Antiterror əməliyyatı olacaq?
17.02.2023 [10:13]
Azərbaycan SÜLH deyir!
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan mediasına verdiyi açıqlamalar Azərbaycan ilə rəsmi İrəvan arasında münasibətlərin normallaşması prosesi üçün mühüm təhdidlər yaradır. Xatırladaq ki, Qriqoryan Ermənistanın separatçı rejimlə Bakı arasında müzakirələrin beynəlxalq platformada baş verməsinin tərəfdarı olduğunu demişdi. Hətta bir az da uzağa gedərək və beynəlxalq hüququ saymadan Qriqoryan İrəvanın bu “mexanizmin” yaradılması üçün tərəfdaşları ilə işləməyə davam etdiyini də vurğulamışdı.
Göründüyü kimi, Ermənistanın siyasi rəhbərliyinin apardığı siyasət hazırki sülh prosesi ilə uzlaşmır - tam əksinə, bu kimi açıqlamalar regionun təhdid altında saxlanmasına xidmət göstərir ki, bu da yolverilməzdir. Təbii ki, Qriqoryanın bu açıqlamasını növbəti “erməni arzusu” kimi qəbul etmək olardı - amma, bu açıqlamada mühüm ştrixlər vurğulanır, həm də bu fikirləri ifadə edən bir ölkənin Təhlükəsizlik Şurasının katibidir. Məsələn, İrəvanın xarici tərəfdarlarla işləməsi, eləcə də “yeni mexanizmin” yaradılması kimi fikirlər hazırki gündəmlə uyğun gəlmir. Halbuki sülh prosesinin inkişaf trayektoriyası bəllidir və bu kimi hallar Azərbaycanın maraqlarına uyğun deyil.
Azərbaycan özünün beynəlxalq hüququndan hələlik istifadə etmir
Rəsmi Bakının məsələdəki mövqeyi hər kəsə bəllidir - Qarabağ Azərbaycan torpağıdır və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Sadəcə sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq tam bu hüquqa malikdir. Və ən əsası Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır. Bundan əvvəlki antiterror əməliyyatları da buna misaldır. İndiki dövrdə bu kimi antiterror əməliyyatlarını aktuallaşdıran isə mühüm səbəblər mövcuddur.
Antiterror əməliyyatı keçirmək üçün kifayət qədər əsas var
Qriqoryan niyə düşünmür ki, Azərbaycanın regionda yeni antiterror əməliyyatı keçirməsi üçün kifayət qədər hüquqi əsası mövcuddur. Məsələn, Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu antiterror əməliyyatı üçün əsl səbəblərdəndir. 10 noyabr razılaşmasının 4-cü bəndi hələ də icra edilməyib. Razılaşmanın müvafiq bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Amma rusiyalı sülhməramlıların fəaliyyət müddətinin bitməsinə az zaman qalmasına baxmayaraq, hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməyiblər.
Eyni zamanda, ərazilərimizdə həyata keçirilən ekoloji terror, sərvətlərin talan edilməsi antiterror əməliyyatı üçün mühüm əsaslar yaradır. Xatırladaq ki, ötən ilin sonunda Azərbaycanın Qarabağ ərazisindəki yeraltı sərvətlərinin xarici şirkətlərin əli ilə erməni separatçıları tərəfindən talanması ilə bağlı faktlar açıqlanmışdı və bu məsələ ilə bağlı Azərbaycan dövləti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinq qərarı vermişdi. Törədilən təxribat nəticəsində monitorinqin aparılmasına imkan verilməmişdi və bunun nəticəsində ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası başladı ki, artıq 67 gündür bu aksiya davam etməkdədir.
Digər bir amil isə, separpatçıların başçılarının, xüsusilə Ruben Vardanyanın terror çağırışlarıdır. “Avantürizm xəstəliyindən” əziyyət çəkən Vardanyanın erməniləri “döyüşə” çağırması Azərbaycanın antiterror əməliyyatları başlaması üçün mühüm əsasdır - Azərbaycan dövləti Vardanyanın terror çağırışlarını nəzərə alaraq onun haqqında qanuni şəkildə hüquqi müstəvidə ölçü götürmək hüququna malikdir. Ölkəmiz sülhü dəstəkləyir...
Bununla belə, ölkəmiz hər zaman olduğu kimi, sülhün tərəfdarı qismində çıxış edir. Azərbaycan qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyini önə çəkir - 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq. Azərbaycan mövqeyində qətidir - Qarabağla bağlı heç bir məsələ müzakirə predmeti ola bilməz. Əksinə, bu məsələdə israr edənlər Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər. Prezident İlham Əliyev ilin əvvəlində yerli televiziyalara müsahibəsində bildirmişdi ki, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər: “Mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”.
Yəni, Azərbaycan mövqeyində qətidir və sülhprosesinə sədaqət nümayiş etdirir. Amma separtçılarla heç bir məsələ müzakirə predmeti ola bilməz. Əksinə, bu məsələdə israr edənlər Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər.
“Beynəlxalq tərəfdaş” və ya “mexanizm” məsələsi manipulyasiyadır...
O ki qaldı, Qriqoryanın İrəvanın bu “mexanizmin” yaradılması üçün tərəfdaşları ilə işləməsi məsələsinə, burada da bəzi məsələlərə aydınlıq gətirilməlidir. Başqa sözlə, Qriqoryanın kimi “tərəfdaş” adlandırması təftiş olunmalıdır. Nəzərə alınmalıdır ki, hazırda sülh prosesi iki istiqamət üzrə - Rusiya və Avropa Birliyinin moderatorluğu ilə inkişaf edir. Rusiya Azərbaycanın yaxın strateji müttəfiqidir və daima ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda, ötən ilin fevralın 22-də imzalanan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 11-ci maddəsində də göstərilir ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”. Bu isə, rəsmi Moskvanın ölkəmizin ərazisindəki hər hansı bir separatçı rejimə dəstəyini istisna edir.
Avropa Birliyinə gəldikdə isə, ötən ilin oktyabrında baş tutan Praqa görüşü zamanı Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi - hətta bu görüşdə Fransa da təmsil olunurdu. Demək ki, AB-nin də bu kimi fəaliyyətlərə imza qoyacağı inandırıcı görünmür.
Beləliklə, Qriqoryanın “işarə etdiyi” “tərəfdaş” məsələsinin siyasi spekulyasiya olması gün kimi aydındır. Ermənistan bu kimi “mexanizmlər”dən yalnız sülh prosesini gecikdirmək üçün istifadə etməyə çalışır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34

