Azərbaycan və Latviya daha yaxın iqtisadi təmaslara malikdir
12.08.2009 [11:41]
Azərbaycanla Latviya arasında sıx münasibətləri şərtləndirən bir sıra siyasi-iqtisadi elementlər mövcuddur. Hər iki ölkənin keçmiş SSRİ respublikası olması birgə əməkdaşlığın qurulmasında bu nöqteyi-nəzərdən xüsusi rol oynayıb. Keçmiş ittifaq daxilində yaxşı əlaqələrə malik olan hər iki ölkə ötən əsrin ortalarından başlayaraq bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirməyə nail olub. Bunun nəticəsidir ki, iqtisadiyyatları bir-birinə yaxın olan Azərbaycan və Latviya hər bir sahədə normal əlaqələrə malikdir və istər siyasi, istərsə də iqtisadi məsələlərdə daha tez anlaşmaya nail olur, bir-birini dəstəkləyirlər.
Hər iki ölkənin müstəqillik əldə etməsindən sonra tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və əməkdaşlığın bütün sferaları dinamizmi ilə seçilməyə başlayıb. ötən illər ərzində tərəflər arasında sıx diplomatik münasibətlər qurulub, hökumətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verən layihələrin həyata keçirilməsi üçün addımlar atılıb. Azərbaycanla Latviya arasında möhkəm təməllərə dərin əsaslar yaradan hüquqi baza təmin olunub. Latviyanın Azərbaycanla iqtisadi-siyasi münasibətləri dərinləşdirərək qarşılıqlı maraqlara söykənən əməkdaşlıq münasibətlərinə yeni dinamizm elementləri əlavə etmək üçün bir sıra təkliflərlə çıxış etməsi isə ölkələr arasında əlaqələrdə yeni üfüqlər açıb. Prezident Valdis Zatlersin ölkəmizə səfəri bu dinamikliyin daha intensivləşməsinə baza yaratmış olur. Rəsmi Riqa ölkələr arasında sıx münasibətlərin inkişafına töhfə vermək üçün hökumətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verməyi düşünür.
Latviya özünün enerji təhlükəsizliyini etibarlı və təhlükəsiz şəkildə təmin etmək üçün Azərbaycanın iqtisadi resurslarını əhəmiyyətli sayır və ölkəmizi ən yaxın strateji tərəfdaşı kimi qiymətləndirir. İndiyədək keçirilən beynəlxalq enerji sammitlərində hökumət başçısı səviyyəsində təmsil olunan rəsmi Riqa Azərbaycanın zəngin iqtisadi resurslarından faydalanmaq niyyətini gizlətməyib. Latviya hökuməti Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib dövlətə çevrilən respublikamızın müəllifi olduğu çoxşaxəli enerji marşrutlarında təmsil olunmaq istəyini Bakıda keçirilən sammitdə bəyan edib. Rəsmi Riqa Xəzər-Qara dəniz-Baltik dənizi enerji dəhlizinin reallaşması nəticəsində öz yanacaq təminatını etibarlı şəkildə həll edə bilər. Prezident Valdis Zatlers ölkəmizə səfəri zamanı bu fikri bir daha səsləndirdi və danışıqların əsas detallarından birinin də məhz enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı olduğunu vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev isə qeyd etdi ki, hər iki ölkə arasında iqtisadi əməkdaşlıq müxtəlif sahələrə aid olmalıdır: “çünki iqtisadiyyatlarımız bir-birini dəstəkləyir. Onlar bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyildir. Bu iqtisadiyyatlar bir-birini dəstəkləyən iqtisadiyyatlardır. Əminəm ki, Azərbaycan və Latviya şirkətləri hər iki ölkədə uğurla işləyə bilərlər. Onlar hər iki ölkədə sərmayədar, podratçı kimi işləyə bilərlər”.
ümumiyyətlə, Azərbaycan və Latviya iqtisadi sahədə birgə layihələrdə təmsil olunmaq üçün çox əlverişli imkanlara malikdir. Hər iki tərəf öz potensial resurslarının birgə istismarı nəticəsində mühüm fayda əldə edə bilər. Latviya sənaye potensialına görə, Baltikyanı ölkələr içərisində xüsusi mövqeyə malikdir. Son illərdə bu ölkənin maşınqayırma, metallurgiya, yüngül sənaye sahələri yüksək inkişaf edib. Eləcə də informasiya texnologiyaları sektoru Latviya iqtisadiyyatının əsasını təşkil edir. Baltikyanı ölkələr, o cümlədən, Latviya İKT sahəsində yüksək inkişaf yolu keçib. İKT bu ölkənin iqtisadiyyatında xüsusi paya malikdir. Bakıda keçirilən Azərbaycan-Latviya biznes forumunda İKT bölməsi ilə bağlı təkliflər xüsusi ilə diqqəti cəlb edib. İki ölkə arasında bank sahəsində operativ informasiya mübadiləsinin yaradılması nəzərdə tutulur.
Latviya hökuməti TRASEKA beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətini də bəyan edib. Bu tranzit məkanının mühüm üstünlüklərə malik olduğunu bildirən Latviyanın nəqliyyat naziri Kaspars Gerhardrs hesab edir ki, onun ölkəsi TRASEKA vasitəsilə Asiya məkanına əlverişli çıxış əldə edə bilər. Latviyanın yaxın müddətdə TRASEKA hökumətlərarası komissiyanın iclasında müşahidəçi qismində iştirakı nəzərdə tutulur.
Azərbaycanın həm TRASEKA, həm də digər nəqliyyat dəhlizlərinin strateji nöqtəsi olduğunu xatırladan Kaspars Gerhardrsın fikrincə, respublikamızla nəqliyyat sahəsində əməkdaşlıq Latviya üçün mühüm faydalar verə bilər. Nəqliyyat naziri Azərbaycan hökumətinə Baltik regionuna və Avropaya çıxış üçün öz limanlarından istifadəni də təklif edib.
Rəsmi Riqa biznes strukturları arasında təmasları artırmağı vacib sayır. Latviyanın xarici işlər naziri Maris Riekstinş deyib ki, tərəflər arasında ticarət dövriyyəsinin daha da artırılması üçün kifayət qədər potensial mövcuddur. Maris Riekstinşin fikrincə, ticarət dövriyyəsində artıma impuls vermək üçün sahibkarlar arasında birgə layihələrin həyata keçirilməsi mühüm rol oynaya bilər. Bu məqsədlə biznes-forumların keçirilməsi, sahibkarların qarşılıqlı səfərlərinin təşkili fayda verə bilər. Latviya ölkəmizin maşınqayırma, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi, məişət mallarının birgə istehsalı üçün müəssisələrin yaradılması və bank sektorunda əməkdaşlıq istiqamətlərini təklif edir. Bundan başqa, Azərbaycanda Latviya Ticarət Evinin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması sahəsində əməkdaşlıq təklif edilib. Bu məqsədlə ölkəmizdə yeni emal zavodlarının yaradılması nəzərdə tutulur.
Onu da xüsusi vurğulamaq lazımdır ki, hər iki ölkənin sıx təmaslar qurmasında ikitərəfli əlaqələrlə yanaşı, Avropa strukturları çərçivəsində əməkdaşlıq münasibətləri də mühüm rol oynamaqdadır. Latviyanın Avropa İttifaqının üzvü olması qarşılıqlı əməkdaşlıqda Azərbaycan üçün mühüm əhəmiyyət daşıya bilər. Belə ki, yüksək iqtisadi inkişaf yolu keçən respublikamızın ixrac potensialının genişlənməsində və yerli istehsalçıların Avropa bazarlarına çıxışının miqyasının artmasında Latviyanın imkanlarından faydalanmaq mühüm töhfə verə bilər.
Latviya prezidenti Valdis Zatlersin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq. Bu səfər ölkələr arasında sıx münasibətlərin inkişafına töhfə verərək əlaqələrin yüksək dinamik səviyyəyə çatmasına imkan yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

