Vətən müharibəsinin ilk böyük qələbəsi
04.10.2023 [10:00]
Günün mübarək, Cəbrayıl!
Günel ABBAS
Vətən müharibəsində qazanılan böyük Qələbə son 200 illik tariximizin ən parlaq səhifəsidir. Bu Zəfərədək biz daim torpaq itkilərinə məruz qalmışıq. İmperialist güc mərkəzlərinin məkrli ssenariləri əsasında tarixi Azərbaycan ərazilərində indiki oyuncaq Ermənistan dövləti yaradılıb. Yalnız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazanılan şanlı Qələbə sayəsində biz torpaq itkilərinə son qoyduq və 30 il ərzində işğal altında qalmış ərazilərimizi geri qaytarmağa nail olduq. İki yüzillikdə ilk dəfə idi ki, biz torpaq itkisinə məruz qalmadıq, itirdiklərimizi geri qaytardıq. Bu qələbə bütün dünyada yaşayan azərbaycanlılar üçün sonsuz qürur mənbəyidir. Gələcək zəfərlərimiz naminə Vətən müharibəsində qazandığımız Qələbə əbədiləşdirilir və ölkəmizin ərazi bütövlüyünü öz qanları, canları ilə təmin edən igid hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar layiqli şəkildə təbliğ olunur.
Bu kontekstdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də xüsusi önəm daşıyır. Üç onillik ərzində düşmənin nəzarəti altında qalan və tamamilə dağıdılan hər şəhərin, hər kəndin və yüksəkliyin geri qaytarılması bir qəhrəmanlıq dastanıdır. Düşmən bir neçə mərhələdə keçilməsi mümkünsüz görünən istehkamlar qurmuşdu, ətrafdakı yüksəkliklərin də böyük əksəriyyəti qarşı tərəfin nəzarətində idi. Ancaq Azərbaycan hərbiçiləri mümkünsüz görünəni mümkün etdilər. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq.
Cəbrayılda dalğalanan Azərbaycan bayrağı
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhəri günüdür. Üç il əvvəl bu gün Cəbrayıl şəhəri Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra - 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizmə məruz qalmış, rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılmış, ağaclar məhv edilmişdi.
Xəbər lenti
Hamısına baxAnalitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47

