Ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmləri hazırlanıb
02.08.2011 [10:35]
Məlum olduğu kimi, ölkəmizdə rüşvətxorluq və korrupsiyaya qarşı intensiv mübarizə aparılır. Bu il yanvarın 14-də keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan toplantısından sonra isə bu mübarizə xüsusilə ardıcıl xarakter alıb. Belə ki, məhz həmin toplantıda Prezident İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizəni aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi hesab edib. ölkə başçısının tapşırığına əsasən bu il yanvarın 27-də isə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib və dövlət qurumlarına Prezidentin çıxışından irəli gələn müvafiq göstərişlər verilib.
Yeri gəlmişkən, ilk vaxtlar bir sıra bədxahlar bu istiqamətdə tədbirlərin guya davamlı olmayacağını, kampaniya xarakterli olduğunu iddia etsələr də, bu istiqamətdə dövlət orqanlarında həyata keçirilən tədbirlərin davam etməsi onların iddialarının əsassız olduğunu təsdiqləyir. Qeyd edək ki, dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bir daha sözügedən istiqamətdə işlərin davam etdiriləcəyini bildirib: “ölkəmiz üçün, o cümlədən, sahibkarlığın inkişafı üçün vacib olan məsələlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir. Bu barədə mən öz sözümü ilin əvvəlində Nazirlər Kabinetinin iclasında demişəm, müvafiq göstərişlər verilibdir. İndi deyə bilərəm ki, ölkəmizin bütün yerlərində bu məsələ ilə bağlı ciddi proseslər gedir. Biz ilkin müsbət nəticələri görürük və elə etməliyik ki, bu nəticələr daha da gözə görünən, daha da təsirli olsun. Bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir. Əgər biz doğrudan da, Azərbaycanı müasir ölkə kimi görmək istəyiriksə və bütün sahələrdə inkişafı görmək istəyiriksə, xoşagəlməz hallara qarşı mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin”.
Proseslərin gedişi göstərir ki, Prezident İlham Əliyevin bu tələbinə cavab olaraq, dövlət orqanları öz fəaliyyətlərini gücləndirir, iş mexanizmlərini təkmilləşdirir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardım (üSY) və tibbi-sosial ekspertiza ilə bağlı əhaliyə göstərilən xidmət səviyyəsinin, komissiyalarda və əhalinin sosial müdafiəsi mərkəzlərində çalışan işçilərin məsuliyyətinin artırılması, “Vətəndaşların müraciətinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunun icrasının təmin edilməsi məqsədi ilə indiyədək bir sıra tədbirlər həyata keçirib. Qurumun növbəti addımı isə üSY üçün alternativ müraciət mexanizmlərinin təqdimatı olub.
Aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş ünvanlı sosial yardım (üSY) proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması məqsədilə ƏƏSMN tərəfindən üSY üçün alternativ müraciət mexanizmləri hazırlanıb. İlkin olaraq, bu sistemin seçilmiş pilot rayonlar olan Balakən və Cəlilabad rayonlarında sınaqdan keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, yeni müraciət mexanizmlərinin əsas cəhəti üSY üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsi ilə qəbul edilməsindən ibarətdir. Sənəd qəbulundan sonra isə vətəndaşların mobil telefon nömrəsinə və elektron poçt ünvanına həmin müraciətin statusu ilə bağlı məlumatların göndərilməsi planlaşdırılır.
Onu da bildirək ki, 3 ay müddətində ünvanlı sosial yardım üçün poçtla və elektron müraciətləri təcrübədən keçirilməsi, həmçinin, ƏSMM-lərdə məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və şəffaflığın tam təmin edilməsi məqsədilə işçilərin yeni vəzifə bölgülərinin işlənməsi də nəzərdə tutulub.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxİdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03

