Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında dördüncü yeri tutublar
03.10.2017 [09:52]
Prezident İlham Əliyev milli komandamızın çempionatdakı sonuncu oyununa baxıb
Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatında üçüncü yer uğrunda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatın bürünc medalları uğrunda Milli Gimnastika Arenasında Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev komandaların oyununa baxıb.
Gərgin idman mübarizəsi şəraitində keçən matçın birinci setində üstün oyun nümayiş etdirən Azərbaycan millisi 25:22 hesabı ilə qalib gəlib. Komandaların böyük əzmkarlıq göstərdikləri ikinci setdə Türkiyə voleybolçuları 21:25 hesabı ilə üstün olublar. Beləliklə, ümumi hesab bərabərləşib - 1:1. Qarşılaşmanın üçüncü seti təşəbbüsə yiyələnən Türkiyə yığmasının üstünlüyü ilə başa çatıb - 14:25. Dördüncü setdə də qalib gələn (8:25) Türkiyə millisi ümumi hesabda qələbə qazanıb - 3:1. Beləliklə, Türkiyə voleybolçuları Avropa çempionatının bürünc medallarına sahib olublar.
Azərbaycan milli komandası çempionatı dördüncü sırada başa vurub.
Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları indiyədək Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

