/ / Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində "Kiçik Venesiya şəhərciyi"nin açılışında iştirak edib
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində "Kiçik Venesiya şəhərciyi"nin açılışında iştirak edib
30.05.2012 [13:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Bildirilib ki, Dənizkənarı Milli Parkda aparılan abadlıq-quruculuq işləri nəticəsində əsaslı şəkildə yenidən qurulan “Kiçik Venesiya şəhərciyi” bulvarın ən gözəl guşələrindən biridir. 1960-cı illərdə salınan şəhərcik Dənizkənarı Milli Parka gələnlər üçün sevimli istirahət yeri olub. Prezident İlham Əliyev ötən ilin martında bulvarda olarkən “Kiçik Venesiya şəhərciyi”nin yenidən qurulması ilə bağlı göstəriş verib.
Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, şəhərcik ən müasir tələblər səviyyəsində yenidən qurulub. “Kiçik Venesiya şəhərciyi” əvvəlki görkəmi saxlanılmaqla yeni elementlərlə zənginləşdirilib, kanallar genişləndirilmiş, dərinləşdirilib və su keçidləri ilə birləşdirilib, buraya müasir qayıqlar gətirilib.
Prezident İlham Əliyev “Kiçik Venesiya şəhərciyi”nin ərazi ilə yaxından tanış olub.
Qeyd edilib ki, şəhərcikdə mənalı istirahət üçün hər cür şərait yaradılıb. Milli ornamentlərlə bəzədilmiş şəhərcikdə kanalların üzərində yeni körpülər inşa olunub. Burada su anbarı və sutəmizləyici sahə yaradılıb. Sutəmizləyici qurğuların köməyi ilə kanalların suyunun daim təmizlənməsi və həmişə şəffaf qalması təmin ediləcək.
Şəhərcikdə yaradılmış müasir iaşə obyektlərində həm Qərb, həm də Şərq mətbəxinin ləziz nümunələri müştərilərə təqdim olunacaq. Kanallarda, körpülərdə və tuneldə quraşdırılan işıqlandırma sistemi axşam saatlarında şəhərciyin gözəlliyini daha da artıracaq. Əsl Venesiyanı xatırladan “Kiçik Venesiya şəhərciyi” öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verir.
Əvvəlki ilə müqayisədə daha müasir, maraqlı və xoşagələn olan yeni “Kiçik “Venesiya şəhərciyi”nin əsaslı təmirdən sonra istifadəyə verilməsi 28 May - Respublika Günü münasibətilə Azərbaycan vətəndaşları üçün əsl hədiyyə olub.
Sonra Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binanın ətrafında görülən işlərlə maraqlanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

