Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimi
22.11.2024 [10:25]
Marmarisdə keçirilən “SAT-SAS-2024” hərbi təlimi noyabrın 29-dək davam edəcək
Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. İki qardaş dövlət olan Azərbaycanla Türkiyənin hərbi qüvvələrinin birgə hərbi təlimləri isə artıq ənənə halını alıb. Buna nümunə kimi iki ölkənin “Mustafa Kamal Atatürk”, “Anadolu Qartalı”, “Sarsılmaz Qardaşlıq” adlı birgə hərbi təlimlərini göstərmək olar. Eləcə də Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının “Üç qardaş” hərbi təlimləri də xüsusi vurğulanmalıdır.
Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə “SAT-SAS-2024” birgə təlimi keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər. Birgə təlim noyabrın 29-dək davam edəcək.
Ümumiyyətlə, hazırda dünyada artan münaqişələr, qlobal təhdidlər belə hərbi təlimlərin davamlı olaraq keçirilməsini zəruri edir. Nəzərə alaq ki, bugünlərdə Türkiyəyə məxsus və Panama bayrağı altında üzən yük gəmisinə Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər hücum ediblər. Bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, “Anadolu S” gəmisi noyabrın 20-də Yəmən sularında hərəkətdə olduğu zaman husilər tərəfindən raket hücumuna məruz qalıb. Nazirlik bənzər hadisənin təkrar meydana gəlməməsi üçün zəruri tədbirlərin görüldüyünü bəyan edib. Bu hadisə göstərir ki, ölkələrimiz belə təhdidlərdən sığortalanmayıb. Ona görə də, iki qardaş ölkə arasında hərbi dəniz qüvvələrinin birgə hərbi təlimləri aktualdır.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib ki, mütəmadi olaraq hərbi təlimlərin keçirilməsi dövlətlərarası razılaşmalara əsasən reallaşdırılır. Azərbaycanın ən çox birgə hərbi təlim keçirdiyi ölkə isə dost və qardaş Türkiyədir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin bu istiqamətdə sərgilədiyi mövqe beynəlxalq hüquqa və dövlətlərarası imzalanmış sənədlərə əsaslanır: “Azərbaycan ilə Türkiyə bu gün əsl müttəfiqlik nümunəsi ortaya qoyur. Müttəfiqliyin ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün də perspektivlər vəd edir. Nəzərə alaq ki, “Şuşa Bəyannaməsi”ndə hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. O cümlədən sənəddə Azərbaycanla Türkiyənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi bildirilir. Bütün bunlar isə yeni dönəmdə Azərbaycan-Türkiyə müttəfiqliyinin əsas komponentləri sırasındadır”.
Hərbi ekspert qeyd edib ki, Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi hərbi əməkdaşlığın mühüm elementlərindən biridir. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də hər iki dövlətin əməkdaşlığı yüksələn xətlə davam edir. Yəni bu istiqamətdə siyasi iradə ortadadır. Bunun nəticəsində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri ilbəil artırılır. Onun sözlərinə görə, hazırda Türkiyədə davam edən “SAT-SAS-2024” birgə təlimi də bu baxımdan önəmlidir. Bu hərbi təlim heç bir ölkəyə qarşı yönəlməyib, sadəcə iki qardaş ölkənin əməkdaşlığı çərçivəsində həyata keçirilir.
“Əslində, düşünürəm ki, bu hərbi təlimlər sülh və təhlükəsizlik naminədir, onun bütün region üçün faydası var. Çünki Azərbaycanla Türkiyə hər zaman bölgədə sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Məşhur bir deyim var ki, “təlimdə nə qədər tər töksən, döyüşdə bir o qədər az qan axıdarsan”. Türkiyə ordusu NATO-nun ikinci güclü ordusudur. Azərbaycan Ordusunun belə bir güclü, müasir tələblərə cavab verən ordu ilə əməkdaşlığı, birgə təlimləri davam edəcək”,- deyə E.Həsənli vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Gündəm
02 Oktyabr 12:41

Gündəm
02 Oktyabr 12:16

Gündəm
02 Oktyabr 11:56

Siyasət
02 Oktyabr 11:51

Siyasət
02 Oktyabr 11:24

Gündəm
02 Oktyabr 11:21

İqtisadiyyat
02 Oktyabr 10:49

Siyasət
02 Oktyabr 10:35

Analitik
02 Oktyabr 10:17

Analitik
02 Oktyabr 09:57

Analitik
02 Oktyabr 09:38

Siyasət
02 Oktyabr 09:35

Analitik
02 Oktyabr 09:31

Analitik
02 Oktyabr 09:14

Gündəm
02 Oktyabr 09:10

Sosial
02 Oktyabr 08:55

MEDİA
02 Oktyabr 08:22

Gündəm
02 Oktyabr 00:27

Sosial
01 Oktyabr 23:41

Gündəm
01 Oktyabr 23:29

YAP xəbərləri
01 Oktyabr 23:19

İdman
01 Oktyabr 23:13

Dünya
01 Oktyabr 22:48

YAP xəbərləri
01 Oktyabr 22:32

Elm
01 Oktyabr 22:09

Xəbər lenti
01 Oktyabr 21:46

YAP xəbərləri
01 Oktyabr 21:30

Sosial
01 Oktyabr 21:15

YAP xəbərləri
01 Oktyabr 20:41

Dünya
01 Oktyabr 20:14

Hadisə
01 Oktyabr 20:04

Dünya
01 Oktyabr 19:53

YAP xəbərləri
01 Oktyabr 19:36

YAP xəbərləri
01 Oktyabr 19:10

Gündəm
01 Oktyabr 18:58

YAP xəbərləri
01 Oktyabr 18:19

YAP xəbərləri
01 Oktyabr 18:05

YAP xəbərləri
01 Oktyabr 17:18

YAP xəbərləri
01 Oktyabr 17:10
YAP xəbərləri
01 Oktyabr 16:41

Hadisə
01 Oktyabr 16:37

YAP xəbərləri
01 Oktyabr 16:29

Gündəm
01 Oktyabr 16:21

Dünya
01 Oktyabr 15:40

Dünya
01 Oktyabr 15:21

Analitik
01 Oktyabr 15:17

YAP xəbərləri
01 Oktyabr 15:07

Gündəm
01 Oktyabr 14:55

Dünya
01 Oktyabr 14:39

Dünya
01 Oktyabr 14:17

Elm
01 Oktyabr 13:47

Sosial
01 Oktyabr 13:45

Hadisə
01 Oktyabr 13:43

İqtisadiyyat
01 Oktyabr 13:41

İqtisadiyyat
01 Oktyabr 13:39

Siyasət
01 Oktyabr 13:37

Dünya
01 Oktyabr 13:26

Dünya
01 Oktyabr 13:04

Dünya
01 Oktyabr 12:56

İqtisadiyyat
01 Oktyabr 12:19

Sosial
01 Oktyabr 11:47

Analitik
01 Oktyabr 11:24

Analitik
01 Oktyabr 10:48

Analitik
01 Oktyabr 10:15

MEDİA
01 Oktyabr 09:43

Analitik
01 Oktyabr 09:20

Sosial
01 Oktyabr 08:52

Sosial
01 Oktyabr 08:37

İdman
01 Oktyabr 08:00

İdman
01 Oktyabr 07:58
