/ / Prezident İlham Əliyev "Üfüq" İstehsalat Birliyinin "Dalğa" müəssisəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev "Üfüq" İstehsalat Birliyinin "Dalğa" müəssisəsinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib
09.03.2010 [10:18]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Müdafiə Sənayesi Nazirliyinin “üfüq” İstehsalat Birliyinin “Dalğa” elm-istehsalat müəssisəsinin yenidənqurma işlərindən sonra açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə müəssisənin həyətində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı “Dalğa” elm-istehsalat müəssisəsinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən videosüjetə baxıb.
Müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, 1936-cı ildə yaradılan bu müəssisə keçmiş SSRİ-nin hərbi sənaye kompleksinin aparıcı qurumlarından biri olub. 1993-cü ildən 2005-ci ilədək “Dalğa” elm-istehsalat müəssisəsi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib. 2006-cı ilə qədər bu müəssisənin illik istehsal gücü 10-15 faizə enmişdi. Müdafiə Sənayesi Nazirliyi yaradılandan sonra müəssisənin dirçəliş dövrü başlayıb, işçilərin sayı qısa müddətdə 80-dən 220-yə çatdırılıb.
Prezident İlham Əliyev müəssisədəki Heydər Əliyev fotoguşəsi ilə tanış olub.
Sonra dövlətimizin başçısı yeni istehsal sahələrini gəzdi. Son iki ildə müəssisədə silsilə yenidənqurma tədbirləri həyata keçirilib, burada dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunmuş dəzgah və avadanlıq quraşdırılıb. Nəticədə qısa müddətdə müəssisə dövlət sifarişlərini yerinə yetirməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələri üçün də avadanlıq və ehtiyat hissələrinin istehsalına başlayıb. Buradakı 4 yeni istehsal sahəsində 140-dan çox yeni iş yeri yaradılıb.
Yeni mexaniki emal sahəsi ilə tanışlıq zamanı bildirilib ki, burada quraşdırılmış proqramla idarə olunan dəzgahlarda mürəkkəb konstruksiyaya malik məhsulların istehsalı qaydaya salınıb.
Prezident İlham Əliyev hazır məhsullar və ehtiyat hissələri ilə tanış olub.
Sınaq sahəsində quraşdırılan avadanlıq bütün hazır məhsulların yoxlanmasına imkan verir. İstehsal prosesi ən müasir standartlar səviyyəsindədir və ekoloji baxımdan təmizdir.
Silahların təmiri və yığımı sahəsində də iş prosesi müvafiq texnoloji tərtibatlarla təmin olunub və il ərzində böyük miqdarda müasir məhsulların istismara verilməsinə imkan yaradır.
Rabitə sistemlərinin təmiri və yığımı sahəsi ilə tanışlıq zamanı bildirilib ki, burada mövcud rabitə qurğularının və onların antenlərinin təmirinə, habelə antenlərin Avropa standartları səviyyəsində kütləvi istehsalına başlanılıb. Əlavə tədbirlər hesabına 3 il ərzində istehsalın həcmini on dəfələrlə artırmaq nəzərdə tutulub.
Müəssisədə Avropanın ən inkişaf etmiş ölkələrinin avadanlığı əsasında yaradılan konveyer tipli akkumulyator xətti də həyata keçirilən mühüm yenidənqurma tədbirlərinin bəhrəsidir. Dövlətimizin başçısı yeni sahəni işə salıb.
Bildirilib ki, bu sahədə ildə 50 min akkumulyator istehsal ediləcək. Bu akkumulyatorlar həm müdafiə, həm də mülki təyinatlıdır. Altı tipdə akkumulyatorun istehsalı xarici ölkə mütəxəssislərinin yaxından iştirakı ilə həyata keçirilir. Gələcəkdə bu məhsulların yeni növlərinin yaradılması nəzərdə tutulmuş və onlar iqtisadiyyatın müxtəlif sahələrində tətbiq ediləcək. İki növbədə fəaliyyət göstərən bu istehsal sahəsində 50 nəfər işlə təmin olunacaq.
Dövlətimizin başçısı müəssisənin ekoloji baxımdan təmiz fəaliyyətini təmin edən avadanlığa da baxıb. ölkəmizdə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də silsilə tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevə müəssisənin ərazisində aparılan abadlıq və yaşıllaşdırma işləri barədə məlumat verilib.
Dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

