Azərbaycan bölgədə güclü strateji valyuta ehtiyatlarına malikdir
27.08.2010 [09:24]
Respublikamızın strateji valyuta ehtiyatları artmaqda davam edir. İlin əvvəllərindən bəri əhəmiyyətli dərəcədə artım qeydə alınan ölkəmizin valyuta rezervləri son yeddi ayda 4 milyard dollardan artıq çoxalıb. Təkcə, ölkəmizin Mərkəzi Bankda saxlanılan strateji valyuta ehtiyatlarının həcmi iyul ayında 188 milyon dollar artıb. Hazırda ölkəmizin valyuta rezervlərinin ümumi həcmi 25 milyard dollara yaxındır. ümumiyyətlə, son 18 ayda valyuta ehtiyatlarının həcmi 5,5 milyard dollardan çox artıb.
2010-cu ilin əvvəllərindən indiyədək ehtiyatların artım tempi 10 faizdən çox olub. Bu göstərici Avropa və Asiyanın inkişaf etmiş dövlətlərinin orta göstəricisindən ən azı 2 dəfə çoxdur. MDB dövlətləri ilə müqayisədə isə həmin göstərici 4 dəfədən çoxdur. Məsələn, Qazaxıstanda valyuta ehtiyatlarının artımı ötən ilin sonlarından indiyədək 2-3 faiz arasında dəyişib. Ukrayna, Belarusda isə demək olar ki, eyni səviyyədə qalıb. Qonşu Ermənistanın valyuta ehtiyatları isə əks istiqamətdə, yəni azalmağa doğru getməkdədir. Cəmi 1 milyard dollar valyuta rezervləri olan bədnam qonşumuzun ixrac imkanları tamamilə tükəndiyindən və iqtisadiyyatı gerilədiyindən ehtiyat vəsaitlərin daha da azalması gözlənilir.
Strateji valyuta rezervlərinin artım dinamikasına təbii ki, ölkə iqtisadiyyatının inkişaf indiqatorları öz mühüm təsirini göstərməkdədir. Respublikamızın ixrac imkanlarının artması, dünya bazarında baş verən dəyişikliklər, beynəlxalq valyuta sistemindəki proseslər və digər amillər ölkəmizin valyuta ehtiyatlarının artması üçün təkanverici faktor rolunu oynayıb. Böhrandan sonra dünya iqtisadiyyatında canlanmanın müşahidə olunması neft bazarında qiymətlərin sabitliyinin möhkəmlənməsinə və yanacaq ixrac edən ölkələrin nəql imkanlarının artmasına səbəb olub ki, bu amil də Azərbaycanın ümumi gəlirlərinə öz təsirini göstərib. İlin əvvəllərindən başlayaraq respublikamız neft ixracının həcmini çoxaldıb, eyni zamanda, qaz resurslarının nəqli artıb. Bu faktorlar valyuta ehtiyatlarının artım dinamikasını şərtləndirmiş olur.
Yeri gəlmişkən, dünya maliyyə sistemində baş verən konyukturalar valyuta ehtiyatlarının idarə olunmasından daxil olan dividentlərin həcminin yüksəlməsinə də təsirsiz ötüşməyib. Nəzərə alsaq ki, Azərbaycan hökuməti həm Mərkəzi Banka, həm də Dövlət Neft Fonduna məxsus vəsaitlərin böyük bir hissəsini dünyanın ən nüfuzlu və reytinqli bank, kredit təşkilatlarında yerləşdirərək idarəetməyə verib. Yəni, valyuta ehtiyatlarının artmasının əsas seqmentlərindən biri də həmin sahə hesab olunur. Dünya valyuta bazarlarında baş verən dəyişikliklər, məsələn avronun və dolların bahalaşması ümumilikdə idarəetməyə verilmiş vəsaitlərin gəlirlilik səviyyəsinə təsir edib. Məlum olduğu kimi, ölkəmizin idarəetmədə saxlanılan valyuta rezervlərinin strukturunda dollar və avro portfeli daha çox üstünlük təşkil edir. Aprel və may aylarında kəskin ucuzlaşmadan sonra avronun dünya üzrə məzənnəsi yenidən əvvəlki səviyyəyə çatıb. Təbii ki, bu avro ilə saxlanılan dövlət rezervlərinin dollarla ifadəsinin artmasına gətirib çıxarıb. Eyni zamanda, ötən illə nisbətdə, dolların dünya birjalarında ucuzlaşması yox, bahalaşması müşayiət olunur, bu amil isə dollarla saxlanılan ehtiyatların dividentliliyinə müsbət təsir göstərib. Mərkəzi Bank vəsaitlərin idarə olunmasından ən azı 200 milyon dollar qazanıb.
Onu da qeyd edək ki, Mərkəzi Bankla yanaşı, respublikamızın Dövlət Neft Fondunda (DNF) saxlanılan ehtiyatları da əhəmiyyətli dərəcədə artmaqdadır. Fondun aktivləri ilin əvvəlindən indiyədək 22 faiz artaraq 18 milyard 200 milyon dollara çatıb. DNF-nin 2010-cu ilin birinci yarısında neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı əldə etdiyi gəlirlərin həcmi 6 milyard 90 milyon manat təşkil edib. Təkcə mənfəət neftinin və qazın satışından 6 milyard manat vəsait daxil olub. Neft Fondu xarici banklarda saxlanılan vəsaitlərinin idarə olunmasından 12 milyon manata yaxın gəlir əldə edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi və radikal islahatlar strategiyası nəticəsində ölkəmizin artan maliyyə-valyuta ehtiyatları hesabına iqtisadiyyatın çoxşaxəli inkişafı daha da sürətlənməkdədir. Prezidentin qeyd etdiyi kimi, böyük maliyyə ehtiyatları respublikamızda bütün iqtisadi və sosial hədəflərə çatmağa imkan verir: “ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək”.
Respublikamızın artan strateji valyuta ehtiyatları Azərbaycanın beynəlxalq ödəniş qabiliyyətinə tam cavab verməsini möhkəmləndirməklə bərabər, qlobal təsirlərin yaranmasının qarşısını da alır. Yəni, dünya maliyyə böhranının davam etdiyi dövrdə bu həcmdə valyuta rezervlərinə malik ölkə böhranın hər hansı bir təsirini tamamilə məhdudlaşdırmaq iqtidarına malikdir. Onu da qeyd edək ki, Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın artımı, mühafizəkar borclanma siyasəti, habelə, onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlıq beynəlxalq reytinq agentliklərinin də nəzərindən qaçmayıb. Dünyanın ən nüfuzlu beynəlxalq reytinq agentliyi olan “Fitch”” tərəfindən respublikamızın reytinqi “BB+”dan “BBB”yə yüksəlib.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

