/ / Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışında iştirak edib
28.12.2018 [09:37]
Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib.
Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov görülən işlər və burada yaradılan şəraitlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.
Qeyd edək ki, müasirliyi ilə diqqəti cəlb edən mərkəzdə tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 14 min kvadratmetr olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.
Prezident İlham Əliyev İdman-Sağlamlıq Mərkəzinin universal zalında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, 1950 tamaşaçı yerlik universal zalda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Burada, əsasən, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubu fəaliyyət göstərəcək. İdman-sağlamlıq klubu tərəfindən əsas diqqət nazirliyin hərbi qulluqçularının və dövlət qulluqçularının fiziki hazırlığının yüksəldilməsinin həyata keçirilməsinə yönəldilib. Bundan başqa, klub nazirliyin qurumlarında idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsində iştirak edərək yığma komandaların, ayrı-ayrı idmançıların, məşqçilərin respublika və beynəlxalq əhəmiyyətli yarışlara qatılmasını təmin edir. Klub, həmçinin xilasetmə qurumlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq idman yarışları da təşkil edir. Son illər idman-sağlamlıq klubunun üzvləri müxtəlif yerli və beynəlxalq yarışlarda mühüm uğurlar qazanırlar. İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə hər il “Mübarizlər” yarışı keçirilir. Bu il keçirilən yarışda klubun təmsilçiləri 8-i əcnəbi iştirakçıdan ibarət olmaqla, 45 komanda arasında birinci yeri tutub. Bundan başqa, klubun üzvləri 20-dək çempionatda, o cümlədən dünya və Avropa birinciliklərində, həmçinin digər turnirlərdə uğurla çıxış ediblər. Klubun kişilərdən ibarət voleybol komandası Azərbaycan çempionatında müvəffəqiyyətlə çıxış edərək ikinci yeri tutub. Klubda inkişaf etdirilən əsas idman növləri arasında nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq səmti müəyyənetmə, dağadırmanma, beşnövçülük və çoxnövçülüyə də xüsusi diqqət yetirilir.
İdman-Sağlamlıq Mərkəzinin trenajor, cüdo, boks, güləş, karate və taekvondo zallarında da idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Zallarda məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub.
Qeyd edilib ki, İdman-Sağlamlıq Mərkəzinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Buradakı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 120 nəfər izləyə biləcək.
Ölkəmizdə həyata keçirilən quruculuq işləri çərçivəsində gənclərlə iş və idman sahəsinə də xüsusi diqqət yetirilir. Kütləvi bədən tərbiyəsi və idman artıq cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində bir-birinin ardınca çoxsaylı idman obyektləri, o cümlədən Olimpiya kompleksləri inşa edilib, bir çox müvafiq infrastruktur yenidən qurulub.
İndi Azərbaycanda güclü idman potensialı formalaşıb. Böyüməkdə olan nəsil adlı-sanlı idmançılardan nümunə götürür və onların şərəfli yolunu davam etdirməyə çalışır. Onu da qeyd edək ki, idman-sağlamlıq klubunun üzvləri yalnız nazirliyin əməkdaşlarından ibarətdir. Hazırda klubun 300-dək üzvü var. Klubun üzvləri bu idman qurğusunda cüdo, güləş, karate, üzgüçülük, gimnastika, taekvondo və digər idman növləri üzrə ustalıqlarını artırırlar. Gələcəkdə idman növlərinin sayının artırılması nəzərdə tutulur. İdman-Sağlamlıq Mərkəzinin həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

