Ermənistanın isterik bəyanatları işğalçı ölkədəki gərgin ictimai-siyasi vəziyyətdən qaynaqlanır
18.01.2011 [09:44]
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər digər problemlərin də həllində əhəmiyyətli rol oynayıb. Həqiqətdir ki, ölkəmizdə aparılan düzgün iqitsadi siyasət nəticəsində bu gün Azərbaycan demək olar ki, bütün problemlərini həll etməyi bacarıb. Bu gün Azərbaycanın həllinə nail ola bilmədiyi yeganə problem Dağlıq Qarabağ münaqişəsidir və rəsmi Bakı bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və sülh danışıqları yolu ilə həllini özünün prioriteti elan edib.
Arxada qoyduğumuz 2010-cu ildə problemin həlli istiqamətində əhəmiyyətli uğurlar əldə olunub. Bu uğurların sırasında bir sıra beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı bəyanatları xüsusi qeyd olunmalıdır. Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məqama toxunulub. Azərbaycan Prezidenti Avropa Parlamentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnaməsini ədalətli adlandırıb və qeyd edib ki, NATO-nun zirvə görüşündə də bu məsələ ilə bağlı çox dəyərli, ədalətli, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub.
Təbiidir ki, Azərbaycanın əldə etdiyi hər bir uğur Ermənistanda bu məsələyə dair bir isterikanın, qorxunun yaranmasına səbəb olur. Digər tərəfdən, iqtisadi müstəvidə əldə etdiyimiz nailiyyətlər İrəvan hakimiyyətində çaşqınlıq yaradır və artıq onlar öz məğlubiyyətlərini isterik bəyanatlarla kompensasiya etməyə çalışırlar. ümumiyyətlə, son illərdə Azərbaycan iqtisadiyyatının güclənməsi, dünyanın ən sürətli inkişafa malik iqtisadiyyatı kimi qeyd olunması, o cümlədən, dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin hər il artırılması, Azərbaycan ordusunun modernləşdirilməsi və bu istiqamətdə atılan digər addımlar ölkəmizin siyasi-iqtisadi, hərbi gücündən xəbər verir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Azərbaycanın hərbi büdcəsi son 6 ildə demək olar ki, 12 dəfə artırılıb. ölkə Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan münaqişənin həlli ilə bağlı danışıqlar apardığı zaman, ordu quruculuğuna da böyük diqqət göstərir. Bunun nəticəsində də ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə olunub. Yeni müasir silahlar, texnika - təyyarələr, artilleriya, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar alınır, ordunun hərbi təchizatı gücləndirilir. Bununla yanaşı, Azərbaycanın hərbi sənayesi də güclü inkişafa malikdir. ölkəmizdə istehsal olunan 500 növə qədər hərbi məhsul ordumuza xidmət etməklə yanaşı, Azərbaycanın dünyada hərbi məhsulların ixracatçısı kimi tanınmasına yardım edir. Prezident İlham Əliyev qeyd edib ki, bu sahədə 2011-ci ildə də çox mühüm hadisələr baş verəcək, Azərbaycanda ən müasir avadanlığın, texnikanın, döyüş sursatının istehsalına başlanılacaq: “Düşmən də bunu bilir və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Ancaq biz özümüzü çox əmin hiss edirik”.
Təbii ki, Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. İşğalçı Ermənistanın danışıqlar prosesini pozmaq üçün min bir bəhanə gətirməsinə, süni manevrlər etməsinə, qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan hələlik səbrlə münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu göstərir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini tələb edən Azərbaycan birmənalı olaraq problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi mövqeyindədir. İkinci bir tərəfdən, bu gün Ermənistan özü də dərk edir ki, apardığı işğalçı siyasət bu ölkənin iqtisadi-siyasi məhvini reallaşdırıb. O baxımdan ki, məhz Azərbaycanın ərazilərini işğal altında saxladığı üçün qonşuları ilə iqtisadi-ticari əlaqələr qura bilməyən, bölgədə reallaşan qlobal miqyaslı layihələrdən kənarda qalan Ermənistanda iqtisadi durum acınacaqlı vəziyyətdədir. Bu isə istər ölkənin siyasi vəziyyətinə, sabitliynə, istərsə də hərbi durumuna öz mənfi təsirlərini göstərir. İşğalçı dövlətin ordusu günü-gündən daha pis vəziyyətə düşür. Hərbi hissələrdə korrupsiya, ölüm, zorakılıq halları artır, gənclər Ermənistan ordusunda xidmət etməkdən boyun qaçırır, ölkəni tərk edir. Amma Azərbaycan ordusu bunun əksinə olaraq günü-gündən təkmilləşir, güclənir. Azərbaycanın iqtisadi gücü imkan verir ki, öz ordusunu hər bir istiqamətdə yüksək səviyyədə təmin etsin. Prezident İlham Əliyev bildirib ki, müdafiə xərclərimizin artırılması prosesi bundan sonra da davam edəcək: “2011-ci ildə ordu xərcləri, müdafiə xərcləri 3 milyard dollardan çox olacaqdır. Onun böyük hissəsi yenə də silah-sursat, hərbi texnika alınmasına sərf olunacaq, biz bu prosesi bundan sonra da davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir və vaxt gələndə deyəcəkdir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

