Dünyəvi dövlət olan Azərbaycan öz milli və dini ənənələrinə, dəyərlərinə sadiqdir
07.07.2009 [10:46]
Dünən əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Təzəpir məscidinin yenidən bərpasını zəruriləşdirən bir neçə səbəb var idi. Uzun illər ərzində aparılan cari təmir işlərinə baxmayaraq, məscidin kommunikasiyaları dəyişdirilmədiyindən köhnəlmiş və yararsız hala düşmüşdü. Məscidin ətrafını köhnə, qarma-qarışıq tikililər əhatə etmiş, gediş-gəliş yollarında tıxaclar yaranmış, yuxarı məhəllələrdən axıb gələn çirkab suları binanın özülünü qismən zədələmişdi. Məscidin günbəzində çatlar əmələ gəlmiş, iç dekorativ naxışları pozulmaq təhlükəsinə məruz qalmışdı.
İkinci böyük problem məscid kompleksi ərazisində yerləşən Qafqaz Müsəlmanları İdarəsinin inzibati və Bakı İslam Universitetinin tədris binalarının tamamilə yararsız olması idi. Bu tikililər praktik baxımdan müasir tələblərə cavab vermir, texniki qüsurları ilə normal iş fəaliyyətinə əngəl törədirdi.
Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi, milli mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində ölkəmizdə dini etiqad və vicdan azadlığı daim inkişaf edir.
Heydər Əliyev ideyalarına sadiq qalan və onu uğurla davam etdirən Prezident İlham Əliyevin maddi mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Təzəpir məscid kompleksinin yenidən qurulması da əksini tapıb. Son illər Azərbaycanın bütün dini ocaqlarında yüksək səviyyədə aparılan yenidənqurma işləri dövlətimizin başçısının xalqın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin ən gözəl nümunəsidir.
Məhz Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədi ilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksini tapıb. Layihənin memarlıq işləri Ə.Məmmədova, bərpa F.Miralayevə, interyer tərtibatı E.Mikayılzadəyə həvalə olunub. “Azərlayihə” İnstitutu tərəfindən işlənib hazırlanan layihənin icrasını “İnam-AŞ” şirkəti həyata keçirib.
Dövlətimizin başçısı üç dəfə burada olub və fikirlərini bölüşüb, tövsiyələrini verib. Bununla da paytaxtımıza xüsusi yaraşıq verən Təzəpir məscidinin inşası sürətlənib. Prezident İlham Əliyev tikintinin gedişini daim diqqətdə saxlayıb, qarşıya çıxan problemlər dərhal həll olunub, qısa müddətdə bu Allah evi tanınmaz dərəcədə dəyişib, nəfis və möhtəşəm görkəm alıb.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Təzəpir məscid kompleksinə gəlib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısı İlham Əliyevə burada aparılan əsaslı yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verib.
Bildirilib ki, məscid kompleksində ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri görülüb.
Kompleksin ərazisində bu məscid kompleksinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında yenidən qurulmasını bildirən lövhə qoyulub.
Dövlətimizin başçısı ailə üzvləri ilə birlikdə Təzəpir məscidinin önündə xatirə şəkli çəkdirib, bina ilə yaxından tanış olub.
Prezident İlham Əliyevə məsciddə aparılmış işlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, XX əsrin əvvəllərində kinoteatr və anbar kimi istifadə olunmuş binada yenidənqurma işlərinin gedişi zamanı məscidin ətrafı sonradan tökülmüş torpaq qatlarından təmizlənib, onun kürsü hissəsi üzə çıxarılıb, divarın sınmış və çatlamış daşları yeniləri ilə əvəz olunub, divarlar kimyəvi maddələrlə yuyulub. Deformasiyaya uğramış və əksəriyyəti çürümüş qapı və pəncərələr qırmızı şam ağacından olan təzə qapı və pəncərələrlə, minarənin çürümüş məhəccəri döymə üsulu ilə hazırlanmış yenisi ilə əvəzlənib. Məscidin daxilində müasir texnologiya ilə işləyən havalandırma sistemləri quraşdırılıb, döşəmə 30 santimetrə qədər dərinliyə salınıb, döşəməaltı istilik sistemi qurulub. Döşəməyə 720 nəfərlik “Namazgah” xalı döşənib.
Məscidin qadınlar üçün ibadət hissəsi fıstıq ağacından hazırlanmış şəbəkə ilə ayrılıb, metal pilləkən sökülərək üstü taxta ilə örtülmüş dəmir-beton pilləkən quraşdırılıb. Giriş hissəsində eyvanın qarşısı daş şəbəkə ilə bağlanıb və ibadətə gələnlər üçün qarderob yaradılıb.
Məscidin ən cəlbedici yeniliyi onun interyeridir. Burada ümumi sahəsi 1400 kvadratmetr olan divarlarda və gümbəz altında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub. Mehrab kaşı və mərmərdən yığılıb, gümbəzin pəncərə konstruksiyaları təzələnərək şəbəkəli taxta pəncərələrlə əvəzlənib. Gümbəzə ağırlıq gətirən iki tonluq çilçıraq ləğv olunaraq müasir texnologiyalı işiqlandırma sistemləri quraşdırılıb. Eyni zamanda, əsas zalda 52, qadınların ibadət etdiyi hissədə 5 divar çilçırağı asılıb.
Məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Günbəzin üstü isə Qızılqaya daşı ilə üzlənmiş, burada dekorativ elementlərlə bərabər, yuxarı hissədə “La İlahə İlləllah” kəlməsi 6 dəfə təkrar olunub. Dekorativ oyma detallarının və yazılı kəlmələrin üzəri yüksək əyarlı qızıl təbəqə ilə örtülüb. Gümbəzin üstü hündürlüyü 1,6 metr olan daş sancaqla tamamlanıb.
Günbəzin tən ortasında “Qurani-Kərim”dən “Nas”, dairələrdə “Ayətül-kürsü”, kiçik gümbəzlərdə isə “Həmd” surələri həkk olunub.
Məsciddə uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini qarşılayıblar.
“Qurani-Kərim”dən ayələr oxunub.
Sonra dövlətimizin başçısı kompleksin mərasim zalları yerləşən korpusuna baxıb. Bildirilib ki, burada müxtəlif dini mərasimlər yerinə yetiriləcək, o cümlədən ehsan və kəbin mərasimləri icra olunacaq. ümumilikdə binada 1600 nəfərə xidmət etmək üçün 6 mərasim zalı yaradılıb. Bu korpusda xarici qonaqların qəbulu, yerləşdirilməsi üçün otaqlar da var.
Prezident İlham Əliyev Bakı İslam Universitetinin tədris korpusu ilə də tanış olub. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılıb. Binanın yarımzirzəmi hissəsində yeməkxana və kitabxana yerləşir. Korpusun bir hissəsində müasir tələblərə cavab verən qazanxana, damında isə “çiller” havalandırma sistemi quraşdırılıb. Bu sistemlə məscidin ətrafındakı bütün tikililər havalandırılır.
Təzəpir məscid kompleksinin ərazisindəki birmərtəbəli yöndəmsiz tikililər sökülərək yerində Qafqaz Müsəlmanları İdarəsi üçün beşmərtəbəli inzibatı bina inşa edilib.
ümumi sahəsi 4100 kvadratmetr olan inzibati binada xidməti otaqlar, 50 yerlik kiçik konfrans zalı yerləşir. Birinci mərtəbədə sahəsi 340 kvadratmetr olan 6000 kitablıq kitabxana var. Kitabxananın interyeri ağac materialı ilə bəzədilib, tavanda 32 çilçıraq quraşdırılıb. Kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün ministudiya yaradılıb. Kompyuterlərlə təchiz edilmiş kitabxananın zəngin kitab fondu var.
Dövlətimizin başçısı burada nümayiş olunan qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxıb, xatirə kitabına ürək sözlərini yazıb.
Binanın vestibülünün interyerində ağac üzərində oyma detallardan geniş istifadə olunub.
Ərazidə 900 kvadratmetr sahəsi olan 250 yerlik müasir tipli konfrans zalı inşa edilib. Zalın ayrıca havalandırma sistemi var. Zalda işıqlanma üçün 360 şamlıq xüsusi çilçıraq sifariş edilib. Tavan və gümbəzin altı dekorativ ağac detallarla bəzədilib. Məscidin qarşısında sürüşmənin qarşısını almaq üçün xüsusi dəmir-beton konstruksiya quraşdırılıb və torpaq qatı yol səviyyəsindən 1 metrə qədər götürülüb.
Kompleksin ərazisində 820 kvadratmetr sahəsi olan kiçik mərasim zalları, 80 kvadratmetrlik qurbangah, 200 kvadratmetrlik qadın və kişi dəstəmazxanaları və s. tikilib. Torpağın altında 480 kubmetr həcmində su çəni quraşdırılıb, yüksək gücə malik generator və əlavə elektrik tənzimləyicisi qoyulub. Kompleksin ətrafında 4500 kvadratmetr sahəyə Ukrayna və Hindistandan gətirilmiş qranit-mərmər plitələr döşənib.
Binaların fasadları Qızılqaya daşından yonulmuş şəbəkə və mürəkkəb memarlıq detalları ilə üzlənib. Bundan başqa, Mustafa Sübhi küçəsindən məscidin ərazisinə girişdə oyma detallarla bəzədilmiş portal tipli yaraşıqlı darvaza quraşdırılıb, keçid hissəyə isə tökmə metal darvaza qoyulub. Mirzə Fətəli küçəsindən olan keçid portalı sökülərək yenisi ilə əvəz olunub və burada da yeni metal darvaza quraşdırılıb. Məscidin qarşısında üç fəvvarəli hovuz tikilib, fəvvarələr iri həcmli daşdan yonulub, içərisi kaşı ilə üzlənib.
Mustafa Sübhi küçəsində baş portala yaxın hissədə bir sıra köhnə tikililər sökülərək ibadətə gələnlərin rahatlığı üçün 50 yerlik avtomobil dayanacağı yaradılıb. 2000 kvadratmetrə yaxın divar Ağlay daşı ilə üzlənib. Boşaldılmış ərazidə müasir elektrik şəbəkəsi binası inşa edilib. Yöndəmsiz hala düşmüş Lev Tolstoy küçəsi yenidən qurularkən 4000 kubmetrə yaxın torpaq işi görülüb, qonşu binaların 1400 kvadratmetr fasadı bərpa edilib, yerə 2500 kvadratmetrə yaxın səki daşı döşənib. Məscidin ərazisinə iri avtomobillərin girişi üçün Mustafa Sübhi və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində ayrıca metal darvaza quraşdırılıb.
Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib.
Mərasimin rəsmi hissəsi başlanıb. Tədbir iştirakçıları Prezident İlham Əliyevi sürəkli alqışlarla qarşılayıblar. Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Dövlət başçısı İlham Əliyev bildirib ki, əsaslı təmirdən və yenidənqurma işlərinin aparılmasından sonra Təzəpir məscidi yenidən fəaliyyətə başlayır. Məscid əsaslı təmir edilib, ərazisi genişləndirilib, ətrafdakı bir neçə ev köçürülüb və bir sözlə, bu gün burada - tarixi bir yerdə həm bizim milli və dini dəyərlərimizi əks etdirən gözəl kompleks, eyni zamanda, ən müasir standartlara cavab verən yeni gözəl şərait yaradılıb: “Biz ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca, məna daşıyan dəyər Azərbaycanın milli dəyərləridir”.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
