/ / Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak edib
Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak edib
13.10.2010 [09:28]
Dünən Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib.
Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə binanın hazır vəziyyətini əks etdirən videogörüntülərə, sxeminə, eskizinə və maketinə baxıb.
Binanın texniki göstəriciləri barədə dövlətimizin başçısı İlham Əliyevə məlumat verən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcək. İki yüz metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcəkdir. Paytaxtda modern üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək binada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək, yeraltı və yerüstü avtomobil dayanacaqları olacaq. Binanın konstruksiyası dəmir-beton divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanacaq. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq binanın layihəsi Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilib. Külək tunel testinə uyğun olaraq, binanın yellənmə amplitudasını məhdudlaşdırmaq üçün damper sistemi ilə təchiz olunması qərara alınıb.
Bildirilib ki, tikinti işləri beynəlxalq standartlara uyğun aparılacaq. Azərbaycanda ilk dəfə olaraq bu binada fasadın təmizlənməsi və servisi avtomatik sistem vasitəsilə həyata keçiriləcək. Bina, həmçinin, “bir şaxtada iki lift” prinsipinə əsaslanan əkiz kabinəli liftlər və avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunacaq.
Dövlət Neft Şirkətinin yeni inzibati binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanıb. Elan olunan müsabiqədə bir sıra nüfuzlu şirkətlərin təkliflərinə baxılıb. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın memarlığına, habelə Azərbaycan Dövlət Neft Şirkətinin irəli sürdüyü texniki şərtlərə uyğunluğu baxımından Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib və layihələndirmə işlərinin məhz həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb. 2010-cu ilin martında Dövlət Neft Şirkətinin yeni inzibati binasının tikintisi üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib. Dünyanın 8 nüfuzlu tikinti şirkətinin iştirak etdiyi tenderdə Türkiyənin “TEKFEN İnşaat” şirkəti qalib gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev gilizi açıb içindəki kağızı çıxardı, orada yazılanları oxuduqdan sonra deyib: “Burada düz yazılmayıb. Yazılıb ki, təməli 11 oktyabr 2010-cu ildə qoyulub. Amma bu gün 12 oktyabrdır. Ona görə dəyişiklik edək. Düzdür, əminəm ki, heç kim bunu görməyəcəkdir. çünki bu bina ən azı 100 il dayanacaqdır”.
Dövlətimizin başçısı mətnə düzəliş edib, kağızı gilizə qoyub onu bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunun düyməsini basıb.
Prezident İlham Əliyev mərasim iştirakçılarını salamlayaraq deyib ki, Neft Şirkətinin artan imkanları, yeni səviyyəsi və fəaliyyət istiqamətləri, əlbəttə ki, bu binanın gözəlliyində də özünü büruzə verir.
Dövlətimizin başçısı İlham Əliyev söyləyib ki, Bakının bu gözəl yerində, şəhərə girişdə, Heydər Əliyev prospektində Neft Şirkətinin yeni inzibati binasının tikilməsində də böyük məna var: “çünki Azərbaycanın müasir neft strategiyasının təməlini Ulu öndər Heydər Əliyev qoymuşdur. Bu prospekt də Onun adını daşıyır. O gündən bu günə qədər 16 il keçir. On altı il ərzində Azərbaycan bu istiqamətdə bütün məqsədlərə çatıbdır. Bütün vəzifələr yerinə yetirilib. Azərbaycan bu gün, ilk növbədə, neft amilinə görə güclü dövlətə çevrilib. Neft bizim milli sərvətimizdir. Neftdən əldə olunan gəlirlər Azərbaycanda ədalətli şəkildə bölünür və bütün sahələrdə, neft sahəsində görülmüş işlər də özünü göstərir”.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Dövlət Neft Şirkəti nəinki regionda, dünya miqyasında çox böyük nüfuza malik olan şirkətdir, beynəlxalq səviyyəli şirkətdir: “Məqsədimiz məhz ondan ibarət idi ki, SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq səviyyəyə çıxsın”.
Dövlət başçısı İlham Əliyev, həmçinin, diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Neft Şirkəti öz investisiyalarını xarici ölkələrin sənayesinə qoyur: “PETKİM” kimi nəhəng müəssisə artıq Dövlət Neft Şirkətinin mülkiyyətidir. Bu müəssisəyə və Kulevi terminalına qoyulan sərmayələr, əlbəttə ki, öz səmərəsini verir. Başqa ölkələrdə yanacaqdoldurma stansiyalarının tikintisini, qaz təsərrüfatında idarəçilik prinsiplərini Azərbaycan Neft Şirkəti icra edir. Yəni, bütün bunlar imkanlarımızı genişləndirir. Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq şirkətə çevrilməsi məhz bu yoldan keçir”.
“Bu gün qaz anbarlarımızda 2 milyard 500 milyon kubmetr qaz yığılıbdır. Bu da tarixi nailiyyətdir. Bu günə qədər heç vaxt belə olmamışdır. Ən yaxşı illərdə 700-800 milyon kubmetr qaz yığılırdı” - deyən, Prezident İlham Əliyev söyləyib ki, Azərbaycan bundan sonra bəlkə daha çox qaz ölkəsi kimi də özünü göstərəcək və artıq göstərir.
Prezident İlham Əliyev deyib ki, bu gün artıq Azərbaycan dünya enerji xəritəsində özünəməxsus yerə malikdir: “İmkanlarımız artır, neft hasilatı sabitdir, qaz hasilatı ildən-ilə artır. “Şahdəniz” yatağının ikinci fazasının işlənməsi, “ümid”, “Abşeron” yataqlarından, kəşfiyyat işləri aparılan digər qaz yataqlarından gözlənilən ümidverici nəticələr, əlbəttə ki, qaz potensialımızı bəlkə də birə on artıracaqdır. Bugünkü hasilat və ixrac səviyyəsi sadəcə olaraq birinci mərhələdədir. Əsas işlər qabaqdadır”.
Prezident İlham Əliyev sonda Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlinin qoyulması münasibətilə bir daha təbriklərini çatdırıb.
Dövlətimizin başçısı mərasimdə iştirak edən şirkətlərin nümayəndələri ilə də görüşüb, onlara işlərində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxMüsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43

