Üçtərəfli platforma...
28.11.2023 [10:36]
Regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır
Nardar BAYRAMLI
Noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib. Üç ölkənin müdafiə nazirlərinin 10-cu görüşündə bölgədə cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlərə dair müzakirələr aparılıb.
Göründüyü kimi, üç ölkənin müdafiə nazirlərinin görüşü və bu görüşün müdafiə sahəsindəki üçtərəfli əməkdaşlığa verdiyi təkan regionun təkcə hərbi deyil, siyasi, iqtisadi təhlükəsizliyi baxımından da önəmlidir. Ümumiyyətlə, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib.
Məlumdur ki, üçtərəfli platforma uzun müddətdir mövcuddur. Hər üç ölkənin liderlərinin, xarici işlər və müdafiə nazirlərinin görüşləri mütəmadi olaraq keçirilir. Bildiyimiz kimi, Azərbaycan, Gürcüstan və Türkiyə arasında təməli illər öncə qoyulan uğurlu siyasi, iqtisadi əməkdaşlıq Avropa və Asiya qitələrinin qovuşuğunda yerləşən Cənubi Qafqaz regionunun strateji əhəmiyyətini xeyli artırıb. Bakı ilə Ankaranın təşəbbüsləri, o cümlədən sülh diplomatiyası bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır. Postmüharibə dövründə bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Qonşu Gürcüstan da iki dövlətlə birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə inşa etmək istəyini və niyyətini aydın ifadə edir.
Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sıx üçtərəfli siyasi, iqtisadi əlaqələrdən doğan birgə layihələrin gerçəkləşməsi bölgənin inkişafında, sabitliyinin qorunmasında və dünyaya inteqrasiyasında aparıcı faktora çevrilib. Nəhəng enerji şirkətlərinin də iştirak etdiyi Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahələri üzrə əməkdaşlığı öz səmərəliliyinə görə dünyada nümunəvi təcrübələrdən biri hesab oluna bilər. Azərbaycan, Gürcüstan və Türkiyənin enerji sahəsində əməkdaşlığı həm region dövlətlərinin iqtisadi, siyasi və təhlükəsizlik maraqlarına, həm də Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyini təmin etmək siyasətinə uyğundur. Xatırladaq ki, üç ölkənin əməkdaşlığı ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi reallığa çevrilib. Bundan əlavə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçtərəfli strateji əməkdaşlığın səmərəli nəticələridir.
Regional hərbi əməkdaşlıq məsələlərinə gəldikdə isə qeyd etməliyik ki, Türkiyə NATO üzvüdür, Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıb və bu yaxınlarda Aİ üzvlüyünə namizəd statusuna yaşıl işıq yandırılıb, Azərbaycan isə heç bir hərbi blokda iştirak etmir və bütün tərəflərlə qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu yanaşmalara baxmayaraq, hər üç ölkə müxtəlif sahələr üzrə, xüsusilə hərbi sahədə birgə əməkdaşlıq imkanlarını getdikcə daha da inkişaf etdirir. Digər tərəfdən, Türkiyənin Qafqazda keçirilən hərbi təlimlərdə iştirak etməsi, onun regionda möhkəmlənməsi və nüfuzunun artması deməkdir. Bu isə istənilən halda həm Türkiyənin, həm Azərbaycanın, həm də Gürcüstanın strateji maraqlarına uyğundur.
2014-cü ildən başlayaraq Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri səviyyəsində baş tutan görüşlər isə mütəmadi olaraq növbə ilə ölkələrdən birində ötürülür. Ümumiyyətlə, Azərbaycan, Türkiyə və Gürcüstanın oxşar təhlükəsizlik problemləri, hərbi sahədə əməkdaşlığı şərtləndirən amillərdən hesab edilir. Türkiyənin Gürcüstanın NATO-ya inteqrasiyasında müsbət rol oynaya biləcək, ortaq quru sərhədlərinə malik yeganə qonşusu olduğunu da diqqətdən qaçırmaq olmaz. Təbii ki, Türkiyə strateji tərəfdaşlarına istehsal etdiyi silahları tədarük edir. Birgə təlimlərdə isə yeni silahların praktik tətbiqi ilə bağlı metodik məşğələlər və təcrübə mübadiləsi keçirilir.
Zaman keçdikcə hər üç ölkə arasında bütün istiqamətlər üzrə daha da sıx münasibətlər yaranır. Azərbaycan-Gürcüstan-Türkiyə arasında əməkdaşlıq regionda sülhün və sabitliyin qorunmasına, rifah səviyyəsinin artırılmasına xidmət edir. Xatırladaq ki, bir neçə il öncə Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Bu isə hər üç ölkə arasında hərbi əlaqələrin daha da genişlənməsi, gücləndirilməsi və keyfiyyət baxımından yeni bir səviyyəyə çatdırılması üçün çox vacib sənəd hesab edilir.
Onu da qeyd edək ki, regionda uzun müddət davam edən təhdidlərin qarşısının alınması üçün hər üç tərəfdaş ölkə səylərini birləşdirərək aktiv şəkildə müştərək təlimlərə qoşulmağa qərar verib. Birgə hərbi təlimlərin təşkili barədə razılaşma daha əvvəl keçirilən üçtərəfli görüşlər nəticəsində əldə olunub və onlar mütəmadi olaraq növbə ilə tərəfdaş ölkələrdən birinin ərazisində raellaşdırılır. Bu təlimlər ekspertlər tərəfindən də üçtərəfli əməkdaşlığın müsbət nəticəsi kimi dəyərləndirilir.
Beləliklə, üçtərəfli platforma həm Azərbaycan, Türkiyə və Gürcüstanın strateji maraqlarının təmin olunması, həm də regional əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu, həm də yaxşı perspektivlər yaradır və gələcəkdə yeni işbirliyi nümunələrinin yaradılmasını təşviq edə bilər.
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

