/ / Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinin etimadnaməsini qəbul edib
13.09.2017 [10:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas fəxri qarovul dəstəsinin qarşısından keçib.
Kestutis Yankauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib: “Mən qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərimi əsirgəməyəcəyəm. Bu, təkcə enerji sahəsi deyil, eyni zamanda, nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi, müasir dövlət və cəmiyyət qurulması kimi sahələri əhatə edir. Biz Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini yüksək qiymətləndiririk. Cənab Prezident, mən əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsi işində Sizinlə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı səbirsizliklə gözləyirəm”.
Ölkəmiz və əməkdaşlığımızın perspektivləri ilə bağlı xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd edib ki, biz Avropa İttifaqı ilə tərəfdaşlığımızın səviyyəsindən çox məmnunuq və Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Əlbəttə ki, əməkdaşlığımız yalnız ticarət və energetika sahələri ilə məhdudlaşmır, geniş sahələri əhatə edir. Brüsselə son səfərini uğurlu səfər kimi dəyərləndirən dövlətimizin başçısı qeyd edib ki, səfərindən dərhal sonra Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar prosesi başlanıldı və bu danışıqlar hazırda uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın çox geniş gündəliyə malik olduğunu qeyd edərək siyasi əlaqələr, ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, multikulturalizm ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Prezident İlham Əliyev bildirib ki, biz bu əməkdaşlığa önəm veririk və Avropa İttifaqına üzv dövlətlərin üçdəbirindən çoxu ilə artıq strateji tərəfdaşlıq haqqında sənədlər, bəyannamələr imzalanıb və ya qəbul olunub. Bunun əməkdaşlıq üçün çox gözəl əsas olduğunu deyən Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında yeni müqavilənin yaxın zamanlarda imzalanacağına əminliyini bildirib.
Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz qalacağına ümidvar olduğunu ifadə edib.
Prezident İlham Əliyevin ifadə etdiyi fikirlərə görə minnətdarlığını bildirən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas uzun illər təhlükəsizlik siyasəti ilə məşğul olduğunu vurğulayaraq, bu sahədə əldə etdiyi bilik və təcrübəsindən Azərbaycanın ərazi bütövlüyü kimi çox mühüm məsələnin həllində də istifadə edəcəyini deyib. Prezident İlham Əliyevin Brüsselə səfərinə və tərəfdaşlıq əlaqələrini özündə əks etdirən sənədə toxunan səfir bunun əhəmiyyətini vurğulayıb və müqavilə ilə bağlı Brüsseldə fəal iş aparıldığını deyib.
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20

