Azərbaycan-Böyük Britaniya münasibətləri uğurla inkişaf edir
16.07.2009 [10:19]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan son illərdəki sürətli inkişafı ilə bütün dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası, o cümlədən, balanslaşdırılmış xarici siyasət kursu, daxili sabitliyin qorunmasına, xarici investisiyaların ölkəyə cəlb edilməsinə yönəlik addımların atılması bu gün Azərbaycanın böyük dövlətlər tərəfindən də yaxın tərəfdaş qismində qəbul edilməsinə imkan yaradır. Məhz, dövlət başçısı İlham Əliyevin Böyük Britaniyaya səfərini bu prizmadan yüksək dəyərləndirmək olar. Azərbaycan Avropa məkanı ilə yaxından iqtisadi-siyasi əlaqələr qurur, münasibətlərini inkişaf etdirir.
Əlbəttə, dövlətimizin xarici siyasətinin əsas hədəflərindən biri də Qərbə inteqrasiyadır ki, bu çərçivədə qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri zamanı ölkələr arasındakı münasibətlərin inkişaf etdirilməsi, müxtəlif sahələrdə, o cümlədən, enerji sahəsində əməkdaşlığın davamlılığının qorunub saxlanması prinsipi əsas müzakirə obyekti olub.
Azərbaycan hər zaman demokratiyanın keşiyində dayanmağı, dünyada qlobal sülhə nail olunmasına yardım etməyi özünə borc bilir. Bu mənada hakimiyyətin atdığı addımlar, həyata keçirdiyi islahatlar bu prinsiplərin qorunmasına böyük yardım göstərir. Azərbaycan antiterror koalisiyasının fəaliyyətində yaxından iştirak edib və qlobal sülhə nail olunması istiqamətində öz yardımını göstərib. ölkə Prezidenti Böyük Britaniya səfəri çərçivəsində bu ölkənin baş naziri Qordon Braun ilə görüşüb. Baş nazir görüşdə Azərbaycanın antiterror koalisiyasında iştirakına toxunub və bu istiqamətdə ölkəmizin fəaliyyətinin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Q.Braun Azərbaycanın demokratiya sahəsində əldə etdiyi uğurları da yüksək qiymətləndirib: “Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi bu məkana daxil olan hər bir dövlətin maraqlarına cavab verir. Azərbaycan dünyanın enerji təhlükəsizliyində iştirak edən dövlət olaraq Avropanın enerji tələbatının ödənilməsində mühüm rola malik ola bilər. Bu günlərdə müzakirə obyektinə çevrilən və reallaşması artıq zamandan asılı olan NABUCCO kəmərinin çəkilməsi Avropanın enerji təchizatında yeni bir eranın başlanğıcını qoya bilər. Avropa məkanının bir parçası olaraq Böyük Britaniya da Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır”.
Q.Braun bundan sonra da Azərbaycanı beynəlxalq aləmdə müxtəlif sahələrdə dəstəkləyəcəklərini deyib: “Biz Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdə əlaqələri genişləndirmək əzmindəyik”.
Azərbaycan da bütün ölkələrlə əlaqələrin inkişafında maraqlıdır. Bu baxımdan Böyük Britaniya da Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən müsbət münasibətdə olduğu dövlətlərdəndir. Prezident İlham Əliyev Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini önə çəkib. Enerji sahəsi qarşılıqlı əlaqələrin çox mühüm istiqamətlərindən biridir. Uzun illərdir Azərbaycanla bp arasında əməkdaşlıq sürətlə inkişaf edir. Əlaqələrin digər sahələrdə də inkişafı üçün yaxşı perspektivlər var.
Azərbaycan Prezidenti İlham Əliyevlə Böyük Britaniyanın energetika və ətraf mühit məsələləri üzrə dövlət katibi Ed Milibendin görüşündə də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə mövzusu olub. Səfər çərçivəsində Dövlət Neft Şirkəti ilə bp arasında sənədin imzalanması iki ölkənin energetika sahəsindəki əməkdaşlığını daha yüksək səviyyəyə çatdırmaq üçün mühüm addım sayıla bilər.
Bundan başqa, Azərbaycanla Böyük Britaniya arasında siyasi dialoqun fəallığı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu baxımdan, iki dövlət arasında enerji və təhlükəsizlik, antiterror koalisiyasında iştirak və digər sahələrdə uğurlu əməkdaşlıq mövcuddur.
Təbii ki, Azərbaycanın xarici siyasətinin ən əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İstər xarici dövlətlərə səfərləri, istərsə də beynəlxalq tədbirlərdə iştirakı zamanı Prezident İlham Əliyev bu problemin mahiyyətini, Azərbaycanın ədalətli mövqeyini dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırır. Böyük Britaniyaya səfəri zamanı da ölkə başçısı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regional inkişafa böyük əngəl törətdiyini bildirib. Dövlət başçısı son dövrlərdə problemin həlli istiqamətində ümidverici halın yarandığını qeyd edib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nisbətən ümidverici dinamika yaranıb, ilk nəticələr var, amma bunlar yekun məqsədin - daimi sülhün bərqərar olması üçün kifayət deyil”.
Beləliklə, Azərbaycan Prezidentinin bu səfəri və onun nəticələri təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, eyni zamanda, ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, qlobal layihələrdə rolunun artırılması, ən əsası Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə yardımçı olacaq.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

