Ermənilərin “sentyabr havası”...
13.09.2024 [09:57]
İrəvan yenə də “ənənəvi təxribatlarına” start verib
2020-ci il Vətən müharibəsi 30 ildən artıq davam etmiş işğal prosesinə son qoydu. Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi - 20236-cü ilin sentyabrında isə suverenliyimiz bərpa olundu, separatçı rejimin fəaliyyətinə son qoyuldu. Maraqlıdır ki, ötən 4 il ərzində baş verən bir sıra hadisələr məhz yaşadığımız sentyabr ayına təsadüf edir. Daha doğrusu, nə sirdirsə məhz bu ayda ernmənilərin Azərbaycana qarşı silahlı təxribatlarının miqyası daha da çoxalır - başqa sözlə, ermənilər sentyabrda “havalanır”...
Vətən müharibəsi - qızıl tarixin başlanğıcı...
2020-ci ilin məhz sentyabr ayında ermənilər ölkəmizə qarşı genişmiqyaslı silahlı təxribatlara əl atırdılar. Siyasi bəyanatlarında “yeni işğal”dan danışan ermənilərin işğal altında saxladıqları ərazilərimizdəki silahlı birlikləri də ard-arda təxribatlar həyata keçirir, mina terrorunu daha da intensivləşdirirdi. Fərqli istiqamətlərdən pozulan atəşkəs zamanı dinc insanlar zərər görür, sivil vətəndaşlar həyatını itirirdi. Ermənilər isə dayanmaq istəmirdilər - siyasi rəhbərlərinin boş sözləri onları yeni işğala “sürükləyirdi”. 2020-ci il sentyabrın 27-də məhz belə bir hərbi təxribat zamanı Azərbaycan əks-həmlə əməliyyatı həyata keçirdi. Sentyabrda başlanan hərbi əməliyyatlar qısa zamanda, cəmisi 44 gün ərzində demək olar ki, Azərbaycanın işğal altındakı ərazilərinin mütləq əksəriyyətinin azad edirlməsi ilə nəticələndi. Beləliklə, 2020-ci ilin sentybarında ermənilərin törətdikləri silahlı təxribatlar onların özlərinə baha başa gəldi - başlanan müharibə Ermənistanın kapitlyasiya imzalaması ilə yekunlaşdı.
İkigünlük müharibə - layiqli cavabla geriyə...
2022-ci ilin 12-14 sentyabr tarixlərində baş verən silahlı toqquşma isə Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında ilk genişmiqyaslı qarşıdurma kimi yadda qaldı və hətta ikigünlük müharibə adlandırıldı. Həmin il sentyabrın əvvəlindən Kəlbəcər istiqamətində mövqelərimiz aktiv atəşə tutldu - Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqelərini, həmçinin qeyd olunan mövqelərə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini hədəfə aldı. Azərbaycan Ordusunun bölmələri qarşı tərəfi susdurdu.
Cəmisi 1 gün sonra mövqelərimiz 19 dəfə atəşə tutuldu. Bunlardan 16-sı Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərimizə qarşı idi. Ertəsi günü yenidən silahlı təxribat xəbərləri yayıldı.
Sentyabrın 12-dən başayaraq isə bu silahlı təxribatlar intensivləşdi. Azərbaycan ordusunun layiqli cavabı nəticəsində silahlı təxribatın qarşısı alındı, Ermənistan tərəfinin atəş mövqelərindən geri çəkilməsi ilə bağlı informasiyalar yayıldı. Ermənistan KİV-i Azərbaycan Silahlı qüvvələrinin layiqli cavabı nəticəsində öz mövqeləırini tərk edərək geri çəkildiklərini etiraf etdilər. Bu dəfə də 2020-ci il analogiyası yaşandı - ilk olaraq təxribatlara başlayan Ermənistanın siyasi rəhbərliyi yenidən telefon vasitəsilə dünya birliyindən imdad diləməyə, Azərbaycana minnətçi düşməsi üçün xahişlər etməyə başladılar. Bu fakt bir daha onu göstərdi ki, ermənilərin verdikləri sözə güvənmək olmaz - sülhdən danışan rəsmi İrəvanın revanşist arzuları 2022-ci ilin sentyabrında da gözündə qaldı...
23 saatlıq lokal antiterror əməliyyatı - xunta rejimi məhv edildi...
2023-cü ilin sentyabrı isə həm Ermənistan, həm də Azərbaycan üçün daha yaddaqalan oldu - məsələnin mahiyyətinə keçməmişdən öncə antiterror əməliyyatlarına aparan erməni təxribatlarının sinxronizasiyasına nəzər salmaq daha yaxşı olardı:
- Yayılan rəsmi məlumatlara görə, sentyabrın 18-i Tiflis-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yarandı;
- Sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minanın partlaması, törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları Quliyev Fərhad Hüseynağa oğlu və Sadıxov Samir Sabiroviç həyatını itirdi.
- Eyni gündə içində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partladı. Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları Camalzadə Asim Knyaz oğlu, Şirinov Ramil Arif oğlu, Mahmudov Seymur Elsevər oğlu və Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak oldular.
- Növbəti təxribat eyni gündə Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması oldu. Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı.
Beləliklə, baş verən təxribatlar Azərbaycan dövlətinin səbr kasasını doldurdu - bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı, legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınaraq sıradan çıxarıldı. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri məhv edildi. Cəmisi 23 saatdan sonra isə Qarabağdakı xunta rejimi təslim oldu, özünü buraxmaqla bağlı bəyanat səsləndirildi. Separatçı rejimin cinayətkar başçıları həbs olunaraq Bakıya gətirildi, ədalət mühakiməsinə təslim edildi. Uzun illərdən sonra Azərbaycanın suverenliyi bərpa olundu...
Antiterror əməliyyatlarının ildönümünə günlər qaldığı bir zamanda...
Antiterror tədbirlərinin ildönümünə günlər qalır. Amma deyəsən yenə “sentyabr havası” erməniləri “tərpədir”. Bunun nəticəsidir ki, ayın əvvəlki günlərindən indiyə qədər müxtəlif istiqamətlərdə yeni silahlı təxribatlara əl atılır. Sentyabrın 4-ü Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Sentyabrın 5-i isə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu dəfəki atəş də bölmələrimiz tərəfindən susdurulub.
Hələlik son sayılacaq silahlı təxribat isə dünən, sentyabrın 12-də qeydə alınıb. Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyi bildirib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Beləliklə, hər ilin sentyabrında öz əlləri ilə oturduqları budağı kəsməyə öyrəşmiş ermənilər “yenə də iş başındadırlar”. Hər dəfə layiqli cavab alan, yerində oturdulan ermənilərin budəfəki “gözləntisi” də maraqlıdır. Yoxsa, onlara “sentyabr havalanması” baha başa gələcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Gündəm
02 Oktyabr 12:41

Gündəm
02 Oktyabr 12:16

Gündəm
02 Oktyabr 11:56

Siyasət
02 Oktyabr 11:51

Siyasət
02 Oktyabr 11:24

Gündəm
02 Oktyabr 11:21

İqtisadiyyat
02 Oktyabr 10:49

Siyasət
02 Oktyabr 10:35

Analitik
02 Oktyabr 10:17

Analitik
02 Oktyabr 09:57

Analitik
02 Oktyabr 09:38

Siyasət
02 Oktyabr 09:35

Analitik
02 Oktyabr 09:31

Analitik
02 Oktyabr 09:14

Gündəm
02 Oktyabr 09:10

Sosial
02 Oktyabr 08:55

MEDİA
02 Oktyabr 08:22

Gündəm
02 Oktyabr 00:27

Sosial
01 Oktyabr 23:41

Gündəm
01 Oktyabr 23:29

YAP xəbərləri
01 Oktyabr 23:19

İdman
01 Oktyabr 23:13

Dünya
01 Oktyabr 22:48

YAP xəbərləri
01 Oktyabr 22:32

Elm
01 Oktyabr 22:09

Xəbər lenti
01 Oktyabr 21:46

YAP xəbərləri
01 Oktyabr 21:30

Sosial
01 Oktyabr 21:15

YAP xəbərləri
01 Oktyabr 20:41

Dünya
01 Oktyabr 20:14

Hadisə
01 Oktyabr 20:04

Dünya
01 Oktyabr 19:53

YAP xəbərləri
01 Oktyabr 19:36

YAP xəbərləri
01 Oktyabr 19:10

Gündəm
01 Oktyabr 18:58

YAP xəbərləri
01 Oktyabr 18:19

YAP xəbərləri
01 Oktyabr 18:05

YAP xəbərləri
01 Oktyabr 17:18

YAP xəbərləri
01 Oktyabr 17:10
YAP xəbərləri
01 Oktyabr 16:41

Hadisə
01 Oktyabr 16:37

YAP xəbərləri
01 Oktyabr 16:29

Gündəm
01 Oktyabr 16:21

Dünya
01 Oktyabr 15:40

Dünya
01 Oktyabr 15:21

Analitik
01 Oktyabr 15:17

YAP xəbərləri
01 Oktyabr 15:07

Gündəm
01 Oktyabr 14:55

Dünya
01 Oktyabr 14:39

Dünya
01 Oktyabr 14:17

Elm
01 Oktyabr 13:47

Sosial
01 Oktyabr 13:45

Hadisə
01 Oktyabr 13:43

İqtisadiyyat
01 Oktyabr 13:41

İqtisadiyyat
01 Oktyabr 13:39

Siyasət
01 Oktyabr 13:37

Dünya
01 Oktyabr 13:26

Dünya
01 Oktyabr 13:04

Dünya
01 Oktyabr 12:56

İqtisadiyyat
01 Oktyabr 12:19

Sosial
01 Oktyabr 11:47

Analitik
01 Oktyabr 11:24

Analitik
01 Oktyabr 10:48

Analitik
01 Oktyabr 10:15

MEDİA
01 Oktyabr 09:43

Analitik
01 Oktyabr 09:20

Sosial
01 Oktyabr 08:52

Sosial
01 Oktyabr 08:37

İdman
01 Oktyabr 08:00

İdman
01 Oktyabr 07:58
