Niyə məhz Bakı?
30.03.2022 [10:05]
Mürəkkəb geosiyasi şəraitdə və kritik dönəmdə regional təhlükəsizlik məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur
Nurlan QƏLƏNDƏRLİ
Dünyanın diqqəti Şərqi Avropadadır. Rusiya-Ukrayna müharibəsi, regional gərginliyin pik həddə çatması yeni çağırışlar meydana çıxarıb. Bunlardan biri də diplomatik təmasların gücləndirilməsidir. Hədəf sülh və təhlükəsizliyin təmin olunması - hərbi-siyasi qarşıdurmanın aradan qaldırılmasıdır. Bu səpkidə müxtəlif təkliflər və təşəbbüslər irəli sürülür. Diplomatik trafikdə Azərbaycanla təmaslar və Bakının fəal rolu da xüsusi olaraq nəzərə çarpır. Ayrı-ayrı dövlətlərin rəhbərlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin Prezident İlham Əliyev ilə bu məsələlər ətrafında müzakirələr aparması xüsusilə diqqəti cəlb edir. Bu isə Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir.
Azərbaycan Rusiya ilə Ukrayna arasında gərginliyin mövcud olduğu - hələ müharibənin başlanmadığı dövrdə bu istiqamətdə geosiyasi fəallıq nümayiş etdirirdi. İlham Əliyevin cari il yanvarın 14-də Ukraynaya işgüzar səfəri tarixinə, geosiyasi əhəmiyyətinə görə bu baxımdan xüsusi vurğulanmalıdır. Ekspertlərin də qeyd etdikləri kimi, səfər Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biri idi. Daha sonra İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı zamanı Ukrayna problemi müzakirə olunmuşdu. Məqsəd regional təhlükəsizlik məsələlərində siyasi dialoqun təmin olunması idi.
Müharibə ərəfəsində də bu intensiv təmasları, aktiv müzakirələri müşahidə etdik. Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi zamanı müzakirə olunan məsələlər sırasında Ukraynada böhran vəziyyəti və bu ölkəyə humanitar dəstəyin göstərilməsi də var idi. NATO-nun Baş katibi Yens Stoltenberqin, Polşa Prezidenti Andjey Dudanın da Azərbaycan Prezidentinə telefon zəngi zamanı Ukrayna məsələsi diqqət mərkəzində olmuşdu. Prezident İlham Əliyevin martın 10-da Türkiyəyə işgüzar səfəri zamanı keçirilən görüşdə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparılmışdı. Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirilmişdi.
Bunlarla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da müxtəlif təmasları çərçivəsində Ukrayna məsələsinin müzakirə mövzusuna çevrilməsi Bakının prosesdə fəal rolunu əks etdirir. Xarici işlər nazirimizin almaniyalı həmkarı Annalena Beerbok, Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozef Borel, Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsinin aparılması bu səpkidə xüsusi qeyd edilməlidir. Bununla yanaşı, Azərbaycanın xarici işlər nazirinin Mövlud Çavuşoğlu və Sergey Lavrov ilə telefon danışıqları zamanı da Ukraynadakı vəziyyət diqqət mərkəzində olmuşdu.
Bəs niyə məhz Azərbaycan? Ona görə ki:
- Azərbaycan bu gün uğurlu xarici siyasət kursu həyata keçirən dövlətdir. Bakı regional təhlükəsizlik, o cümlədən Ukrayna məsələsində bir-biri ilə əks mövqelərdə dayanan tərəflərlə hər hansı bir gərginliyə malik deyil. Əksinə, qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlıq reallıqdır;
- Cənubu Qafqazın geosiyasi paytaxtı kimi çıxış edən Bakı diplomatiya məkanı, dialoq və işbirliyi məkanı olduğunu təsdiqləyib. Güc mərkəzlərinin nümayəndələrinin görüşü Azərbaycanın paytaxtında baş tutub, regional və beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr aparılıb;
- Azərbaycan beynəlxalq hüquqa hörmət və riayət olunmasının tərəfdarıdır. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçı və terrorçu siyasətindən əziyyət çəkən Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət olunmasını vacib prinsip kimi əsas götürüb.
Bütün bunlara görə Azərbaycana etibarlı tərəfdaş kimi böyük inam və etimad var. Bu səbəbdən olduqca mürəkkəb şəraitdə və kritik dönəmdə təhlükəsizlik məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Nəticə etibarilə, İlham Əliyevin siyasəti Azərbaycanın etibarlı - güvənli tərəfdaş, inam və etimad ünvanı olduğunu təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

