"Yeniləşmə ili" inkişaf və tərəqqinin növbəti mərhələsi kimi yadda qalacaq
21.12.2010 [09:43]
İki il öncə bu bölgənin təşkil edilməsinin 30 illiyi tamam oldu. Tarix üçün 30 il böyük zaman kəsiyi deyil. Və əsas məsələ də ondadır ki, tarix yaddaşlara yaşanan dövrlərlə deyil, bu dövrdə görülən işlərlə yazılır. Bu baxımdan çətin bir dövrdə, ciddi qadağaların hökm sürdüyü bir zamanda ümummilli liderimiz Heydər Əliyevin böyük səyləri hesabına yaradılan rayonun son 15 ildə keçdiyi yol, bu illərdə əldə olunan nailiyyətlər, qazanılan uğurlar Ulu öndərin uzun illər üçün hesablanmış siyasətinin Muxtar Respublikada dönmədən, qətiyyətlə həyata keçirilməsinin bariz təcəssümü kimi göz önünə gəlir. Rayon kimi təşkil olunmasının 30 illik yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bölgənin inkişafını belə dəyərləndirib: “Yarandığı dövrdən ötən 30 il ərzində Babək rayonu böyük inkişaf yolu keçmiş, Heydər Əliyev quruculuq xəttinin yaradıcı gücünün konkret bir regionda əyani ifadəsinə çevrilmişdir. Babək qəsəbəsi sözün tam mənasında müasir şəhər infrastrukturuna malik olmuş, əvvəlki aqrar rayondan müasir texnologiyalarla təchiz edilmiş emal müəssisələri və digər istehsal sahələri hesabına aqrar sənaye rayonuna çevrilmişdir”. Naxçıvan şəhərinin bir addımlığında olan rayon mərkəzi qəsəbə statusuna malik olsa da, Muxtar Respublikanın şəhər statusu daşıyan rayon mərkəzlərindən seçilmir. Son illər burada həyata vəsiqə almış müxtəlif təyinatlı tikililər, bu tikililərin vahid memarlıq ansamblı yaratması, müasir arxitektura üslubunun son nailiyyətlərindən istifadə qəsəbəyə qədəm qoyan hər bir şəxsdə müasir şəhər təəssüratı yaradır. Qəsəbənin təmizliyi, sakinlərin, müxtəlif idarə, təşkilat və müəssisələrdə çalışan əməkdaşların buranı öz evi sayaraq təmiz, səliqəli, abad şəkildə saxlamaları ilk anda diqqəti çəkir. Rayon mərkəzində salınmış yaşıllıq zolaqlarının, gülkarlıqların yanından günün istənilən vaxtında keçsən mütləq bu ünvanlara 1-2 nəfərin qulluq etdiyini görəcəksən. İməciliklər isə əsl vətənpərvərlik tədbirinə çevrilib.
Rayonda hər il bir neçə yeni obyektin istifadəyə verilməsi ənənə şəklini alıb. Rayon mərkəzinə gəlişimiz də belə günlərin birinə təsadüf etmişdi. “Yeniləşmə ili”ndə rayonun musiqi qabiliyyətli uşaqlarına daha bir ərməğan bəxş edilib. İstifadəyə verilən rayon uşaq musiqi məktəbi üçün yeni bina müasirtipli layihə əsasında inşa olunub. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəbdə müəllim və şagirdlərin ixtiyarına 52 sinif, musiqi alətlərinin təmiri otağı, xor və orkestr zalı, 10 yardımçı otaq verilib.
Məktəb binasının istifadəyə verilməsi ilə yaşanan sevinc Azərbaycan Vətən müharibəsi və hərbi xidmət zamanı sağlamlığını itirən 8 əlilə rayonun müxtəlif kəndlərində tikilmiş fərdi evlərin orderlərinin verilməsi ilə davam etdirildi. Bu qəbildən olan insanlara əvvəlki illərdə də belə qayğı göstərilib. Onların problemlərinin həllinə həssaslıqla yanaşılıb.
Kültəpə, Didivar, Nəzərabad, Zeynəddin, Aşağı Uzunoba kəndlərində inşa olunmuş evlərdə hərtərəfli mənzil şəraiti yaradılıb. Həyətyanı ərazilər çəpərlənib, daimi su xətti çəkilib, digər məqsədyönlü tədbirlər həyata keçirilib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, adıçəkilən sonuncu yaşayış məntəqəsində avqust ayının 11-də kənd mərkəzi, məişət evi, həmçinin, Yuxarı Uzunobada da eyni obyektlər istifadəyə verilib. Bu obyektlərdə çalışanlara normal iş şəraiti yaradılıb. Həmin kəndlərə yeni rabitə xətləri çəkilib. Bu, kənd sakinlərinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltməyə imkan verib. Uzunoba kənd orta məktəbinin binası yenidən qurularaq qapılarını müəllim və şagirdlərin üzünə açıb. Asfalt örtük salınmış 4,3 kilometr uzunluğunda dairəvi yol da bu ünvanlarda yaşayanlara dövlət qayğısının ifadəsi kimi dəyərləndirilib. ötən dövr ərzində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qara-Börk Stansiya İdarəetmə Mərkəzində əsaslı təmir işləri aparılıb.
Rayon sakinlərinin içməli və təsərrüfat suyuna olan tələbatını ödəmək məqsədilə bir sıra layihələr reallaşdırılıb. Məzrə və Sirab kəndlərinin hər birində 1 kəhrizin, Aşağı Uzunoba kəndində içməli su xəttinin, Nehrəm kəndində drenaj xəttinin, “Nehrəm” kanalının və Nehrəm kəndində içməli su xəttinin, Kültəpə və Məmmədrzadizə kəndlərinin hər birində 1 kəhrizin əsaslı təmiri başa çatdırılıb. Qahab selovunda və Sirab kəndində istiqamətləndirici bəndlərin, Cəhri çayında suyönəldici qurğunun, Sirab kəndində və Vayxırda drenaj xəttinin çəkilişi davam etdirilib.
Babək həm də çoxlu emal və istehsal sahələri olan, sahibkarlığın inkişaf etdirildiyi bölgələrimizdən biridir. “Yeniləşmə ili”ndə də bu istiqamətdə əməli tədbirlər diqqət mərkəzində saxlanılıb. Şıxmahmud kəndində çörək istehsalı sahəsi, Xalxalda quşçuluq təsərrüfatı yaradılıb. Bu müəssisələrin fəaliyyətə başlaması isə yeni iş yerlərinin yaradılmasına imkan verib və onlarla babəklinin məşğulluq problemi öz həllini tapıb.
Aqrar sahəyə gəldikdə isə deməliyik ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də xeyli irəliləyiş müşahidə edilib. Torpaq mülkiyyətçiləri müxtəlif yardımlar alıb, keyfiyyətli toxum sortları ilə təmin ediliblər. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xidmətindən istifadəyə hərtərəfli şərait yaradılıb. Bu da torpaq mülkiyyətçilərinə əkinçiliyin müxtəlif sahələrində yaxşı göstəricilər əldə etməyə imkan verib.
Babəklilərin daha çox məşğul olduqları əkinçilik sahələrindən biri də taxılçılıqdır. ötən ilin payızında və cari ilin yazında 2010-cu ilin məhsulu üçün ən çox taxıl əkini Babək rayonunda aparılıb. Taxılçılar 10240 hektar sahədən 29882 ton məhsul götürüblər. Qazanılan uğur onları gələn ilin bol məhsulunun əsasını qoymağa ruhlandırıb. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu günədək 6200 hektar sahədə şum qaldırılıb, 4544 hektar sahədə əkin başa çatdırılıb.
Rayonda kartofçuluğun inkişafı üçün geniş imkanlar mövcuddur. Hər il torpaq mülkiyyətçiləri əkin sahələrinin bir qismini kartofçuluq üçün ayırırlar. Cari ildə onlar 265 hektar sahədən 4447 ton məhsul götürüb, hektarın orta məhsuldarlığını 167,8 sentnerə çatdırıblar. 1894 hektar tərəvəz sahəsində də məhsuldarlıq qaneedici olub. Sahələrə aqrotexniki qaydalar əsasında qulluq edildiyindən 15880 ton tərəvəz yığılıb.
Babək rayonu həm də bostan məhsulları istehsalı ilə məşğul olan bölgələrimizdən biridir. Rayonun məhsuldar torpaq sahələrində yetişdirilən belə məhsullar Muxtar Respublikanın hər bir bölgəsində özünə alıcı qüvvəsi toplayıb. Bu sahəyə bağlanan torpaq mülkiyyətçilərinin zəhməti hədər getməyib, 1507 hektar sahədən 22545 ton məhsul götürülüb.
Digər təsərrüfat sahələri ilə yanaşı, bölgədə meyvəçiliyin də inkişafı diqqət mərkəzində saxlanılıb. Qeyd edək ki, son illərdə meyvə bağlarının sahəsi 339,6 hektara çatdırılıb ki, bunun da 220,6 hektarı məhsulverən bağlardır. Həmin bağlardan orta məhsuldarlıq 217,7 sentner olmaqla 4802 ton meyvə tədarük edilib.
Rayonun iqtisadiyyatına gəlir gətirən sahələr içərisində heyvandarlığı xüsusi qeyd etməyə dəyər. Bu gün bölgədə 13386 baş iribuynuzlu, 128880 baş xırdabuynuzlu heyvan bəslənilir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Heyvanların baş sayının artımı məhsul istehsalına da təsirini göstərib, ilin ötən dövrü ərzində 2232,3 ton diri çəkidə ət, 11036,8 ton süd istehsal olunub.
Onu da qeyd edək ki, tədarük edilən məhsulların satışında mövcud olan problemlər tamamilə aradan qaldırıldığından babəklilər kənd təsərrüfatının adıçəkilən və çəkilməyən sahələrinin inkişafına daha ciddi önəm verərək “Yeniləşmə ili”ni böyük uğurlarla başa vururlar.
Sara ƏZİMOVA,
Babək
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

