Müharibənin taleyini həll edən qələbə - Hadrut!
09.10.2024 [10:49]
Bir zamanlar işğal günlərini əzbərlədiyimiz, həsrətlərinə anım tədbirləri həsr etdiyimiz torpaqlarımızın artıq dörd ildir ki, azadlıq günlərini yaddaşımızın, ömrümüzün ən gözəl yerinə həkk etmişik.
Bu gün də həmin müqəddəs, unudulmaz günlərdən biridir. Düz dörd il öncənin bu günündə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev möhtəşəm xəbərlərdən biri ilə də xalqımızı sevindirdi. Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edildi. Birinci Qarabağ müharibəsində yəni, 2 noyabr 1992-ci ildə Ermənistan qoşunları tərəfindən işğal edilmiş Azərbaycanın Xocavənd rayonunda yerləşən Hadrut və ona bitişik kənd və yüksəkliklər 28 il sonra II Qarabağ müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu tərəfindən geri qaytarıldı.
Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Hadrut döyüşləri də deyilən əməliyyat nəticəsində Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Xocavəndin Sur kəndləri də düşmən tapdağından azad olundu. Bu döyüşlər Birinci Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə aparılan əməliyyatdır.
Belə ki, döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi.
Hadrut, demək olar ki, müharibə boyunca başıbəlalı zonalardan biri oldu. Çünki strateji mövqeyinə və yuxarıda qeyd etdiklərimizə görə Hadrut döyüşlərindəki məğlubiyyətlə barışa bilməyən düşmən bu barədə yalan məlumatlar yaymağa başladı. Günlərlə Ermənistan rəhbərliyi, bu ölkənin rəsmi şəxsləri və düşmən dəyirmanına su tökən bəzi xarici jurnalistlər Hadrutun guya ermənilərin nəzarətində olduğu barədə dezinformasiyalar yaydılar.
Lakin tarix və Azərbaycan ordusu öz sözünü çoxdan demişdi. Müharibənin nəticəsinə uyğun olaraq, bütün digər torpaqlarımız kimi Hadrut da öz əzəli-əbədi sahiblərinə- Azərbaycan xalqına qayıtdı və 2021-ci ilin martın 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldıraraq çıxış etdi. Ali Baş Komandan həmin çıxışında Hadrutun işğaldan necə azad olunduğunu açıqladı.
Dövlət başçısı bildirdi ki, Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.
Bütün Qarabağ torpaqları kimi Hadrutda da düşmən işğalından azad olunduqdan sonra bərpa-quruculuq işlərinə başlanılıb və bütün infrastruktur bərpa edilir.
Hadrut və onunla bərabər bütün Qarabağ torpaqlarının azadlığı Azərbaycanımızın ən müasir tarixinin yeni mərhələsi, yeni eranın başlanğıcıdır. Bir xalq olaraq dörd ildir ki, həmin eranı yaşamaqdayıq. Bizə bu eranı bəxş edənlərin ruhu şad olsun!
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

