Azərbaycan regionda güclü hərbi sənaye mərkəzinə çevrilir
22.09.2010 [10:16]
Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində “AAD-Afrika Aerospace Defence-2010” Hərbi Hava Qüvvələri və Müdafiə Təyinatlı Məmulatların Beynəlxalq Sərgisi öz işinə başlayıb. Tədbirdə dünyanın 30-dan çox ölkəsindən 200-ə yaxın müdafiə sənayesinə aid nüfuzlu şirkətlər iştirak edir. Sərgidə, həmçinin, dünyanın hərbi-müdafiə sektorunun nəhənglərindən hesab olunan “Orange”, “NP Aerospace”, “CNS Primus”, “FLİR”, “Northrop Grumman”, “General Dynamics” və “Raytheon” kimi şirkətləri öz məhsullarını təqdim edir. ABŞ, İordaniya, Türkiyə, Böyük Britaniya, Fransa, çexiya, İsrail, Rusiya və Azərbaycanın nüfuzlu şirkətlərinin təmsil olunduğu tədbirdə ən son hərbi məhsulların nümayişi nəzərdə tutulub. ümumiyyətlə, bu beynəlxalq tədbir Afrika qitəsində indiyədək təşkil edilən ən böyük hərbi sərgi hesab olunur. Onu da qeyd edək ki, sərgidə Cənubi Qafqaz ölkələri içərisində yeganə olaraq Azərbaycan iştirak edir.
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətinin tərkibinə hərbi sənaye sektorunda fəaliyyət göstərən strateji müəssisələrin rəhbərləri də daxildir. Dünya dövlətlərinin iri hərbi şirkətlərinin istehsal etdikləri yüngül atıcı silahlar, onların müxtəlif kalibrli döyüş sursatları, minaatanlar, onlar üçün müxtəlif kalibrli minalar, reaktiv mərmilər, elektronika sənayesində istifadə olunan müxtəlif qatlı çap lövhələri və digər məmulatların sırasında Azərbaycana məxsus hərbi təyinatlı məhsullar da sərgi iştirakçılarında böyük maraq doğurub. Tədbirin ilk günündə respublikamızın müdafiə sənayesi sektoruna aid məhsulların nümayiş olunduğu bölməyə daha çox baxış keçirilib. ümumiyyətlə, sərgidə ən çox diqqət çəkən müdafiə sənayesi məmulatları sırasında ölkəmizin istehsalı olan hərbi məhsullar üstünlük təşkil edib. Azərbaycanın istehsal etdiyi zirehli texnika və silah-sursata maraq daha böyük olub. Eyni zamanda, Azərbaycanla Cənubi Afrika Respublikasının birgə istehsalı olan “Matador” və “Marauder” tipli zirehli maşınlar da sərgidə nümayiş etdirilir.
Qeyd edək ki, Azərbaycan artıq 2 ildən çoxdur ki, beynəlxalq hərbi təyinatlı məhsulların nümayiş etdirildiyi sərgilərdə aktiv iştirak edir. Respublikamız ötən müddət ərzində Türkiyədə və İordaniyada təşkil olunan “İDEF-2009” və “SOFEX-2010” beynəlxalq sərgilərində 60-dan çox hərbi sənaye məhsullarını təqdim edib. Həmin tədbirlər ən modern hərbi məhsulların istehsalı ilə diqqəti cəlb edən Azərbaycanın bu sahədə xarici tərəfdaşları ilə əlaqələrinin dərinləşməsi üçün əlverişli imkanlar yaradıb. Azərbaycanın müdafiə sənayesi sektorunun yüksək inkişafı və ölkəmizə məxsus hərbi təyinatlı məhsulların istehsalının çeşidinin artması xarici dövlətlərin bu sahəyə olan marağının daha da artmasına səbəb olub. Ən son nəsil texnologiyalarla hazırlanmış hərbi məhsullardan “İstiqlal” tipli 14,5 və 12,7 mm çaplı snayper tüfəngləri, müxtəlif təyinatlı tapançalar, iri çaplı güllələr, minaatanlar, qumbaraatanlar, aviabombalar, uzaqdan idarə olunan mina partladıcı məhsullar, respublikamızın “Paramount Group” şirkəti ilə birgə istehsal etdiyi zirehli texnikalar, radioelektron məmulatları, elektron çap lövhələri və digər texnikalar, “İqlim” və “Dalğa” elm-istehsalat müəssisələrində istehsal edilmiş ən modern və analoqu olmayan hərbi təyinatlı məhsullar xarici dövlətlərdə xüsusi maraq yaradıb.
Məhz bunun nəticəsidir ki, son bir ildə Azərbaycanla hərbi sahədə əməkdaşlığı gücləndirmək və ölkəmizə məxsus silah-sursatları, texnikaları əldə etmək istəyən dövlətlərin sayı durmadan artır. Azərbaycanın istehsal etdiyi “Zəfər”, “Zəfər-K”, “İnam”, “Qürur” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları, “Boran” artilleriya qurğusu, “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar, motodor və morodor tipli zirehli texnikalar xarici dövlətlərin ən çox üstünlük verdiyi hərbi məhsullar hesab olunur. Ukrayna, Türkiyə, Rumıniya, Belarus, Moldova, Pakistan, İordaniya və ABŞ Azərbaycanın istehsal etdiyi həmin növ hərbi məhsulları sifariş veriblər. Məsələn, “SOFEX-2010” beynəlxalq sərgisində respublikamızla bir sıra dövlətlərin nüfuzlu şirkətləri ilə niyyət protokolları imzalanıb. Onlardan üçü ABŞ-a məxsus şirkətdir. Amerika Azərbaycandan minaatanlar, PKM pulemyotları, iri çaplı patronlar, minaatanlar üçün döyüş sursatları, qumbaraatanlar üçün sursatlar almağı sifariş verib.
Göründüyü kimi, xarici dövlətlərin Azərbaycana məxsus müasir silah, sursat və digər avadanlıqları əldə etmək istəkləri artmaqdadır. Bu tendensiya isə, Azərbaycanın regionda hərbi sənaye qüdrətinin yüksəlməsini şərtləndirmiş olur. Bütün bu faktorlar hərbi sənaye potensialını möhkəmləndirən Azərbaycanın bir neçə ildən sonra regionda və xarici bazarlarda hərbi təyinatlı məhsullar ixracatçısı kimi tanınmasına səbəb olacaq. Respublikamızın hərbi-müdafiə qabiliyyətinin artması və Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsi isə Ermənistanın işğal etdiyi torpaqların hərbi yolla azad olunmasına imkan verir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

