Gələcəyini milli köklər və multikulturalizm üzərində quran ölkə
27.01.2024 [10:00]
Yeni Azərbaycan Partiyasının (YAP) növbəti yeddi ilə Azərbaycan Respublikasının Prezidentliyinə partiyanın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyini irəli sürməsi barədə təşəbbüsü ölkəmizdə fəaliyyət göstərən çoxsaylı ictimai təşkilatlar, bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən dərin rəğbətlə qarşılanıb. Bu günlərdə bütün ölkə boyunca fəal şəkildə aparılan seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP fəallarının iştirakı ilə keçirilən görüşlərdə bir daha təsdiqlənir ki, sosial, milli-dini mənşəyindən asılı olmayaraq cəmiyyətimizin bütün təbəqələri Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi siyasətdən razıdırlar və bu siyasətin növbəti mərhələdə də davam etdirilməsini arzulayırlar. Milli-dini mənşə baxımından rəngarəngliyi ilə fərqlənən Azərbaycan cəmiyyətinin İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa rəğbət bəsləməsi isə heç də təsadüfi deyil. Bunun kökündə dayanan əsas amil ondan ibarətdir ki, Azərbaycanın dövlət başçısı son 20 ildə ölkəmizdə bir tərəfdən ənənələrimizə, milli- mənəvi dəyərlərimizə güclü bağlılıq, digər tərəfdən isə nümunəvi tolerantlıq və həmrəylik mühiti yaratmağa nail olub. Bütün bunlar da Azərbaycan cəmiyyətində yüksək vətəndaş məmnunluğu yaradır.
Ənənəvi milli-mənəvi dəyərlərimiz - ən böyük sərvətimizdir
Məlumdur ki, hazırda dünyada yaşanan bir sıra hadisələr, ələlxüsus da qloballaşma deyilən proses milli dövlətlərin və ayrı-ayrı xalqların qarşısına yeni çağırışlar çıxarıb. Bu çağırışların mühüm bir qismi hər bir xalqın identlikliyini səciyyələndirən milli-mənəvi dəyərlərinin getdikcə artan təzyiqlərdən qorunması, onların daha da zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi ilə bağlıdır. Təsvir olunan bu kontekstdə Azərbaycandakı mühit bir nümunə kimi diqqəti cəlb edir. Azərbaycan cəmiyyətində xalqımızın tarixin dərin qatlarından gələn zəngin milli-mənəvi və onun tərkib hissəsi olan dini dəyərlərinə möhkəm bağlılıq var. Prezident İlham Əliyevin təəssübkeş yanaşmaları əsasında aparılan məqsədyönlü siyasət ölkəmizdə elə bir mühit formalaşdırıb ki, bu gün əcdadlarımızın bizə miras qoyduqları zəngin mənəvi irslə qürur duyur, bu irsi özümüzün gündəlik həyat tərzimizdə yaşatmağa çalışırıq. Eyni zamanda, Azərbaycan dövləti cəmiyyətdən gələn sosial sifarişə əsaslanaraq xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrimizin yad təsirlərdən qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə, milli və dini abidələrimizin bərpa olunmasına, yenilərinin tikilməsinə güclü siyasi iradə nümayiş etdirir. “Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Son 20 ildə ölkəmizdə milli-mənəvi dəyərlərimizə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilib. Ümumiyyətlə, milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətdən gələn sosial sifarişlərin dövlət siyasətində prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçir. Dövlət başçısı qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Milli Dəyərlərin Təbliği Fondunun yaradılması bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür. Fond dövlət başçısının 10 oktyabr 2017-ci il tarixində imzaladığı müvafiq Fərmana əsasən yaradılıb. Qurum fəaliyyət göstərdiyi qısa müddətdə paytaxt Bakıda, regionlarda və ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirib.
O cümlədən İslam dini xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir. Ardıcıllıqla həyata keçirdiyi siyasətində milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verən Prezident İlham Əliyev daim dünyada İslam həmrəyliyinin möhkəmlənməsini hədəfləyən təşəbbüslər irəli sürür. Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması, həmin ildə Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi dövlətimizin başçısının müqəddəs dinimizə həssas yanaşmasının əyani təzahürüdür. Bu gün respublikamızın bütün bölgələrində, o cümlədən də işğaldan azad olunmuş ərazilərimizdə tarixi dini abidələrin yüksək səviyyədə təmir -bərpa olunması cəmiyyətimizdə böyük minnətdarlıq hissi ilə qarşılanır.
Ölkəmizin qürur doğuran reallığı - etnik və dini müxtəliflik
Eyni zamanda, respublikamızda yaşayan digər xalqların da milli-mənəvi dəyərlərinin qorunmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birlərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib. Azərbaycan ərazisindəki tarixi abidələr də respublikamızın mədəni müxtəlifliyini aydın şəkildə nümayiş etdirir. Multikulturalizm, etnik və dini müxtəliflik bu gün də ölkəmizin qürur doğuran reallığıdır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib: “Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik”.
Hazırda dünyanın mənzərəsi kifayət qədər mürəkkəbdir. Ciddi narahatlıq doğuran məsələlərdən biri də qlobal miqyasda milli-dini-irqi zəmində münaqişələrin çoxalmasıdır. Dünyanın dörd bir tərəfində milli-dini-irqi zəmində qarşıdurmalar, qarşılıqlı ittihamlar baş alıb gedir. Kədərli reallıq ondan ibarətdir ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür.
Dünyadakı narahatlıq doğuran mənzərə ilə müqayisədə Azərbaycan reallığı tamam fərqlidir. Prezident İlham Əliyevin iradəsi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi bir ölkə kimi fərqlənir. Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimləri isə alçaldan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev həmin abidələrin bərpadan sonra açılışına şəxsən qatılaraq xeyir-duasını və tövsiyələrini verir.
Son illərdə Azərbaycan qlobal iqtisadi əhəmiyyət daşıyan, eyni zamanda multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkana çevrilib. Bakıda ardıcıl olaraq İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Mədəniyyətlərarası Dialoq və Humanitar forumlar baş tutur. Artıq bütün dünyada tanınan Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Ölkəmiz xalqımızın xoş məramına uyğun olaraq bu kimi tədbirlərə məmnuniyyətlə ev sahibliyi etməklə hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına sanballı töhfəsini verir.
Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi və çoxkonfessiyalı cəmiyyətə malik olması ölkəmizin sivilizasiyalararası dialoqda rolunun artmasını şərtləndirir. Hazırda əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq respublikamızın sivilizasiyalararası əlaqələrin gücləndirilməsində rolunu daha da artırır. Prezident İlham Əliyev dünyadakı narahat mənzərə ilə müqayisədə Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələrinin bir ailə kimi yaşamalarını dövlətin siyasəti və cəmiyyətin istəyi kimi səciyyələndirib: “Baxın, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, bizim siyasətimizdir, xalqın da sifarişidir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

