/ / Prezident İlham Əliyev: Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək
Prezident İlham Əliyev: Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək
14.12.2019 [08:49]
Dövlətimizin başçısı Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz, sizi görməyimə şadam.
Çox şadam ki, siz Həştərxan vilayətinin rəhbəri təyin ediləndən az sonra Azərbaycana gəlmisiniz. Bu, çox yaxşı əlamətdir, bizim tərəfdaşlığımızın, dostluğumuzun əlamətidir. Həştərxan ilə Bakını uzun qarşılıqlı fəaliyyət, tərəfdaşlıq və əməkdaşlıq tarixi bağlayır. Biz Xəzərin sahilində yerləşirik, ona görə də münasibətlərimizin tarixi keçmiş əsrlərin dərinliklərinə gedir. Mən də Həştərxana səfərim zamanı bu şəhərlə tanış olmaq imkanı əldə etdim. O cümlədən mənə əməkdaşlığımızın tarixi barədə məlumat verildi. Bu əməkdaşlıq həqiqətən həmişə çox müsbət olub. Bu gün də biz çox fəal qarşılıqlı fəaliyyət göstəririk. Rusiya regionları arasında Həştərxan vilayəti ilə Azərbaycanın xüsusi münasibətləri var. Bu, bir daha bizim tariximizə və son vaxtlar çoxlu müştərək layihələrimizə əsaslanır.
Bildiyiniz kimi, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi yaradılıb, keçən il həmin mərkəzin açılışı olub. Mənə verilən məlumata görə, Bakıda Həştərxan İşgüzar Mərkəzi də açılış üçün hazırdır və onun tikintisi demək olar ki, başa çatdırılıb. Bu, çox mühüm hadisədir, çünki biz bu işgüzar mərkəzlər vasitəsilə qarşılıqlı ticarəti inkişaf etdirəcəyik. Bu gün mən cari ilin 9 ayının məlumatlarına baxmışam. Bizdə əmtəə dövriyyəsi artımının o qədər də çox olmaması müşahidə edilir, amma hər halda burada da müsbət dinamika var.
Həştərxan ilə Bakını bağlayan amillər çoxdur. Əlbəttə, gələcəkdə birgə fəaliyyətimizi elə planlaşdırmalıyıq ki, qarşılıqlı əlaqələrimiz daha sıx olsun. Biz artıq birbaşa aviasiya əlaqəsinə malikik. Bu da çox müsbət məqamdır. Hesab edirik ki, həm bizim turistlər, həm də Həştərxandan olan turistlər daha çox qarşılıqlı səfərlər edəcəklər. Ümumiyyətlə, Azərbaycana gələn rusiyalı turistlərin sayı artır. Fikrimcə, bu il həmin rəqəm bir milyon nəfərə yaxın olacaq. Beləliklə, bu da əməkdaşlığın, dostluğun yaxşı göstəricisidir və bizim vətəndaşlarımız bir-birinə baş çəkəndə özlərini rahat hiss edirlər.
Bütövlükdə bu il Rusiya-Azərbaycan münasibətləri üçün çox uğurlu olub. Yüksək səviyyədə, nazirlər, qanunverici hakimiyyətin rəhbərləri səviyyəsində əlaqələr, biznes forumlar xeyli çox olub. Bu yaxınlarda Moskvada regional forum keçirilib. Buna görə biz ili siyasi sahədə yaxşı nəticələrlə, əmtəə dövriyyəsinin xeyli artması ilə başa vururuq və gələn ilə böyük nikbinliklə baxırıq. Çünki əminəm ki, Rusiya-Azərbaycan münasibətləri ölkələrimizin, xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək və biz, əlbəttə, öz tərəfdaşlarımızla ənənəvi əlaqələri möhkəmlədəcəyik. Bir daha xoş gəlmisiniz. Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm”.
* * *
Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib: “Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İcazə verin, ilk növbədə, Sizə dərin ehtiramımı və şəxsən görüşmək imkanına görə təşəkkürümü bildirim. Həqiqətən Azərbaycan Respublikası Həştərxan vilayəti üçün Xəzəryanı regionda əsas tərəfdaşlardan biridir. Uzun müddət ərzində əmtəə dövriyyəsi, turizm sahəsində bu cür sıx münasibətlər, işgüzar əlaqələr yaranıb. Müasir mərhələdə bizim iqtisadi əlaqələrimizin flaqmanı, heç şübhəsiz, xarici ticarət dövriyyəsidir. Siz dediyiniz kimi, 10 ay ərzində xarici ticarətin həcmi kifayət qədər böyükdür və faiz nisbətində artım müşahidə edirik.
Biz ticari əlaqələrimizin genişlənməsi perspektivini keçən il Həştərxanda açılmış Azərbaycan İşgüzar Mərkəzinin işi ilə bağlayırıq. Dünən biz Həştərxan İşgüzar Mərkəzinin tikintisinin gedişi ilə tanış olmaq imkanı əldə etdik. Demək istəyirəm ki, işin gedişindən çox razıyıq və hesab edirik ki, iyunun əvvəlində biz bu mərkəzi təntənəli şəkildə aça biləcəyik. Siz dediyiniz kimi, Həştərxanda və Bakıda bu cür mərkəzlər həqiqətən bizim ticari və mədəni əlaqələrimizin inkişafı üçün yaxşı vasitə olacaq.
Fikrimizcə, nəqliyyat sahəsində uğurlu əməkdaşlığı nümunə göstərmək olar”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

