/ / Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27.09.2019 [08:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz, sizi görməyə şadam. Mənə verilən məlumata görə, siz Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak edirsiniz. Bu, bizim əməkdaşlığımızın yaxşı göstəricisidir. Bildiyiniz kimi, ötən 20 il ərzində bizim Neft Fondumuz Azərbaycanın inkişafı üçün çox vacib vasitə rolunu oynayıb. Bununla yanaşı, Fond dünyanın ən şəffaf suveren fondlarından biri kimi BMT tərəfindən mükafata layiq görülüb. Bu Fondun Azərbaycanın inkişafında və sosial problemlərin həllində rolu olduqca böyükdür. Bildiyiniz kimi, Fondun aktivləri hesabına biz qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq qəsəbənin tikintisini maliyyələşdirmişik. Azərbaycan Respublikası Dövlət Neft Fondu insan kapitalına, təhsilə və infrastruktura sərmayə yatırıb. Sizin konfransda iştirakınız da yaxşı göstəricidir. Bildiyimə görə, sizin təsisat vasitəsilə də 250 milyon dollar həcmində sərmayə qoyulub.
Bizim əməkdaşlığımızın çox yaxşı və uğurlu tarixçəsi var. İqtisadiyyatımızın şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün zəminin yaradılması planlarını nəzərə alaraq gələcək inkişaf üçün də yaxşı perspektivlər mövcuddur. Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir. Əlbəttə, bunu bir günün içində etmək mümkün deyil, ancaq şaxələndirmə və iqtisadiyyatın müasirləşdirilməsi bizə bu asılılığın böyük dərəcədə aradan qaldırılmasına imkan verəcək. Əlbəttə, bildiyiniz kimi, biz biznes mühitinin yaxşılaşdırılmasına mühüm önəm veririk. Fərəhləndirici haldır ki, Dünya Bankının “Doing Business” hesabatına görə, biz dünyanın 10 ən islahatçı dövləti sırasına daxil olmuşuq. Bununla bağlı nail olduğumuz sürətli inkişaf bizim bu sahəyə çox ciddi yanaşmamızın nəticəsində mümkün olub. Bildiyiniz kimi, biz bu məqsədlə xüsusi komissiya yaratmışıq. Həmin komissiya çatışmazlıqları aradan qaldırmaq və vəziyyəti yaxşılaşdırmaq üçün hansı işlərin görülməli olduğunu ətraflı təhlil edib. “Doing Business” hesabatına görə, ümumən, 25-ci yerdə qərarlaşmaq iftixar hissi doğurur. Ancaq ən əhəmiyyətlisi odur ki, bu, biznes mühitinə və Azərbaycanın qeyri-enerji sahəsində inkişafına müsbət təsir göstərir. Gələcək prioritetlərimizə gəldikdə, hesab edirəm ki, insan kapitalı, qeyri-neft sektoru, təhsil, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlığın dəstəklənməsi bizim əməkdaşlığımızın prioritetləri sırasındadır. Əminəm ki, səfəriniz çərçivəsində siz artıq bizim rəsmi şəxslərlə təmaslarınızda gələcəkdə görüləcək işlər barədə müzakirələr aparmısınız. Bir daha Azərbaycana xoş gəlmisiniz”.
Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Hans Piter Lankes deyib: “Qəbula görə təşəkkür edirəm. Səfərimizin əsas məqsədi Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birgə keçirdiyimiz tədbirdir. Dövlət Neft Fondu bizim uzunmüddətli yaxın tərəfdaşımızdır. Zənnimizcə, bu Fond peşəkarcasına idarə olunan fondlardan biridir və biz bu əlaqələrimizə böyük önəm veririk. Konfransın mövzusu “Müsbət təsirli investisiya”dır. Beynəlxalq Maliyyə Korporasiyası da bu məsələyə önəm verir və mövzunun çox aktual olduğunun şahidiyik. Azərbaycan Respublikası Dövlət Neft Fondunun özünəməxsus sərmayə strategiyasına malik olması rəmzi məna daşıyır. Bir sözlə, çox yaxşı münasibətlərimiz mövcuddur”.
Görüşdə Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanla əməkdaşlığının perspektivləri, iqtisadiyyatın şaxələndirilməsi, şəhər və kənd yerlərində yeni iş yerlərinin yaradılması, biznes mühitində qazanılmış uğurların daha da möhkəmləndirilməsi, özəl sektora birbaşa xarici investisiyaların cəlb olunması məsələləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

