Azərbaycan 2012-ci ildə neft ixracını daha da genişləndirəcək
25.08.2011 [10:48]
Azərbaycan hökuməti zəngin neft bloklarında yeni texnologiyaların tətbiq olunması və hasilatın artırılması üçün lazımi tədbirləri sürətləndirib. Hazırda neft istehsalının artırılması üçün konkret tədbirlər planı üzrə işlərə uyğun olaraq Mərkəzi Azəri yatağının və digər neft bloklarında hasilatla bağlı işlər davam etdirilir. Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, “Azəri-çıraq-Günəşli” blokunda qaz hasilatı ilə əlaqədar olaraq ötən aylar ərzində neftin istehsalında müəyyən azalma olub. Amma bu, müvəqqəti xarakter daşıyır və neft hasilatı qarşıdakı aylarda yenidən artmağa başlayacaq. Qeyd edək ki, cari ilin yanvar-iyulunda Azərbaycanda 27,7 milyon tona yaxın neft hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz azdır. Bunun səbəbi qaz nəqli ilə bağlı platformalarda işlərin müvəqqəti dayandırılması olub. Hazırda “Azəri-çıraq-Günəşli” platformasında hasilat işləri bərpa olunub.
Respublikamızda neft istehsalının gələn il daha da artacağı proqnozlaşdırılır. ARDNŞ rəhbərinin sözlərinə görə, 2012-ci ildə neftin həcmi yenidən artacaq ki, bu da ixracın həcminin və coğrafiyasının genişlənməsinə səbəb olacaq. Respublikamız gələn il 50-60 milyon ton həcmində neft hasil etməklə, bir çox dövlətlərin enerji təminatında öz həlledici mövqeyini daha da gücləndirəcək. Qeyd edək ki, hazırda ölkəmizdə neft hasilatı 50 milyon tonu ötüb. İllik qaz hasilatı isə 25 milyard kubmetrdən artıqdır. Respublikamızın gələn il daha böyük həcmdə karbohidrogen ehtiyatları nəql etməsi ixrac marşrutlarının şaxələndirilməsi ilə bağlı siyasətin dərinləşməsinə öz təsirini göstərəcək. Beləliklə, respublikamız zəngin enerji resurslarının nəqlində diversifikasiya siyasətini gücləndirməklə, dünya enerji bazarına öz töhfəsini verəcək.
Qeyd edək ki, hazırda Azərbaycan dünyanın 33 ölkəsinə neft və neft məhsulları ixrac edir. BTC işə düşəndən indiyədək Azərbaycan beynəlxalq bazarlara təxminən 255 milyon ton neft, 22 milyard kubmetrdən çox qaz ixrac edib. Azərbaycanın təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2 milyard ton, qaz ehtiyatlarının həcmi isə 2,2 trilyon kubmetr təşkil edir. Bu resursların nəqlinin qarşıdakı illərdə daha da artması sayəsində ölkəmiz daha bir neçə ölkəyə neft və qaz satmaq imkanlarına malik olacaq. Onu da qyed edək ki, bu ilin sonlarına yaxın “Şahdəniz-2” layihəsinə sanksiya verilməsi nəzərdə tutulur ki, bu da əlavə yanacaq resurslarının nəqli üçün əlverişli şərait deməkdir. Bu siyasi-iqtisadi qərardan sonra Azərbaycan Avropa bazarına təbii qazın ixracında mühüm rol oynayacaq və bazarda mövqeyini daha da möhkəmləndirəcək.
Qeyd etdiyimiz kimi, gələn il neft və qaz resurslarının istehsalının artması, Azərbaycanın daha 10-15 ölkəyə yanacaq məhsulları ixrac etməsini şərtləndirəcək və respublikamız dünyanın 50-dən çox ölkəsini enerji resursları ilə təmin etmiş olacaq. Qarşıdakı illərdə dünyada yanacaq məhsullarına olan tələbatın kəskin şəkildə artması və Xəzər regionundan hasil olunan ehtiyatların həcminin çoxalması bölgədə əlavə magistral kəmərlərin tikintisini də zəruri edəcək. Buna görə də, nəql kəmərlərinin təmini üçün yeni boru kəmərlərinin çəkilməsi, Qazaxıstan, Azərbaycan və Gürcüstanın liman imkanlarının genişləndirilməsi, Azərbaycan və Gürcüstan arasında dəmiryol nəqliyyatının yaxşılaşdırılması, terminallarda anbar qurğularının genişləndirilməsi, Odessa-Brodı-Plosk-Qdansk neft kəmərlərinin çəkilməsi vacibdir.
Neftin həcminin artması ölkə iqtisadiyyatının inkişafı və milli valyuta sərvətlərinin artması baxımından da mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bu ilin birinci yarısında ümumi daxili məhsul istehsalı 1 faiz təşkil edib. Yəni, milli məhsulun artım tempi müəyyən qədər aşağı olub və bunun səbəbi neftin hasilatının azaldılması ilə əlaqəlidir. İlin ikinci yarısında neft hasilatının artması isə üDM-in həcminin yüksəlməsinə və milli gəlirlərin daha da çoxalmasına impuls verəcək. Həm büdcəyə yönələn milli gəlirlərin, həm də Dövlət Neft Fonduna daxil olan valyuta sərvətlərinin həcmi əhəmiyyətli dərəcədə artacaq. Bununla yanaşı, Dövlət Neft Şirkətinin daxilolmaları çoxalacaq ki, bu da şirkətin daxili sərmayələri üçün mühüm stimul deməkdir. ARDNŞ gəlirlərinin artması müqabilində həm ölkə daxilindəki layihələrin maliyyələşdirilməsini genişləndirəcək, həm də xarici dövlətlərin mühüm sənaye bölmələrinə investisiyaları gücləndirəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

