Türk dünyası etiraz edir...
18.03.2023 [10:00]
İrqçiliyə, ksenofobiyaya, islamofobiyaya qarşı
Mübariz ABDULLAYEV
Hazırda dünyadakı təxminən 200 milyon Türk soylu insanı sevindirən əlamətdar hadisələr baş verir. Biz qərinələrə şahidlik etmiş Türk soyundan gələn xoşbəxt nəsilik ki, bir vaxtlar xəyal kimi hər birimizin qəlbində, düşüncəsində özünə yer edən Türk dövlətlərinin birliyi ideyasının reallığa çevrilməsinə şahidlik edirik. Əlamətdar haldır ki, bütün Türkdilli və Türkdilli olmayan ayrı-ayrı ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan dövlətləri böyük Türk birliyinin vahid platformada birləşməsinə qətiyyətli siyasi iradə ortaya qoyurlar. Eyni zamanda, qeyd olunan ölkələrin cəmiyyətlərində də Türkdilli dövlətlərin birləşməsinə böyük istək var.
Türkdilli Dövlətlər Təşkilatı (TDT) məhz belə sağlam zəmin əsasında təşəkkül taparaq funksional bir platformaya çevrilib. Martın 16-da qardaş Türkiyənin paytaxtı Ankarada TDT-nin “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirilib. Qeyd edək ki, əvvəlcə bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulurdu. Prezident İlham Əliyev Türkiyədə dağıdıcı zəlzələ baş verməsini nəzərə alaraq Zirvə görüşünün Ankarada keçirilməsi təşəbbüsünü irəli sürüb və bu təşəbbüs bütün üzv dövlətlər tərəfindən dəstəklənib. Bununla da Azərbaycan və digər Türkdilli ölkələr insanlıq faciəsi ilə üzləşən Türkiyə ilə həmrəy olduqlarını bir daha nümayiş etdiriblər. Zirvə görüşündə Ankara Bəyannaməsi qəbul olunub. Həmin sənəd əslində TDT-nin gələcək fəaliyyəti üçün bir yol xəritəsidir. Sənəddə üzv dövlətlər müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, daha sıx inteqrasiyaya nail olmaq istəklərini ifadə ediblər.
İqtisadi potensialın səfərbər edilməsi
Gələcəkdə TDT-nin funksionallığının artması dövlətlərin siyasi iradəsi ilə yanaşı, həm də üzv ölkələrin iqtisadi potensialının səfərbər edilməsindən, koordinasiyalı fəaliyyətin həyata keçirilməsindən çox asılıdır. Təsadüfi deyildir ki, bəhs olunan Ankara Bəyannaməsində TDT Üzv Dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanması alqışlanıb. Bu sənədin imzalanması Türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə, qarşılıqlı investisiya qoyuluşunun artmasına güclü impuls verəcək. Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısı bu təşəbbüslə 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı çıxış etmişdi və öz mövqeyini əsaslandırmışdı. Zaman Azərbaycan Prezidentinin strateji baxışlarının uzaq hədəflərə hesablandığını bir daha təsdiqlədi.
Türkdilli ölkələr təbii ehtiyatlarla, o cümlədən də enerji resursları ilə zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Mütəxəssislərin qənaətinə görə, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.2 tr?lyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır.
TDT-da təmsil olunan ölkələr arasında iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığı genişləndirmək imkanları kifayət qədər genişdir. Bu sahədə ən perspektivli istiqamətlərdən biri enerji əməkdaşlığıdır. İndiyədək Azərbaycan və Türkiyə tərəfdaş ölkələrlə birlikdə Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi regional və qlobal əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsinə nail olublar. Bu gün qeyd olunan transmilli enerji infrastrukturundan, həmçinin Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələr də bəhrələnirlər.
Nəqliyyat sahəsində əməkdaşlığın da böyük perspektivləri var. Zəngəzur dəhlizi açıldıqdan sonra tarixi Türk coğrafiyası bərpa olunacaq və bütün Türkdilli ölkələr Orta Dəhliz vasitəsilə birləşəcəklər. Hazırda Çin-Qazaxıstan sərhədindən başlayıb Azərbaycandan keçməklə Avropayadək uzanan Orta Dəhliz intensiv şəkildə inkişaf etdirilir və bu marşrutla daşımalar getdikcə artır.
Son illərdə Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində böyük artımların müşahidə edilməsi də məmnunluq doğurur. 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70.0 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. 2022-ci ildə bütün Türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. O cümlədən Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə, Türkmənistan ilə 5.1 dəfə, Özbəkistan ilə 64.0 faiz, Qırğızıstan ilə 17.0 faiz artıb.
Ötən il qardaş Türkiyə ilə ticarət dövriyyəmiz 6.0 milyard dollara yaxınlaşıb. Xatırladaq ki, 2021-ci ildə bu göstərici 4 milyard 661 milyon dollar civarında idi.
Qurani-Kərimin yandırılması etiraz doğurur
TDT-nin Zirvə görüşü çərçivəsində qəbul olunan Ankara Bəyannaməsində üzv dövlətlər bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınayıblar. TDT-də təmsil olunan dövlətlərin bu narahatlığı başadüşüləndir. Hazırda dünyada meydana çıxan ən aktual çağırışlardan biri məhz müxtəlif coğrafiyalarda multikultural rəngarəngliyin qorunması ilə bağlıdır. Ayrı-ayrı ölkələrdə, o cümlədən də Avropada irqçi, ksenofob və islamofob meyillərin güclənməsinə seyirçi qalmaq mümkün deyil. Təkcə son aylarda Avropa məkanında irqçilik və islamofobiya zəminində təkrarlanan hadisələr göz önündə dəhşətli mənzərə canlandırır. Açıq şəkildə müşahidə edilir ki, qoca qitə getdikcə daha çox dərəcədə demokratik dəyərlərdən geri çəkilir, etnik, milli və dini müxtəlifliyə dözümsüzlük nümayiş etdirir. 2023-cü il yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı “Qurani-Kərim” yandırılıb. Təəssüf doğuran haldır ki, bu ölkənin ayrı-ayrı qurumlarının və bir sıra beynəlxalq təşkilatların rəsmiləri “Qurani-Kərim”in yandırılmasının bütün İslam dünyası üçün hansı anlama gəldiyini dərk etmək istəmirlər və bunu demokratiyanın təzahürü kimi dəyərləndirməyə çalışırlar. Əgər milyonlarla insanın hissləri, inancları təhqir edilirsə, buna “demokratiya” adı ilə necə haqq qazandırmaq mümkündür? Dövlətlər və cəmiyyətlər belə həssas məsələlərdə öz məsuliyyətlərini bütün miqyası ilə dərk etməlidirlər.
Başqa bir fakta diqqət yetirək: Fransanın “Charlie Hebdo” nəşri sosial şəbəkələrdə Türkiyədəki zəlzələ ilə bağlı nifrət dolu paylaşım edib. Nəşrin hazırladığı karikatura jurnalın “Tvitter” hesabında “Günün fotosu” həştəqi ilə paylaşılıb. Paylaşılan fotolara “Türkiyədə zəlzələ”, “Tank göndərməyə ehtiyac yoxdur” yazıları ilə şərhlər verilib. Biz bilirik ki, Fransanın siyasi hakimiyyəti Türkiyəyə və İslam dünyasına nifrətlə yoğrulan münasibətini adətən bu ölkədə nəşr olunan “Charlie Hebdo” jurnalı vasitəsilə ifadə edir. Deyə bilərik ki, bu nəşr Fransa rəsmilərinin danışan dillərinə və görən gözlərinə çevrilib. Nəşrin səhifələrində dəfələrlə Türkiyəni və İslam dinini, Məhəmməd peyğəmbəri ələ salan karikaturalar yerləşdirilib. Belə görünür ki, “Charlie Hebdo” jurnalı özünün pis ənənəsini davam etdirir. Bunu həm də Fransanın siyasi hakimiyyətinin mövqeyi kimi qəbul etmək mümkündür.
Yeri gəlmişkən, Fransada irqçiliyin, islamofobiyanın geniş vüsət aldığı bu günlərdə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində aparılan müzakirələrdə də xüsusi olaraq vurğulanıb. Fransada Emmanuel Makron hakimiyyətə gələndən sonra bu ölkədə islamofobiya daha geniş vüsət alıb. Belə ki, müsəlmanlara qarşı nifrət və irqçi siyasət Fransa siyasi hakimiyyəti tərəfindən dəstəklənir. Makron hakimiyyəti müxtəlif adlar altında qanunlar qəbul edilməsinə nail olaraq, əslində islamofobiyanı təşviq edir. Məsələn, 2021-ci il 21 avqust tarixində qəbul olunan “Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında” Qanun açıq şəkildə müsəlman əhalisinə qarşı etimadsızlıq mühiti yaradılmasına xidmət edir. Müsəlmanlara qarşı yönələn bu Qanunun icrası çərçivəsində hökumət aparatında İslamın və müsəlmanların müşahidə edilməsi üçün 101 struktur yaradılıb, 24 min 887 müsəlman təşkilatı, müəssisəsi gizli qara siyahıya alınıb və yoxlanılmaqdadır. Müsəlmanların sahib olduqları 718 təşkilatın, o cümlədən 4 məktəbin, 37 məscidin, 210 müəssisənin, 2 təşkilatın fəaliyyəti dayandırılıb. Bu qəbildən olan faktların siyahısı çox uzundur. Bütün bunlar Makron hakimiyyətinin müsəlmanlara, Afrika qitəsindən gələnlərə qarşı həyata keçirdiyi diskriminasiya siyasəti sistemli xarakter daşıdığını əyani şəkildə təsdiqləyir. Türk dövlətlərinin mövqeyi belədir ki, qlobal miqyasda belə ayrı-seçkiçilik təzahürlərinin qarşısı alınmalı və multikulturalizmə zidd yanaşmalara son qoyulmalıdır.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
30 Mart 20:38

Xəbər lenti
30 Mart 20:34

Xəbər lenti
30 Mart 20:32

Xəbər lenti
30 Mart 19:40

Xəbər lenti
30 Mart 19:19

Xəbər lenti
30 Mart 16:44

Xəbər lenti
30 Mart 16:24

Xəbər lenti
30 Mart 15:36

Xəbər lenti
30 Mart 15:24

İqtisadiyyat
30 Mart 15:20

Xəbər lenti
30 Mart 15:13

Xəbər lenti
30 Mart 14:20

Xəbər lenti
30 Mart 14:11

Gündəm
30 Mart 14:08

Xəbər lenti
30 Mart 14:06

İqtisadiyyat
30 Mart 13:32

Xəbər lenti
30 Mart 13:08

Xəbər lenti
30 Mart 13:06

İqtisadiyyat
30 Mart 12:30

Xəbər lenti
30 Mart 11:54

Xəbər lenti
30 Mart 11:51

Maraqlı
30 Mart 11:36

Maraqlı
30 Mart 11:34

Sosial
30 Mart 11:30

MEDİA
30 Mart 11:28

Ədəbiyyat
30 Mart 11:26

Xəbər lenti
30 Mart 11:20

Sosial
30 Mart 11:18

Xəbər lenti
30 Mart 11:06

Siyasət
30 Mart 10:55

Siyasət
30 Mart 10:52

Xəbər lenti
30 Mart 10:46

Siyasət
30 Mart 10:42

Xəbər lenti
30 Mart 10:38

Gündəm
30 Mart 10:34

İqtisadiyyat
30 Mart 10:29

Gündəm
30 Mart 10:19

Xəbər lenti
30 Mart 09:46

Xəbər lenti
30 Mart 09:25

Xəbər lenti
30 Mart 09:22

Xəbər lenti
29 Mart 23:40

Xəbər lenti
29 Mart 21:09

Xəbər lenti
29 Mart 19:36

YAP xəbərləri
29 Mart 17:40

Xəbər lenti
29 Mart 16:42

Formula 1
29 Mart 16:35

Xəbər lenti
29 Mart 16:33

Xəbər lenti
29 Mart 16:30

Gündəm
29 Mart 16:23

Xəbər lenti
29 Mart 16:11

Xəbər lenti
29 Mart 16:08

Xəbər lenti
29 Mart 15:29

Xəbər lenti
29 Mart 15:20

Xəbər lenti
29 Mart 14:45

Xəbər lenti
29 Mart 14:16

İqtisadiyyat
29 Mart 14:01

Xəbər lenti
29 Mart 13:46

Xəbər lenti
29 Mart 13:31

Xəbər lenti
29 Mart 13:26

YAP xəbərləri
29 Mart 13:09

Xəbər lenti
29 Mart 13:07

Xəbər lenti
29 Mart 12:51

Xəbər lenti
29 Mart 12:22

Xəbər lenti
29 Mart 12:08

Xəbər lenti
29 Mart 12:03

Xəbər lenti
29 Mart 11:57

Xəbər lenti
29 Mart 11:52

Xəbər lenti
29 Mart 11:46

Xəbər lenti
29 Mart 11:38

Xəbər lenti
29 Mart 11:18
