Cənubi Qafqaz evi: Onu kim, necə qurmaq istəyir?
10.03.2023 [10:26]
Mübariz FEYİZLİ
Azərbaycanın milli maraqlar üzərində qurulan və multiregional səciyyə daşıyan siyasəti ölkəmizə böyük nüfuz qazandırıb. Hazırda Azərbaycan həm regional, həm də qlobal miqyasda çox mühüm aktor qismində tanınır. Bu da Azərbaycanın qonşu və uzaq ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında möhkəmlənməsinə davamlı səylər göstərməsi, beynəlxalq həmrəyliyin güclənməsinə sanballı töhfələr verməsi, daim sülhə can atması kimi amillərlə bağlıdır. Belə rasional siyasət Azərbaycana böyük nüfuz qazandırıb. Müxtəlif coğrafiyalarda və ayrı-ayrı beynəlxalq qurumlarda ölkəmizin dostlarının sayı durmadan artır. Avropa İttifaqında təmsil olunan Latviya Respublikası da bu sırada yer alır. Bu günlərdə dost ölkənin Prezidenti Egils Levits ölkəmizdə səfərdə olub. Martın 8-də Prezident İlham Əliyev və Prezident Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı Bəyanatında Azərbaycanla Latviya arasında münasibətlərin getdikcə möhkəmlənməsindən məmnunluq ifadə edib, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində davamlı səylər göstərdiyini diqqətə çatdırıb.
Aİ ilə əməkdaşlığın yeni səhifəsi
Qısa müstəqillik tarixində respublikamızın xoş mərama və qarşılıqlı maraqlara əsaslanan sıx əlaqələr qurduğu nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ). Azərbaycan həm Aİ ilə, həm də qurumda təmsil olunan dövlətlərlə intensiv təmaslara malikdir. Respublikamız Aİ ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq edir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq Tərəfdaşlıq Sazişi üzərində fəal iş aparılır. Ölkəmiz, eyni zamanda, Aİ-yə daxil olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. İkitərəfli və çoxtərəfli platformalarda qurulan siyasi dialoqun dinamizminə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da davamlı olaraq genişlənərək yeni istiqamətləri əhatə edir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olaraq qalır. Ölkəmiz qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasında rolunu getdikcə artırır. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. İndi isə respublikamız “qoca qitə” üçün həm də alternativ “mavi yanacaq” mənbəyi qismində çıxış edir. Prezident İlham Əliyevin mətbuata verdiyi Bəyanatında bildirdiyi kimi, Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənəd imzalandı. Sözügedən saziş artıq icra olunur. Əlamətdar haldır ki, Azərbaycanın Avropada qaz tədarük etdiyi ölkələrin coğrafiyası da genişlənir.
Azərbaycanla Avropa İttifaqı arasında digər istiqamətlərdə də əməkdaşlıq uğurla inkişaf edir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının yeni səhifəsi açılır. Söhbət Xəzər sahillərindən qoca qitəyə alternativ mənbələrdən alınan elektrik enerjisinin ötürülməsindən gedir. Bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavata bərabərdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərdə bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycanda bərpaolunan mənbələrdən alınan enerjinin Avropaya ötürülməsi ilə bağlı yeni dəhlizin yaradılması istiqamətində işlərə də start verilib. Prezident İlham Əliyev Bəyanatında 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanmasını xatırladıb. Sazişə əsasən, elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya çatdıracaq.
9 strateji tərəfdaşdan biri
Azərbaycanla Latviya arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulub. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə, dost dövlətin ölkəmizdə səfirliyi isə 2006-cı ildə açılıb. Bəyanatlarda vurğulandığı kimi, hazırda ölkələrimiz diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etməyi planlaşdırırlar. Otuz il ərzində ikitərəfli münasibətlər çox yaxşı və uğurla inkişaf edib. Belə ki, təşviq edilə biləcək bir çox ikitərəfli məsələlər var. İki ölkə arasında siyasi dialoqun güclənməsində prezidentlər və digər səviyyələrdə qarşılıqlı səfərlərin mühüm rol oynadığına diqqət çəkən Prezident İlham Əliyev deyib: “Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər”.
Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. İkitərəfli iqtisadi münasibətlərin dinamikası ötən il yüksək olub. Belə ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 70 faizdən çox artaraq 46 milyon dollar təşkil edib. O cümlədən ölkəmizdən Latviyaya ixrac, demək olar ki, üç dəfə artaraq 28 milyon dollara çatıb. Əlamətdar haldır ki, bu ixracın 98 faizi qeyri-neft sektorunun payına düşüb.
Latviya Azərbaycanın Aİ-dəki 9 strateji tərəfdaşından biridir. Beləliklə, ölkələrimiz arasında münasibətlər yalnız ikitərəfli platformada deyil, həm də çoxtərəfli platformada irəliləyir. “Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynamışdır. Bu, o cümlədən Azərbaycan və NATO arasında əməkdaşlığa da aiddir və o, çox uğurla inkişaf edir. Biz latviyalı dostlarımıza belə davamlı dəstəyə görə çox minnətdarıq. İkitərəfli münasibətlərə gəldikdə, nəzərdən keçirəcəyimiz bir çox məsələlər var. Bu vaxta qədər gündəlik kifayət qədər genişdir”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanın xoş məramı
Prezident İlham Əliyev mətbuata Bəyanatında Azərbaycanın postmüharibə mərhələsində nümayiş etdirdiyi xoş mərama da diqqət çəkib. Cənubi Qafqaz coğrafiyası üç onillik ərzində müharibə təhdidləri ilə üz-üzə qalıb. Bu müharibə təhdidləri Ermənistanın işğalçılıq siyasətinə görə davam edirdi. İşğal dövründə ərazilərinin 20 faizini itirən respublikamız humanitar fəlakətlə üzləşmişdi, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətində qalmışdı. Ermənistan isə BMT TŞ-nin məlum qətnamələrinin icrasını təmin etməyə tələsmirdi və danışıqlar prosesini sonsuzluğadək uzatmağa çalışırdı. Bu ölkədən hətta yeni müharibə və yeni ərazilər zəbt etmək kimi iddialar da eşidilirdi. Ermənistanın belə davranışları ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə Azərbaycan əraziləri hərbi-siyasi yolla işğaldan azad olundu. Halbuki Ermənistan özünü konstruktiv aparsaydı, hərbi gücə əl atmaq zərurəti otaya çıxmayacaqdı və münaqişə öz həllini yalnız siyasi yolla tapacaqdı.
İndi postmüharibə mərhələsidir. Azərbaycan bu mərhələdə də xoş məram ortaya qoyaraq daim sülh təşəbbüsləri irəli sürür. Ermənistanın da konstruktiv davranmasına çağırış edən Prezident İlham Əliyev vurğulayıb: “Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sıx əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sıx əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurla inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Bizdə müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Hazırda buna son qoyulmalıdır və əgər bu baş tutarsa, onda keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

