/ / Prezident İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində iştirak edib
Prezident İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməlqoyma mərasimində iştirak edib
09.09.2011 [11:11]
Dövlətimizin başçısı əvvəlcə ərazi ilə yaxından tanış olub. Məlumat verilib ki, 1950-ci illərdə Abşeronda içməli və texniki suya tələbatın artması ilə əlaqədar Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılması, Ceyranbatan anbarında şirin su ehtiyatının yaradılması və anbarın sahilində sutəmizləyici qurğular kompleksinin inşasına qərar verilib. 1957-ci ildə Ceyranbatan su anbarının şirin su ilə doldurulmasına başlanılıb. Anbarın doldurulması ilə yanaşı, hövzənin sahilində sutəmizləyici qurğular kompleksi də tikilib. 1961-ci ildə məhsuldarlığı saniyədə 2,64 kubmetr olan sutəmizləyici qurğular kompleksinin birinci qurğusu istismara verilib. Eyni keyfiyyətə malik olan ikinci qurğu 1966-cı ildə işə salınıb. Ceyranbatan sutəmizləyici qurğular kompleksinin üçüncü növbəsi isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1978-ci ildə tikilərək istifadəyə verilib. Qurğuların ikinci və üçüncü növbələrinin istismara verilməsi ilə Sumqayıtın, Bakıətrafı kəndlərin və paytaxtın şərq hissəsinin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Ceyranbatan sutəmizləyici qurğular kompleksi 50 ildir ki, Abşeron yarımadasında içməli və texniki su təchizatında əvəzedilməz mənbə kimi fəaliyyət göstərir. Bu dövrdə yalnız bir dəfə - 1998-2002-ci illərdə sutəmizləyici qurğularda əsaslı təmir işləri aparılıb. “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması” layihəsi çərçivəsində birinci və ikinci qurğular yenidən qurulub.
“Azərsu” ASC-nin kollektivinin nümayəndələri və inşaatçılar Prezident İlham Əliyevi hərarətlə qarşılayıblar.
Dövlətimizin başçısına yeni tikiləcək qurğunun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, hazırda dünya təcrübəsində az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə olunan yeni ultrasüzgəcli qurğulardan istifadə olunmağa başlanıb. Ənənəvi qum süzgəclərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük hissəciklərlə yanaşı, suda olan bütün zərərli mikrobları tutaraq saxlayır.
Bununla da suyun təbii duz tərkibi saxlanılmaqla, daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Bakı və Sumqayıt şəhərlərinə verilən suyun keyfiyyət göstəricilərinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə ultrasüzülmə texnologiyasına əsaslanan müasir sutəmizləyici qurğunun tikilməsi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatının perspektiv planı ilə də tanış olub. Qeyd edilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən yeni qurğunun inşası ilə yanaşı, burada təmizlənəcək suyu istehlakçılara çatdırmaq üçün yeni magistral kəmərlər, paylayıcı şəbəkə və anbarların tikilməsi nəzərdə tutulur. Dövlət Proqramına uyğun olaraq, Masazır, Binəqədi, Balaxanı, Ramana və Dübəndi qəsəbələrində yeni su anbarları kompleksinin inşası planlaşdırılır. Bu anbarlardan istifadə etməklə Bakıətrafı qəsəbə və kəndlərin su təchizatını əsasən özüaxımlı rejimdə təmin etmək mümkündür. Hazırda su təchizatı şəbəkəsinə qoşulmayan Türkan, Zirə, Qala, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin etmək üçün Ramana anbarı kompleksindən uzunluğu 65 kilometr olan yeni kəmərin çəkilişi nəzərdə tutulur.
Məlumat verilib ki, tikintisi 1,2 hektar ərazidə aparılacaq və məhsuldarlığı saniyədə 6 kubmetr olacaq qurğu əhalinin fasiləsiz, keyfiyyətli içməli su təminatına öz töhfəsini verəcək. Yeni qurğuda Niderland Krallığının istehsalı olan müasir avadanlıqdan istifadə ediləcək. Tam avtomatik rejimdə idarə olunacaq qurğu elektrik enerjisinə qənaət etməyə imkan verəcək. Burada emal olunacaq su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək. İstehlakçılara öz axımı ilə çatdırılması üçün yeni qurğuda emal olunacaq su dəniz səviyyəsindən 190 metr hündürlükdə yerləşən anbara ötürüləcək və buradan Abşeronun bütün ərazilərinə paylanacaq.
Sonra dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunu işə salıb.
Prezident İlham Əliyev “Azərsu” ASC-nin kollektivinin nümayəndələri və inşaatçılarla görüşüb və onları təbrik edib.
Ceyranbatan Su Kəmərləri İdarəsinin kollektivi adından çıxış edən Yazgül Rüstəmova Prezident İlham Əliyevə təşəkkür edib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

