Diversifikasiya siyasəti Azərbaycanın yeni inkişaf modelinin başlıca istiqamətini təşkil edir
28.04.2010 [10:14]
Yüksək inkişaf indikatorları ilə regionda öz aparıcı mövqeyini möhkəmləndirən Azərbaycan hökuməti iqtisadiyyatın inkişafına stimul vermək və yeni idarəetmə modelinə uyğun olaraq qabaqcıl texnologiyaları tətbiq etmək üçün şaxələndirmə siyasətinin həyata keçirilməsini başlıca məqsədlərdən biri hesab edir. Qarşıdakı illərin inkişaf ssenariləri iqtisadiyyatın diversifikasiyasına əsaslandığından bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
İqtisadiyyatın diversifikasiyasına əsaslı zəmin yaradan faktorlar sırasında bölgələrdə həyata keçirilən davamlı sosial-iqtisadi layihələr mühüm yer tutur. Regionların inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərin başlıca mahiyyəti hər bir rayonun spesifik inkişaf imkanlarını, onların yerli iqtisadi resurslarını səfərbər edərək ümumilikdə respublikamızın sıçrayışlı yüksəlişinə daha da impuls verməkdən ibarətdir. Bölgələrdəki xammal resurslarından və işçi potensialından istifadə edərək qeyri-neft sektorunun əsas perspektiv bölmələri olan kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, emal sənayesi və sənayenin bir çox bölmələrinə yönləndirilməsi iqtisadiyyatın struktur baxımdan daha da zənginləşməsinə səbəb olub.
ümumiyyətlə, diversifikasiya siyasəti birbaşa regionların inkişafı ilə bağlı olduğundan əldə olunan mühüm uğurların da bazasında regional inkişaf siyasətinin mühüm nəticələri dayanır. Belə ki, regionların inkişafı ilə bağlı həyata keçirilən yeni Dövlət Proqramının ana xətti qeyri-neft sektorunda istehsal olunan məhsulun iqtisadiyyatda və ümumi daxili məhsulda bir neçə dəfə artımına nail olmaqdan ibarətdir və bu, öz effektiv nəticələrini göstərməkdədir. Həmin məqsədlərə çatmaq üçün kənd təsərrüfatı, emal və yeyinti sənayesi, nəqliyyat, tikinti, infrastruktur, rabitə, turizm və digər sahələri əhatə edən layihələrin uğurlu icrası bu sahədə dinamizmi möhkəmləndirmiş olur. Bütün bunlar isə iqtisadiyyatın şaxələndirilməsinin əsas komponentləri kimi qiymətləndirilə bilər.
ölkəmizdə yaradılmış əlverişli mühit, həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, rəqabət qabiliyyətinin təmin olunması, ticarət qaydalarının və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, investorların hüquq və maraqlarının qorunması, vergi-gömrük və fiskal qanunvericiliyin təkmilləşdirilməsi və digər islahatlar iqtisadiyyatın diversifikasiyası üçün dərin baza yaradır.
Onu da qeyd edək ki, hökumət iqtisadiyyatın struktur tərkibini daha da zənginləşdirmək və ümumi daxili məhsulun istehsalında neftdən kənar sahələrin payını əhəmiyyətli dərəcədə yüksəltmək üçün nəzərdə tutulan proqramları yeni dövrün tələblərinə uyğun olaraq daha da dərinləşdirmək niyyətindədir. Şaxələndirmə siyasətinin başlıca tələblərindən olan biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi qarşıdakı illərin əsas iqtisadi ssenarilərini təşkil edəcək. İqtisadiyyatın modernizasiyası üçün sosial infrastrukturun ən müasir tələblərə, yeni inkişaf dövrünün meyarlarına uyğunlaşdırılması da əsas proritetlərdəndir. Bütün rayon və ucqar yaşayış məntəqələrində infrastruktur-kommunal sektorun xidmət səviyyəsini ən qabaqcıl səviyyəyə çatdırmaq və sosial infrastrukturu modernləşdirmək üçün davamlı tədbirlər görüləcək. Ən ucqar kəndlərdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasının başa çatdırılması, rayonlarda iqtisadi fəallığı artırmaq üçün islahatların keyfiyyət və kəmiyyət baxımından dərinləşdirilməsi, elektrik enerjisi, qaz və içməli su təminatı, meliorasiya və suvarma bölmələrində etibarlı təminatın yaradılması nəzərdə tutulur. Qeyd olunan iqtisadi və sosial hədəflərin reallaşması isə Azərbaycanın bütün bölgələrində, kənd və qəsəbələrində tamamilə yeni mənzərənin yaranmasına səbəb olacaq.
Ən son texnologiyaların tətbiqinə əsaslanan innovativ iqtisadiyyatın təmin edilməsi və strateji iqtisadi inkişaf modelinə uyğun olaraq modernizasiya tədbirlərinin miqyasının genişləndirilməsi ölkəmizin uzunmüddətli inkişafına dərin əsaslar yaratmış olacaq. İqtisadiyyatda diversifikasiya siyasətinin həyata keçirilməsi yaxın illərdə öz mühüm bəhrəsini verdikdən sonra ölkəmizin valyuta mənbələri sırasında qeyri-neft məhsuları xüsusi paya malik olacaq. Həmin perspektivli sahələr sırasında isə sənaye, informasiya-kommunikasiya texnologiyaları, beynəlxalq maliyyə bazarlarında idarəetməyə verilən qiymətli kağızlar, kənd təsərrüfatı, turizm və digər bölmələrin dinamikliyini göstərmək olar. ümumiyyətlə, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı sistemli tədbirlərin davam etdirilməsi Azərbaycanın yüksək gəlirli dövlətlər qrupunda yer almasına zəmin yaratmaqla bərabər, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsini də şərtləndirmiş olur.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27

