/ / Prezident İlham Əliyev Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib
08.11.2017 [09:43]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Estoniyanın Avropa İttifaqı Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold Estoniya Respublikasının Baş naziri Yuri Ratasın salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, Avropa İttifaqı rəhbərliyi və qəbulda iştirak edən bütün səfirlər adından bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla əlaqələrə xüsusi diqqət göstərir və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çox müsbət şəkildə inkişaf edir. Yaan Reynhold deyib ki, yeni sazişlə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib və Avropa İttifaqı bu istiqamətdə səylərini bundan sonra da əsirgəməyəcək. Yaxın vaxtlarda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə toxunan səfir qeyd edib ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığına və bu tərəfdaşlıqla bağlı olan layihələrə tam sadiqdir və bu əməkdaşlığı yüksək qiymətləndirir. Diplomat bir daha vurğulayıb ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri pozitiv və dinamik şəkildə inkişaf edir.
Azərbaycan Prezidentinin Brüsselə son səfərinə toxunan Yaan Reynhold bildirib ki, təmsil etdiyi təşkilat bu səfərə böyük önəm verir və təsadüfi deyil ki, səfərin növbəti günündə yeni saziş üzrə danışıqlara başlanılıb. O, eyni zamanda, deyib ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı mövcud potensialın tam həyata keçirilməsi baxımından möhkəm əsaslara söykənir. Səfir bildirib ki, demokratik islahatlar sahəsində Azərbaycanın əldə etdiyi inkişaf önəmlidir və Azərbaycanın dini azadlıq, tolerantlıq, mədəniyyətlərarası dialoq sahəsində əldə etdiyi təcrübə çox dəyərlidir. Yaan Reynhold, xüsusilə, energetika sahəsində strateji əməkdaşlığın böyük önəm daşıdığını deyib.
Dövlətimizin başçısı Avropa İttifaqı-Azərbaycan əlaqələri ilə bağlı deyilən fikirlərə görə minnətdarlığını bildirib. Bu ilin fevralında Brüsselə səfərinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, bu səfər Şərq Tərəfdaşlığı çərçivəsində və ümumilikdə Avropa Komissiyası ilə əlaqələrin inkişafında böyük rol oynayıb. Dövlətimizin başçısı Azərbaycanla Avropa İttifaqı əlaqələrinin genişlənməsi baxımından Şərq Tərəfdaşlığı təşəbbüsünün əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın təşkilata üzv olan 10-dan çox ölkə ilə strateji tərəfdaşlığa dair sənədlərin imzalanmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycanla Avropa İttifaqı arasında sazişə toxunan dövlətimizin başçısı bu sahədə də işlərin çox müsbət istiqamətdə irəlilədiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, siyasi əlaqələrimiz uğurla inkişaf edir, əməkdaşlığımız çoxşaxəlidir və geniş sahələri, o cümlədən demokratik inkişaf, multikulturalizm, iqtisadi və digər sahələri əhatə edir. Avropanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirən dövlətimizin başçısı deyib ki, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrində də əlaqələr inkişaf edir.
Prezident İlham Əliyev belə geniş tərkibdə nümayəndə heyətinin səfərini uğurlu əməkdaşlığımızın təzahürü kimi dəyərləndirib və ümidvar olduğunu bildirib ki, bu səfər nümayəndə heyətinin üzvlərinin Azərbaycanda gedən inkişaf proseslərinin şahidi olması və ölkəmiz haqqında daha çox informasiya əldə edilməsi üçün yaxşı imkan yaradacaq.
Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı Estoniya Respublikasının Baş naziri Yuri Ratasın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Estoniyanın Baş nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

