təlim də bu baxımdan önəmlidir. Bu hərbi təlim heç bir ölkəyə qarşı yönəlməyib, sadəcə iki qardaş ölkənin əməkdaşlığı çərçivəsində həyata keçirilir. “Əslində, düşünürəm ki, bu hərbi təlimlər sülh və təhlükəsizlik naminədir, onun bütün region üçün faydası var. Çünki Azərbaycanla Türkiyə hər zaman bölgədə sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Məşhur bir deyim var ki, “təlimdə nə qədər tər töksən, döyüşdə bir o qədər az qan axıdarsan”. Türkiyə ordusu NATO-nun ikinci güclü ordusudur. Komando hərbi birliklərinin yaradılmasında da Türkiyə ordusunun təcrübəsinə istinad edilib. Bu hərbi birliklərin gücünu və hazırlığını bilirik. Azərbaycan Ordusunun belə bir güclü, müasir tələblərə cavab verən ordu ilə əməkdaşlığı, birgə təlimlərin davam etməsi çox önəmlidir”,- deyə E.Həsənli vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

