Vətən müharibəsi şəhidinin xatirəsi yad olundu
12.02.2026 [11:24]
Kəlbəcər Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi, əslən Kəlbəcər rayonunun Ağcakənd kəndindən olan Mustafayev Elnur Nəcəf oğlunun doğum gününə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirində Milli Müdafiə Universitetinin rektor müavini, general-mayor Arif Həsənov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədr müavini Həbib Misirov, Müdafiə Nazirliyinin əməkdaşı Mayor Fərahim Eyvazov, şəhidin doğmaları, şəhid ailələri, telejurnalist Hikmət Əsgərov, Bakıda fəaliyyət göstərən Kəlbəcər rayon kitabxanasının və muzeyin əməkdaşları iştirak ediblər.Tədbiri Kəlbəcər Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov açaraq şəhid Mustafayev Elnur Nəcəf oğlunun həyatı, təhsili və Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verdi.Daha sonra Milli Müdafiə Universitetinin rektor müavini, general-mayor Arif Həsənov, YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Həbib Misirov, Milli Müdafiə Universitetinin zabiti, Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbin direktoru Arzuman Qarayev, şəhid qardaşı Mobil Mustafayev, şəhid baçısı Tamara Mehdiyeva, Kəlbəcər rayon 20 nömrəli məktəbin müəlliməsi Gültəkin Çəlilova və digər çıxış edənlər şəhidimizin həyat yolundan, göstərdiyi qəhrəmanlıq nümunələrindən danışdılar. Çıxışlarda xüsusi vurğulandı ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın dəmir yumruq kimi birliyi sayəsində Vətən müharibəsində tarixi Zəfər qazanıldı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bildirildi ki, bu gün Qarabağda, Şərqi Zəngəzurda, o cümlədən doğma Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramına uyğun olaraq sakinlər öz ata-baba yurdlarına köçürülür. Prezidentin müdrik və uzaqgörən siyasəti nəticəsində bölgədə sabitlik və təhlükəsizlik tam təmin olunub.Tədbirdə çıxış edən şəhidin anası Ulduz Mustafayeva dövlət tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələri adından dərin minnətdarlığını ifadə etdi.Sonda Kəlbəcər rayon 20 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər. Tədbirin sonunda şəhidin valideynlərinə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən Fəxri Fərman, Milli Müdafiə Universiteti tərəfindən isə rəsmi məktub təqdim olundu.
Qeyd edək ki, Şəhid Elnur Nəcəf oğlu Mustafayev 9 fevral 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Kəlbəcərin Ağcakənd, anası isə Oruclu kəndindəndir. Qeyd edək ki, Elnurun ata babası olan Abbas Mustafayev Kəlbəcər elinin tanınmış söz ustadlarından biri olub. "Dəmirçi" təxəllüsü ilə yazıb-yaradan Abbas kişinin bir neçə kitabı işıq üzü görüb. Onun ana babası Zakir Rüstəmov isə uzun illər Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbinin direktoru, həmçinin ingilis dili müəllimi işləyib. Valideynlərinin, qohumlarının erməni terrorçularının işğalı nəticəsində öz yurdlarından qaçqın düşməsi Elnurun həyatında iz qoymaya bilməzdi. Uşaq vaxtlarından valideynlərindən, qohumlarından, xüsusilə də Firuzə nənəsinin dilindən düşmən tapdağı altında qalan yurdu barədə xoş xatirələri dinləyərək böyüyürdü Elnur. Bütün bunlar, həmçinin kiçik yaşlarından onun ailəsinə, vətəninə, dininə və mənəvi dəyərlərinə olan bağlarını daha da qüvvətləndirir, onun vətənə, qəhrəmanlarımıza olan sevgisinin formalaşmasında xüsusi rol oynayır. Elnur kiçik yaşlarından idmanın güləş növü ilə məşğul olmağa başlayır. Güclü bədən quruluşu ona bu sahədə tez bir zamanda uğurlar qazanmağa imkan verir. O, yerli, həmçinin xarici (Türkiyə, İran, Dağıstan (Rusiya), Gürcüstan) yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edir. İran İslam Respublikasında, 2017-ci ildə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə 1-ci yerə layiq görülür. O, evə gələrək böyük sevinc hissi ilə anasına deyir ki, "Ana, mən bu medalı Şəhidlərimiz üçün qazandım".Elnur xasiyyətcə çox mehriban, gülərüz və dostcanlı biri idi. Nəhayət, Elnur 18 yaşı tamam olduqdan sonra 2020-ci il mayın 7-si hərbi xidmətə yollanır. 27 sentyabr 2020-ci il tarixində xain düşmənin növbəti təxribatından sonra şanlı Azərbaycan ordusu yağı düşmənə qarşı genişmiqyaslı əməliyyata başlayır. Elnur da ilk gündən müharibədə iştirak etməyə başlayır. Cəsarət və şücaəti ilə seçilən Elnur müxtəlif istiqamətlərdə, o cümlədən də Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa istiqamətindəki döyüşlərdə iştirak edir. Atası telefon danışıqlarından birində içərisi düşmənlə dolu olan 2 maşını məhv etdiyini deyir. Sanki o, şəhid olacağını çox-çox əvvəldən hiss edirmiş və hər fürsətdə ailəsini buna hazırlayırdı. 30 oktyabrda Qırmızı Bazar istiqamətindəki şiddətli döyüşlərə qatılır. Şəhid silahdaşının döyüş meydanında qalan nəşini gətirərkən xain düşmənin gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalır. 31 oktyabr 2020-ci il tarixdə Elnur böyük izdiham ilə Sulutəpədə yerləşən Şəhidlər məzarlığında torpağa tapşırılır. Elnur Mustafayev Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Vətən uğrunda" "Xocavəndin, Füzulinin və Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

