Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Qəbələdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Qəbələdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

06.02.2025 [22:54]

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat yolu ilə rayon sakinindən müvafiq sənədləri olmayan 1 ədəd tüfəng aşkarlanıb.

Aparılan profilaktik tədbirlər nəticəsində isə sənədləri olmayan 10 ədəd tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30