Yunanıstan-Azərbaycan əlaqələri çox uğurla və sürətlə inkişaf edir
06.04.2011 [09:59]
Dünən Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın təkbətək görüşü olub. Görüşdə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirilib. Dövlət başçıları ikitərəfli, beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib ki, ölkələrimiz arasında əlaqələr çox sürətlə inkişaf edir: “Enerji sahəsində əməkdaşlığın artıq gözəl ənənələri vardır və ümid edirəm ki, yaxın zamanlarda bu əlaqələr yeni mərhələyə qədəm qoyacaqdır. Eyni zamanda, bu gün biz Sizinlə insanlar arasındakı əlaqələr haqqında da fikir mübadiləsi apardıq və biz çox maraqlıyıq ki, vətəndaşlarımız bir-birilərini daha da yaxşı tanısınlar və beləliklə, əlaqələrimiz daha da çoxşaxəli olsun və əməkdaşlığın nəticələri daha da böyük olsun”.
Yunanıstan Prezidenti Karolos Papulyas səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib ki, Yunanıstan-Azərbaycan münasibətlərinin gələcəyi parlaqdır.
Prezident İlham Əliyevin və Prezident Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanma mərasimi olub.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və Yunanıstan Respublikasının Dövlət Qaz Şirkəti (DEPA) arasında Anlaşma memorandumu”nu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və DEPA-nın sədri və baş icraçı katibi Harri Saxinis imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş”i Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Yunanıstanın ətraf mühit, energetika və iqlim dəyişikliyi nazirinin müavini İoannis Maniatis imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın dəniz məsələləri, adalar və balıqçılıq naziri İoannis Diamantidis imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında 2011-2013-cü illər üçün elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair proqram”ı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Dimitrious Drutsas imzalayıblar.
Sənədlərin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstan Prezidenti Karolos Papulyas mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edərək deyib ki, Azərbaycanla Yunanıstanın siyasi əlaqələri sürətlə inkişaf edir.
Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, biz Yunanıstan şirkətlərini Azərbaycanda görməyə çox şad olarıq və Azərbaycanda iş görmək üçün yeni imkanlar açılır: “Bir sözlə, iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün yaxşı perspektivlər vardır”.
“Əlaqələrimizin vacib sahəsi olan enerji sahəsində əməkdaşlıq da uğurla inkişaf edir”, - deyən Prezident İlham Əliyev söyləyib ki, bu sahədə ilkin nəticələr də var: “Artıq bir neçə ildir ki, Azərbaycan qazı Yunanıstana nəql edilir. Əminəm ki, bu gün imzalanmış sənəd gələcəkdə bu sahədəki əməkdaşlığı, imkanlarımızı daha da genişləndirəcəkdir. Azərbaycan Yunanıstana ixrac olunan qazın həcminin artırılmasında maraqlıdır və biz gələcəkdə Yunanıstanın tranzit imkanlarından da istifadə etmək istəyirik. Biz sözlə, bu sahədəki əməkdaşlıq nəinki ikitərəfli əlaqələrimizin inkişafına xidmət edəcək, eyni zamanda, Azərbaycanla Avropa ölkələri arasında qaz sahəsində əməkdaşlığa da çox ciddi təkan verəcəkdir”.
Dövlət başçısı diqqətə çatdırıb ki, Yunanıstan-Azərbaycan əlaqələri çox uğurla və sürətlə inkişaf edir: “Biz əlaqələrimizin səviyyəsindən çox məmnunuq və Prezidentin bugünkü səfəri bir də onu göstərir ki, bizim aramızda çox yüksək səviyyədə qarşılıqlı etimad var, qarşılıqlı maraqlarımız var”.
Yunanıstan Prezidenti Karolos Papulyas bəyanatında isə söyləyib ki, ikitərəfli münasibətlərimiz, xüsusən də ticari və iqtisadi münasibətlərimiz daha da gücləndirilə bilər: “Dağlıq Qarabağ problemini də qeyd etmək istərdim. Biz istəyirik bu məsələ ATƏT-in Minsk qrupunun səyləri ilə dinc yolla öz həllini tapsın və bu, tezliklə baş versin. Yunanıstan Avropa İttifaqının Qafqaz üzrə təşəbbüsünə, xüsusən də “Şərq tərəfdaşlığı”na xüsusi diqqət yetirir. Bizim ölkəmiz Qara dəniz İqtisadi Əməkdaşlıq təşəbbüsünə də xüsusi diqqət yetirir. Bu baxımdan biz Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış memorandumu yüksək dəyərləndiririk. Mən Prezident Əliyevi əmin edirəm ki, o, Yunanıstanın real dəstəyinə arxalana bilər”.
Fondla tanışlıq zamanı Yunanıstan Prezidentinə məlumat verilib ki, Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər, məhz, ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, Ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb. Prezident Karolos Papulyas Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Yunanıstan Prezidentinə xatirə hədiyyəsi təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.
Ali qonaq Fonddan zəngin təəssüratla ayrılıb.
Yunanıstan Prezidenti Bakıya səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləyib. Ali qonağı ölkəmizdə görməkdən məmnunluğunu söyləyən Baş nazir Artur Rasizadə deyib ki, Azərbaycan Yunanıstanı dost ölkə hesab edir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Şəhidlər Xiyabanını da ziyarət edib. Yunanıstan Prezidenti Karolos Papulyas “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Yunanıstanın və Azərbaycanın dövlət himnləri səslənib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

