Prezident İlham Əliyev "Xocasən" yarımstansiyasının açılışında iştirak edib
09.11.2010 [09:33]
“Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına əvvəlcə Bakı şəhəri və Abşeron yarımadasında mövcud və tikilməsi nəzərdə tutulan 110 kilovoltluq yarımstansiyaların dairəvi birxətli elektrik sxemi barədə məlumat verib. Qeyd olunub ki, “Xocasən” yarımstansiyası dairəvi sistem çərçivəsində istifadəyə verilən növbəti energetika qurğusudur.
Prezident İlham Əliyevə məlumat verilib ki, yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan 2 transformator, 10 və 35 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb. Bu layihə çərçivəsində “Səngəçal” yarımstansiyasında da yenidənqurma tədbirləri həyata keçirilib, həmin yarımstansiyadan “Xocasən” yarımstansiyasına 44 kilometr uzunluğunda 110 kilovoltluq ikidövrəli hava xətti çəkilmiş və bir sıra digər işlər görülüb. Həmin yarımstansiyadan Xocasən, Sulutəpə və Lökbatan qəsəbələrinə, həmçinin, bir sıra mühüm istehsal, sosial və ticarət obyektlərinə elektrik enerjisi ötürülür.
Dövlətimizin başçısına bildirilib ki, şəbəkənin investisiya proqramı əsasında həyata keçirilən bu tədbirlər nəticəsində abonentlər fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar.
Prezident İlham Əliyev “Xocasən” yarımstansiyasının idarəetmə mərkəzi ilə tanış olub. Qeyd edilib ki, dairəvi sistemə daxil olan bu energetika qurğusunun inşası şəbəkənin etibarlılığı və dayanıqlılığının artmasına mühüm töhfədir. “Bakıelektrikşəbəkə”nin güc mərkəzlərinin hər hansı birində enerji itkisi baş verərsə və ya balans pozularsa, bu yarımstansiya digər güc mərkəzlərinin balanslaşdırılmasını təmin edən qovşaq rolunu oynayacaq.
Prezident İlham Əliyev yeni yarımstansiyanı işə salıb.
Dövlətimizin başçısına 10 və 35 kilovoltluq qapalı paylayıcı qurğular barədə də məlumat verilib. Bildirilib ki, bütün energetika qurğularında ən inkişaf etmiş ölkələrin avadanlıq və texnologiyaları ilə yanaşı, artıq respublikamızda istehsalına başlanmış belə müasir məhsullar tətbiq edilir. Məhz son bir neçə ildə aparılan kompleks yenidənqurma tədbirləri nəticəsində əvvəlki illərlə müqayisədə şəbəkənin gücü 53 faiz artaraq 4800 meqavoltamperi üstələyib.
Prezident İlham Əliyev yeni yarımstansiyanın açılışı münasibətilə inşaatçıları və energetikləri təbrik edərək deyib: “Yeni gözəl yarımstansiyanın açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu gün şəhər infrastrukturu üçün çox əlamətdar bir gündür. Həm yollar çəkilir - Sumqayıt dairəvi yolu, Bakı dairəvi yolu. Bu gün Bakıda çox vacib məsələlər öz həllini tapır. O cümlədən şəhərimizi dayanıqlı enerji ilə təmin etmək üçün son illərdə çox böyük işlər görülüb. İndi bu yarımstansiyada quraşdırılmış avadanlığın demək olar ki, əksər hissəsi Azərbaycanda istehsal olunub. Əvvəlki illərdə biz xarici təchizatdan asılı idik. Bir balaca nasazlıq yarananda, yaxud da ehtiyat hissələri sıradan çıxanda gözləməli idik ki, xaricdən bizə avadanlıq gətirsinlər. Bu gün isə Azərbaycanda xüsusilə də özəl biznes üçün elə imkanlar yaranıb ki, lazım olan bütün bu avadanlıqları biz özümüz istehsal edək. Son illər ərzində bütün sahələrə qoyulan investisiyalar artıq bəhrəsini verir. Bununla bərabər, nə qədər çox iqtisadi fəallıq olarsa, o qədər də çox enerjiyə tələbat artır. Baxmayaraq ki, Azərbaycanda son illərdə bir neçə böyük elektrik stansiyası tikilib və bu gün imkanlarımız tələbatdan üstündür, biz gələcəyi nəzərə almalıyıq. Beş ildən, on ildən sonra da Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir. Biz enerji mənbələrindən bəhrələnəcəyik. Elə etməliyik ki, enerji imkanlarımız heç olmasa, 5-10 il tələbatdan qabaq olsun. Biz bunu yaradırıq. Biz bütün Bakının enerji təsərrüfatını “Bakıelektrikşəbəkə”yə verəndən sonra bu sahədə əsaslı dönüş yaranmışdır. çünki siz bu sahədə uzun müddətdir ki, işləyirsiniz və bilirsiniz, əvvəlki vəziyyət necə idi. Bu qurum idarəetməyə verilmişdi. İdarəedənlər də vəzifənin öhdəsindən gələ bilmirdilər. Mən indi xatırlayıram, biz “Bakıelektrikşəbəkə”ni yaradanda və bütün infrastrukturu, imkanları səfərbər edəndə yığım Bakıda 26 faiz idi. Bu gün yığım 90 faizdən yuxarıdır. özü də keyfiyyətli enerji təchizatı təmin olunub. Nə Bakıda, nə başqa rayonlarda enerji qıtlığı yoxdur. Əvvəlki illərdə ən böyük problemlərdən biri məhz o idi. Həm xətlər köhnəlmişdi, stansiyalar yox idi, həm də mazut ehtiyatları kifayət deyildi. İndi biz mazutdan ümumiyyətlə istifadə etmirik. Ancaq qazdan, çox keyfiyyətli və ekoloji baxımdan təmiz məhsuldan istifadə edirik. Nə qədər böyük qənaət etmişik! Həm də bu sahə prioritet sahədir. Hər bir ölkənin inkişafını təmin edən, müəyyən edən onun enerji potensialıdır. Bizdə hər şey - təbii resurslar, su mənbələri vardır. İndi biz alternativ enerji mənbələrinin yaradılması ilə məşğuluq. Biz enerji resurslarımızı başqa ölkələrə ixrac edirik. Qonşu ölkələrə bizdən elektrik enerjisi ixrac olunur. Gələcəkdə yeni xətlərin tikintisi nəticəsində bu ixrac daha da artacaqdır. Bu gün Azərbaycanın enerjisi Rusiyaya, Türkiyəyə, İrana ixrac edilir. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik xətlərinin birləşməsi nəticəsində, - bu layihə yəqin ki, gələn il icra olunmalıdır, - biz xaricə, xüsusilə də Türkiyəyə daha da böyük həcmdə elektrik enerjisini verə bilərik. Bu, imkanlarımızı artırır və Azərbaycanın potensialını gücləndirir. Bu işlərdə energetiklərin xüsusi rolu, zəhməti vardır. Mən bu gün bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun”.
Prezident İlham Əliyev inşaatçılara və energetiklərə bir daha uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

