KTMT-nin Qazaxıstanda daxili proseslərə müdaxilə etmək hüququ varmı?
06.01.2022 [18:59]
Təşkilatın nizamnaməsi buna imkan verirmi?
Xəbər verildiyi kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar Kollektiv Təhlükəsizlik Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq KTMT-nin sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstana göndərilməsi barədə qərar qəbul edilib. Artıq KTMT-nin sülhməramlı qüvvələri bu ölkəyə göndərilib. KTMT-nin sülhməramlı qüvvələrinin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir. Xarici KİV-in məlumatına əsasən, Qazaxıstana yeridilmiş KTMT qüvvələrinin say tərkibi isə bu cürdür: Rusiya - 3000, Belarus – 500, Tacikistan – 200, Ermənistan isə 70 hərbçi. Qırğızıstan rəhbərliyinin Qazaxıstana hərbçi göndərməkdən imtina etdiyi bildirilib.
Qərarda “Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə yaranmış təhlükəni nəzərə alaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün” ifadələri yer alsa da, məsələ siyasi ekspertlər və beynəlxalq hüquq mütəxəssisləri tərəfindən ciddi müzakirə, hətta mübahisə predmetinə çevrilib. Sual olunur ki, KTMT-nın hərbi qüvvələrindən ölkədaxili etirazlara qarşı istifadə oluna bilərmi... Digər tərəfdən, məsələ təşkilatın nizamnaməsində necə təsbit olunub və ya indiyə qədər belə bir təcrübə olubmu?
Sülhməramlı qüvvələrin əsas vəzifəsi nədir?
Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib ki, KTMT-nın Qazaxıstandakı sülhməramlı əməliyyatı həm müqaviləyə qoşulan ölkələrin daxili qanunvericiliyi, həm də beynəlxalq hüquq baxımından qanunidir. Bununla yanaşı, təşkilatın baş Katibliyinin məlumatına əsasən, KTMT-nin sülhməramlı qüvvələrinin əsas vəzifəsi vacib dövlət və hərbi obyektlərin mühafizəsi, Qazaxıstan Respublikasının asayiş keşikçilərinə vəziyyətin stabilləşməsi və hadisələrin hüquqi müstəviyə qayıtmasında yardım etmək olacaq.
İndiyə qədər belə bir təcrübə olubmu?
Bu açıqlamalara baxmayaraq, yenə də medianın diqqəti KTMT-nin nizamnaməsinin belə bir addımı atmağa imkan verib-verməməsi məsələsinə yönəlib. Çünki ekspertlər bildirirlər ki, Qazaxıstanda baş verən hadisələr təşkilat üzvü olan ölkələrin təhlükəsizliyinə aid olan kollektiv milli və regional məsələ deyil, ölkənin daxili işidir. Doğrudur, bu ölkənin prezidenti rəsmi surətdə KTMT-ni proseslərə müdaxilə etməyə çağırıb. Amma qurumun nizamnamasində təhlükəsizlik və suverenliyin təmin olunmasından bəhs olunsa da, Qazaxıstan məsələsində hansısa xarici müdaxilə və ya sərhədlərin mühafizəsi müzakirə mövzusu deyil. Ona görə də operativ müdaxiləyə hüquqi əsas olub-olmaması məsələsi mübahisəlidir və açıq qalır. Bununla yanaşı, indiyə qədər təşkilatın fəaliyyətində belə bir təcrübə qeydə alınmayıb.
4-cü maddədə nə əks olunub?
Bəs KTMT-nin nizamnaməsinin 4-cü maddəsində konkret olaraq nə deyilir? Həmin maddədə qeyd olunur ki, əgər üzv dövlətlərdən hər hansı biri təcavüzə (təhlükəsizlik, sabitlik, ərazi bütövlüyü və suverenliyi təhdid edən silahlı hücuma) məruz qalarsa, bu, iştirakçı dövlətlər tərəfindən bu müqavilənin iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz kimi qiymətləndiriləcək: “İştirakçı dövlətlərdən hər hansı birinə qarşı təcavüz törədildikdə həmin dövlətin xahişi ilə digər iştirakçı dövlətlər dərhal ona hərbi yardım da daxil olmaqla, zəruri yardımı göstərəcək”. Analitiklərin qənaətinə əsasən, Qazaxıstandakı hadisələrdə hər hansı bir “xarici təcavüz, işğal, silahlı hücum, ərazi bütövlüyünü və suverenliyi təhdid edən” hal olmasa da, sabitliyi pozacaq hal olduğu üçün belə qərara gəlinib. Ekspertlərin qənaətinə əsasən, “sabitliyi pozacaq hal” məqamını isə “xarici təcavüz, işğal, silahlı hücum, ərazi bütövlüyünü və suverenliyi təhdid edən” kateqoriyası ilə tam eyniləşdirmək olmaz. Digər tərəfdən, konkret olaraq KTMT Nizamnaməsində təşkilatın hərbi qüvvələrinin ölkədaxili etirazların qarşısını almaq üçün istifadə oluna bilinəcəyinə dair məsələ əksini tapmayıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00

