/ / Bakıda Heydər Əliyev Mərkəzi açılıb, Ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib
Bakıda Heydər Əliyev Mərkəzi açılıb, Ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib
11.05.2012 [03:37]
Dünən Bakıda Heydər Əliyev Mərkəzi açılmış, Ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınıb. Dünyada bənzəri olmayan Mərkəzin yaradılması ideyasının arxitekturada mükəmməl formada əks olunması onun quruluşuna xüsusi özəllik verir. ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində Vətəninin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının, onların arzu və istəklərini gerçəkləşdirmək əzminin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir. Bununla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək bu mədəniyyət ocağının yaradılması Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərir.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
Heydər Əliyev Mərkəzini nadir memarlıq abidəsi adlandıran Prezident İlham Əliyev bu kompleksin yaradılması ideyasından danışıb. Dövlətimizin başçısı məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilən bu mərkəzin müasirliyi ilə diqqəti çəkdiyini və çoxfunksiyalı olduğunu bildirib, həm memara, həm də tikintidə iştirak edən bütün insanlara təşəkkür edib. Dəfələrlə tikintinin gedişi ilə maraqlandığını deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu mərkəz Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərəcək.
“Bakı sürətlə gözəlləşir və inkişaf edir”, - deyən Prezident İlham Əliyev bildirib ki, müasirliklə qədimliyin vəhdət təşkil etdiyi paytaxtımızın bir çox məşhur rəmzləri var. İndi isə müasir Bakının yeni rəmzləri yaradılır və bu sırada Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Alov qüllələri, “Kristal saray” və nəhayət Heydər Əliyev Mərkəzi var.
“Heydər Əliyev bütün dövrlərdə öz xalqına xidmət edib”, - deyən Prezident İlham Əliyev Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə gördüyü işlərdən danışıb. Bildirib ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə Azərbaycanın inkişafına çalışıb. Ulu öndər hakimiyyətdən uzaqlaşdırılandan sonra Azərbaycan böyük problemlərlə üzləşib, Dağlıq Qarabağda separatçılıq meyilləri güclənib, Qanlı Yanvar hadisəsi, Xocalı soyqırımı baş verib, torpaqlarımızın işğalı prosesi başlayıb, ölkə gərgin ictimai-siyasi təzyiqlərlə üz-üzə qalıb. 1993-cü ildə xalqın tələbi ilə ölkədə yenidən rəhbərliyə qayıdan Heydər Əliyevin siyasi iradəsi, müdrikliyi, cəsarəti və xalqın ona olan məhəbbəti sayəsində Azərbaycan üzləşdiyi fəlakətlərdən xilas olub. ölkə tərəqqi dövrünə qədəm qoyub, bütün sahələrdə inkişaf meyilləri güclənib. Ona görə də Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisi və qurucusudur.
Son illərdə Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi islahatlardan danışan Prezident İlham Əliyev ölkədə demokratikləşmə prosesinin sürətlə getdiyini diqqətə çatdırıb. İqtisadi sahədə əldə olunan mühüm nailiyyətlərdən danışan dövlətimizin başçısı bildirib ki, bu uğurları beynəlxalq maliyyə qurumları da təsdiqləyir. Təsadüfi deyildir ki, indi Azərbaycan güclü iqtisadiyyata və güclü orduya malikdir. “Biz heç vaxt imkan vermərik ki, Azərbaycanın suverenliyinə və inkişaf haqqına kimsə müdaxilə etsin”, - deyən Prezident İlham Əliyev ölkəmizin dünyada artan nüfuzundan danışıb. Bildirib ki, beynəlxalq təşkilatlarda prinsipiallığı ilə seçilən Azərbaycanın bu mövqeyi xalqımızın milli maraqlarına, ədalətə və beynəlxalq hüquqa əsaslanır. Dövlətimizin başçısı ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini 20 il müstəqil olan Azərbaycanın diplomatik uğuru kimi xarakterizə edib.
Sonra dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzindən bəhs edən film nümayiş olunub.
Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə çevriləcək nadir memarlıq kompleksinin əhəmiyyətindən bəhs olunur.
Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə çıxış edən Fondun Prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbriklərini çatdırıb və bu binanı Ulu öndərin xatirəsini yaşadan abidə adlandırıb. Mehriban xanım Əliyeva çıxışında Heydər Əliyev Fondunun fəaliyyətindən danışıb, rəhbərlik etdiyi təşkilatın bir çox beynəlxalq layihələrdə uğurla iştirak etdiyini deyib.
Birinci xanım Mehriban Əliyeva bu yaxınlarda Bakıda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin uğurla başa çatması üçün Heydər Əliyev Fondunun imkanlarını əsirgəməyəcəyini deyib.
Daha sonra Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanas Fondun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub.
Eyni mükafat beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə əməkdar idman ustası İlham Zəkiyevə də təqdim edilib.
Sonra mərasim konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

