/ / Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11.10.2019 [09:38]
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: “Sizi yenidən görməyimə çox şadam. Mən bizim Vyanadakı görüşümüzü xatırlayıram, çox səmərəli və çox ümidverici idi. Ümidvaram ki, Azərbaycana səfəriniz çox uğurlu olacaq, biz sıx əməkdaşlığımızı davam etdirəcəyik. Mən cənab Prezidentlə, Baş Nazirlə görüşümü xatırlayıram. Bildiyiniz kimi, çox səmimi və mehriban görüş idi. Düşünürəm ki, bu, çox mühüm şəxsi təmas idi. Biz bir daha ölkələrimiz arasındakı əməkdaşlığa verdiyimiz böyük əhəmiyyəti və tərəfdaşlığı genişləndirməyə hazır olduğumuzu qeyd etdik.
Siz də bildiyiniz kimi, ölkənizdən olan bir çox şirkətlər müxtəlif sahələrdə bizim tərəfdaşlarımızdır. Mənim Baş Nazirə dediyim kimi, onlar Azərbaycandakı tikinti layihələrində mühüm rol oynayıblar. Onlar yeni memarlıq üslubu baxımından, eləcə də infrastruktur sahəsində çox yaradıcıdırlar. Mən, həmçinin şadam ki, hazırda biz sizin məsul olduğunuz nəqliyyat sektorunda əməkdaşlığın fəal mərhələsindəyik və bizim hazırda Avropa ilə Asiyanı birləşdirmək planlarımız həyata keçirilir. Biz bu istiqamətdə yaxşı nəticələrə, yaxşı irəliləyişə nail olmuşuq. Şərq-Qərb dəhlizi fəaliyyət göstərir. Biz Çindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik və sizin burada Azərbaycanda infrastrukturla bağlı gördüyünüz bütün işlər hazırda iqtisadi tərəfdaşlıq və birlik işinə xidmət edir.
Bildiyiniz kimi, Azərbaycan nəqliyyat sektoruna böyük həcmdə investisiya yatırıb. Altı beynəlxalq hava limanı, müasir dəmir yolu sistemi, yeni magistral yollar, Xəzər dənizində ən böyük dəniz limanı, əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi və həmçinin bu il biz artıq Şimaldan Qərb istiqamətində gedən yükləri qəbul etməyə başlamışıq. Beləliklə, indi söhbət Şimal-Qərb dəhlizindən gedir. Azərbaycan bu layihədə çox mühüm rol oynayır, çünki biz Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində iştirak edirik. Nəqliyyat sektoru gələcək iqtisadi inkişafın hərəkətverici qüvvəsi olacaq sahələrdən birinə çevrilir. Mən bilirəm ki, bizim dəmir yolları qurumumuz avstriyalı həmkarları ilə yaxşı təmaslar qurub. Bunlar çox ümidverici addımlardır. Əminəm ki, Azərbaycana səfəriniz ərzində bütün bu məsələlər geniş şəkildə müzakirə ediləcək və biz atmalı olduğumuz yeni addımları müəyyənləşdirəcəyik. Bir daha xoş gəlmisiniz”.
Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt deyib: “Cənab Prezident, dostcasına dediyiniz sözlərə görə Sizə təşəkkür edirəm. Ötən dəfə biz Vyanada görüşmüşdük. O vaxt mən nazir müavini idim, indi nazirəm, lakin mövzular dəyişməyib. Biz hələ də iqtisadi sahələrimizi yaxınlaşdırmağa və birgə layihələri inkişaf etdirməyə çalışırıq. Ötən dəfə Vyanada müzakirə etdiyimiz kimi, vəzifəmiz bəzi layihələrlə bağlı konkret ideyaları inkişaf etdirmək və Avstriyanın dünyada məşhur texnologiya şirkətlərini Azərbaycana gətirməkdir. Bir qədər sonra biz Sizə bəzi konkret ideyaları təqdim etmək istəyirik. Bizim burada kiçik, lakin rəqabət qabiliyyəti çox yüksək olan biznes nümayəndə heyətimiz var. Bizim bu gün və sabah ikitərəfli görüşlərimiz olacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46

