Dövlətimizin başçısının qayğısı, diqqəti sayəsində ekologiya sahəsində müsbət dönüş yaranıb
25.12.2009 [10:08]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dünən paytaxtın Suraxanı rayonundakı keçmiş “Binə” ticarət mərkəzinin yerləşdiyi ərazidə aparılan yaşıllaşdırma işləri ilə tanış olublar. AzərTAc-ın məlumatına görə, Azərbaycanı yaşıl diyara çevirmək, Bakı və Abşeronda, eləcə də respublikamızın bütün bölgələrində ekoloji tarazlığı bərpa etmək, xüsusilə neftlə çirklənmiş ərazilərdə ətraf mühitin təhlükəsizliyini təmin etmək, insanların təmiz suya və təmiz havaya olan ehtiyacını ödəmək baxımından dövlətimizin başçısının göstərişi ilə bir sıra ardıcıl tədbirlər həyata keçirilir. Təsadüfi deyildir ki, ətraf mühitin mühafizəsinə xüsusi önəm verən Prezident İlham Əliyev 2010-cu ili ölkəmizdə “Ekologiya ili” elan edib. Dövlətimizin başçısı və xanımı yaşıllaşdırma işləri ilə yaxından tanış olmaq üçün əraziyə gəliblər.
Prezidentlə xanımına gül dəstəsi təqdim olunub. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlətimizin başçısına layihə əsasında görülən işlər barədə məlumat verib. Bildirilib ki, 85 hektar ərazidə bütövlükdə 95 min müxtəlif növ ağac əkiləcək. İndiyədək 22 mindən çox ağac əkilib. 35 hektar sahədə isə müasir suvarma sistemi quraşdırılıb.
Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarə və təşkilatlarının 500-dən çox əməkdaşının iştirakı ilə 5 hektar ərazidə 5 mindən çox yaşıl ting əkilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ərazinin yaşıllaşdırılması layihəsi ilə tanış olduqdan sonra ağac əkiblər. Nazirliyin ekologiya və təbiətin mühafizəsi siyasəti şöbəsinin sektor müdiri Sədaqət Məmmədova dövlətimizin başçısını və xanımını salamlayaraq deyib ki, dövlətimizin başçısının qayğısı, diqqəti sayəsində ekologiya sahəsində müsbət dönüş əmələ gəlib.
Prezident İlham ƏLİYEV deyib: “Sağ olun. Bildiyiniz kimi, gələn il Azərbaycanda “Ekologiya ili” elan edilibdir. Bu onu göstərir ki, biz ekoloji məsələlərin həllinə çox böyük əhəmiyyət veririk. Uzun illər bundan sonra Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər görüləcəkdir. Gələn il üçün konkret proqram hazırlanıb, maliyyə resursları təşkil edilib, bütün texniki məsələlər həll olunubdur. Biz artıq bu məsələləri geniş, kütləvi şəkildə icra etməyə başlamışıq. Bu, bizim üçün çox vacibdir. çünki Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması üçün hələ çox böyük işlər görülməlidir. Həm neftlə çirklənmiş əraziləri təmizləmək, həm də insanları təmiz içməli su ilə təmin etmək lazımdır. Məişət tullantıları zavodunun tikintisi də bu istiqamətdə atılan mühüm addımdır. Abşeronda ağac əkilməsi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Bir də ki, biz vaxtilə çirklənmiş yerləri təmizləyirik. Əfsuslar olsun ki, uzun illər ərzində bu ərazidə ticarət obyektləri antisanitariya şəraitində fəaliyyət göstərib. Onlar buradan yığışdırıldı. İş adamları üçün şərait yaradıldı. Onlar indi mədəni, sivil qaydada ticarətlə məşğuldurlar. Kömək də edildi, kreditlər də verildi, torpaq da ayrıldı və artıq yeni, müasir səviyyədə ticarət mərkəzləri yaradıldı. Bu ərazi isə tamamilə təmizləndi və ondan sonra mən qərar qəbul etdim ki, burada böyük ağac massivləri salınsın. Abşeronda birinci mərhələdə 3 milyon ağac əkiləcəkdir. Ancaq bu, işin elə bil ki, başlanğıcıdır. Gələcəkdə biz daha da böyük sayda ağac əkməliyik. Hər yerdə ağac əkilməlidir. Bu həm yaraşıq, həm gözəllik, həm sağlamlıq verir, həm də havanı təmizləyir. Yəni, bunun böyük əhəmiyyəti vardır. Gələcək nəsillər bundan faydalanacaqdır. Bizim nəslimiz də bundan faydalanacaqdır. çünki şəhərlərimiz abadlaşır, gözəlləşir, ekoloji vəziyyət yaxşılaşır. Mən şübhə etmirəm ki, yaxın zamanlarda görülən ekoloji tədbirlər nəticəsində Azərbaycanda, xüsusilə Bakıda və Bakının ətrafında ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşacaqdır. Bir neçə gündən sonra Bakıda böyük ekoloji layihə icra ediləcəkdir. O da Bakının kanalizasiya sisteminin tamamilə yenidən qurulmasını nəzərdə tutur. Hövsanda çox böyük aerasiya stansiyası tikilib, hazırdır. Məişət tullantıları zavodunun tikintisi başlanıbdır. Balaxanı zibilxanasında yaranan tüstülər artıq azalıbdır. Orada artıq işlər başlanıbdır. Zavod işə düşəndən sonra tamamilə o sahə ekoloji vəziyyətə mənfi təsir göstərməyəcəkdir. Ağacların əkilməsi, əhalinin təmiz içməli su ilə təmin edilməsi və bütün başqa ekoloji tədbirlər davam etdirilir. İki yüz ilə yaxındır ki, Abşeron yarımadasında neft hasil edilir. Deyə bilərəm ki, ekoloji tədbirlərə o qədər də böyük əhəmiyyət verilməyib. çünki Sovet İttifaqı zamanında daha çox hasilata üstünlük verilib. Ancaq biz indi neftlə çirklənmiş bütün o mədənləri təmizləməliyik. Artıq işlər başlanıb, Bibiheybətdə böyük işlər görülüb, buruqların ətrafında təmizlik işləri aparılır, parklar salınır. Hər tərəf meşəlik olmalıdır, parklar olmalıdır, gözəl təbiət olmalıdır. Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bütün insanlara bu işlərdə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan vətəndaşları bu gözəl, nəcib işə qoşulacaqlar. Bu ağacəkmə kampaniyası əslində davamlı bir prosesə çevriləcəkdir. Sağ olun”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31

