Qardaşlıq və dostluq prinsipləri üzərində qurulan əlaqələr sarsılmazdır
13.04.2010 [09:20]
Beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələr hər bir ölkənin milli maraqları üzərində qurulur. Bu və ya digər məsələlərdə hər bir dövlət başqa ölkələrlə müttəfiqliyinə baxmayaraq, mənafeyi naminə addımlar atır, dividentlər əldə etməyə çalışır. Amma qloballaşan dünyada inteqrasiya və dezinteqrasiya probleminin daha da aktuallaşdığı bir zamanda, hər bir sahədə olduğu kimi, beynəlxalq münasibətlər sistemində də yeniliklər meydana gəlir. Bu yeniliklərin ənənəvi formatdan çıxaraq yeni prinsiplər, qaydalar üzərində qurulması, keyfiyyətcə ideal şəkil alması dünya ictimaiyyətinin nəzərlərini çəkir və ona diqqəti daha da artırır. Hətta bəzən iki dövlət arasındakı münasibətlərin mənəvi keyfiyyətlər üzərində qurulması və sarsılmaz xarakter alması digər aktorları qıcıqlandırır. Bir sözlə, belə yeniliklərdən biri kimi də, Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq prinsipləri üzərində qurularaq dünyaya yeni formatda əlaqələr sistemi təqdim etməsini göstərə bilərik.
Əlbəttə ki, Azərbaycanla Türkiyənin münasibətlərinin mənəvi bağlarla möhkəmləndirilməsini sübut edən çoxsaylı tarixi faktorlar vardır ki, onlar qardaşlıq və dostluq prinsiplərinin təməl daşını təşkil edirlər. Hələ beynəlxalq münasibətlər sisteminə yenicə daxil olmuş ABŞ-ın rəhbərliyi ilə dünya bölüşdürülərkən, məhz, Türkiyə Azərbaycan torpaqlarının böyük bir hissəsinin ermənilərə verilməsinin qarşısını aldı. Digər tərəfdən, bu gün hələ də blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın tərkibində qalması amili Mustafa Kamal Atatürkün Azərbaycan xalqına nümayiş etdirdiyi münasibətin göstəricisi idi. Eyni zamanda, üzərindən 70 il keçməsinə baxmayaraq, Ermənistan Kəlbəcəri işğal edərkən, buna etirazını bildirən qardaş ölkə işğalçı dövlətlə sərhədlərini bağladı...
Qeyd edək ki, iki qardaş ölkənin münasibətləri Azərbaycan müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni mərhələyə yüksəlməyə başladı. Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi, qarşılıqlı səfərlərin baş tutması, bütün sahələr üzrə əməkdaşlıq münasibətlərinin qurulması bu əlaqələrin strateji keyfiyyət almasına gətirib çıxardı. Hələ 1990-cı illərin ortalarından başlayaraq, mənəvi keyfiyyətlər üzərində qurulmuş əlaqələr daha da möhkəmləndi və dönməz xarakter aldı...
Prezident İlham Əliyev də Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və dostluq prinsipləri üzərində qurulan münasibətləri qoruyub saxlayır və inkişaf etdirir. Bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Türkiyə ilə birgə bir millətin maraqlarına zidd addım atmaq istəyən qüvvələrə qarşı dayanır, dünyanın güclü və aparıcı ölkələrindən biri olan qardaş Türkiyənin məruz qaldığı ikili standartlara qarşı mübarizədə hər zaman onun yanında olduğunu nümayiş etdirir...
Artıq bu gün iki qardaş ölkənin münasibətləri elə bir səviyyəyə yüksəlib ki, hər iki ölkənin vətəndaşları qarşılıqlı səfərlər zamanı vətən fərqini hiss etmirlər. Bu amili həmişə həm işgüzar, həm də rəsmi səfərlər zamanı görürük. Bu faktlar isə onu sübut edir ki, qardaşlıq prinsipi hər iki dövlətin bir millətinin beynində kristallaşmış stereotipə çevrilib. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyilə nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri zamanı akademikin söylədikləri bu fikirlərə əyani sübutdur: “Bu gün mən öz Vətənimə gəlmişəm və burada öz qardaşlarımla görüşürəm. Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının arxasında dərin mahiyyət dayanır. Bu, ilk növbədə, türk xalqlarının tarixi keçmişi ilə bağlıdır. Biz həqiqətən bir millətik. Sadəcə, tarixi proseslər iki dövlətin yaranmasına səbəb olmuşdur. Bu gün dövlətlərimiz arasında əlaqələr ən yüksək zirvədədir. Burada qardaşlarımla fikir mübadiləsi aparmaq, söhbət etmək mənə çox xoşdur”.
ümumiyyətlə, beynəlxalq münasibətlər sistemi təbiətən dəyişkən olduğu üçün, bu məkanda proseslər çox sürətlə dəyişir, yeni qaydalar, dövlətlərarası münasibətlərin yeni elementləri kimi bu və ya digər problemlər meydana çıxır ki, bunlar da qardaşlıq və dostluq prinsipləri üzərində qurulmuş Azərbaycan-Türkiyə münasibətlərini sınağa çəkir. Bu gün də, hər iki ölkənin xalqları Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə sadiq qalaraq, növbəti tarixi sınaqdan üzüağ çıxmağa səy göstərirlər. Bu səylər isə özünün müsbət mənada bəhrəsini verməkdədir. Bu prizmadan da çıxış edərək deyə bilərik ki, hazırda bir şey aydındır: QARDAŞLIQ və DOSTLUQ prinsipləri üzərində qurulan əlaqələr sarsılmazdır, dönməzdir. Bu səbəbdən də, Azərbaycanla Türkiyənin əlaqələri beynəlxalq aləmdə analoqu olmayan münasibətlər kimi qiymətləndirilir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

