ABŞ niyə susqundur?
07.01.2022 [15:03]
“Bəs Kapitoli hadisələri nə idi?”
Qazaxıstanda baş verən hadisələrə, cərəyan edən proseslərə beynəlxalq miqyasda müxtəlif reaksiyalar göstərilir. Ayrı-ayrı ölkələr, regional və beynəlxalq təşkilatlar müraciətlər, bəyanatlar ünvanlayır, çağırışlar edirlər. Amma diqqəti cəlb edən əsas məqamlardan biri budur ki, özünü dünyaya – beynəlxalq ictimai rəyə “demokratiyanın beşiyi – insan hüquqlarının hamisi” kimi təqdim edən Amerika Birləşmiş Ştatları (ABŞ) məsələyə - hadisə və proseslərə dəqiq, konkret və birmənalı qiymət vermir. Ağ Evin mətbuat katibi Cen Psakinin səsləndirdiyi fikirlər, sadəcə olaraq, ümumi sözlərdən ibarətdir. O gah insan hüquqlarından və söz azadlığından danışır, gah da “Ağ Ev Qazaxıstanda etiraz aksiyaları ilə bağlı xəbərləri izləyir. Birləşmiş Ştatlar Qazaxıstan hakimiyyətini təmkinli olmağa, etirazçıları isə öz tələblərini dinc yolla bildirməyə çağırır” kimi mövqe (!) ifadə edir. Digər açıqlama və bəyanatlar da prinsip etibarilə bundan fərqlənmir. Halbuki Birləşmiş Ştatlar indiyə qədər dünyanın dörd bir yerində - müxtəlif regionlarda və ölkələrdə sabitliyin pozulması, çevrilişlərin və qarşıdurmaların baş verməsi zamanı dərhal bəyanat yayaraq öz mövqeyini ifadə edib, hətta kəskin reaksiya verib – hərbi-siyasi çağırışlar (şantaj və təhdid də daxil olmaqla) səsləndirib. Hazırda isə bunun əksi müşahidə olunur? Bəs nə baş verir – ABŞ nə üçün susqunluq nümayiş etdirir?
Kapitoli hadisələri - çevriliş cəhdi, iğtişaş, yoxsa Amerikansayağı demokratiya nümunəsi?
Bu məsələ ilə əlaqədar təhlillər aparan – fikir və mülahizələr səsləndirən əksər ekspertlər qeyd edirlər ki, hazırda ABŞ dövlət və hakimiyyət aparatının bəhs olunan hadisələrlə əlaqədar “səssiz rejim”ə (silence) keçməsinin əsas səbəbi onun bənzər təcrübəsi – öz “nümunə”si ilə əlaqədardır. Söhbət son prezident seçkiləri zamanı baş verən, yaddaşlardan silinməyən və ABŞ-ın “demokratiya tarixi”ndə silinməz izlər buraxan Kapitoli hadisələrindən gedir. Məlum olduğu kimi, o zaman Trampın tərəfdarları olduğu deyilən bir qrup seçkilərin nəticələrinə etiraz edərək Konqres binasına daxil olmuşdu və həmin vaxt ciddi qarşıdurma yaşanmışdı. Kapitoli polisinin bu müdaxilənin qarşısını almaq cəhdinə baxmayaraq, onlar pəncərələri sındırmış, Konqres binasını dağıtmış, qanunverici hakimiyyət nümayəndələrini öz təhlükəsizlikləri üçün təxliyyə olunmağa məcbur etmişdilər. İğtişaşlar nəticəsində biri Kapitoli polisi olmaqla dörd nəfər ölmüşdü. Kütlə onlarla zabiti yaralamış və hücumdan bir neçə ay sonra dörd zabit intihar etmişdi. Məsələ bununla da bitməyib. Donald Tramp mütəmadi olaraq Baydeni seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edir, həm son eçki prosesinin, həm də qarşıdurmalarla müşayiət olunan hadisələrin ABŞ tarixinin qara ləkəsi olduğunu bildirir. Co Bayden isə hadisələrlə əlaqədar keçmiş prezident Donald Trampın məsuliyyət daşıdığını deyir.
Siyasi utancaqlıq sindromu, yaxud ABŞ siyasi arsızlıq göstərməyə cəsarət etmir
Hər halda, mənzərə “demokratiya” adı altında müxtəlif ölkələrdə qiyam, çevriliş, iğtişaş və inqilabların arxasında durduğu – xaos ssenarilərini yazdığı və gerçəkləşdirdiyi deyilən ABŞ-ın “sabitlik, demokratiya və insan hüquqları” mifinin puç olduğunu göstərir. Ona görə də Birləşmiş Ştatlar Qazaxıstan hadisələri ilə əlaqədar hadisələrə münasibət bildirməkdə çətinlik çəkir, daha doğrusu, siyasi utancaqlıq sindromu yaşayır. Axı ABŞ bu gün Qazaxıstanda siyasi qüvvələrə “demokratiya çağırışı” etsə, insan hüquqları, siyasi mədəniyyətlə əlaqədar tövsiyə verməyə - “dərs keçməyə” çalışsa, dərhal belə bir sualla üzləşə bilər: “bəs Kapitoli hadisələri nə idi – çevriliş cəhdi, iğtişaş, qeyri-sivil yollarla hakimiyyət mübarizəsi, yoxsa Amerikansayağı demokratiya nümunəsi?”. Bu səbəbdən Birləşmiş Ştatlar bəhs olunan hadisələrlə əlaqədar ənənəvi amiranə bəyanatlar səsləndirməyə özündə mənəvi-siyasi haqq tapa bilmir, yaxud siyasi arsızlıq göstərməyə cəsarət etmir.
Növbəti xaos ssenarisində Birləşmiş Ştatların barmağı varmı?
Bunlarla yanaşı, bəzi ekspertlər Qazaxıstan hadisələrinin baş verməsində Birləşmiş Ştatların barmağının olmasını istisna etmirlər. İddia olunur ki, müəyyən güc mərkəzləri Birləşmiş Ştatlarla danışıqlara gedərək – razılığa gələrək bu prosesləri təşkil ediblər, ssenarinin süjet xəttinin əsas məzmununu – başlıca hədəfi isə Türk dünyasında güclənən regional inteqrasiyanın qarşısını almaq təşkil edir. Qeyd olunur ki, bu zamana qədər müxtəlif coğrafi məkanlarda dağıdıcı geosiyasi planlar reallaşdıran ABŞ bu gün digər bir sıra güc mərkəzləri ilə birlikdə resursları səfərbər edərək Türk Dövlətləri Təşkilatının regional güc mərkəzindən qlobal oyunçuya çevrilməsinə mane olmağa çalışır.
Hər halda, nəhəng Mərkəzi Asiya ölkəsini bürüyən dağıdıcı proseslər müxtəlif fikir, qənaət və iddiaların meydana çıxmasına səbəb olur – buna real zəmin yaradır. Amma situasiya bəllidir və reallığın mühüm tərkib hissələrindən biri də ABŞ-ın siyasi sükunət nümayiş etdirməsidir. Bütün hallarda bu, səbəbsiz deyil - irəli sürülən iddialarda isə həqiqət payı yox deyil.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

