/ / “Bakı-2017”nin sərbəst güləş yarışlarında Azərbaycan idmançıları 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar
“Bakı-2017”nin sərbəst güləş yarışlarında Azərbaycan idmançıları 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar
23.05.2017 [10:14]
Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların sonuncu - ikinci günündə sərbəst güləşçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarına baxıblar.
Gün ərzində sərbəst güləşçilər dörd çəki dərəcəsində medallar uğrunda mübarizə aparıblar.
Xalça üzərinə 61 kiloqram çəki dərəcəsində çıxan ikiqat dünya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Hacı Əliyev həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov üzərində təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara İran idmançısı Məsud İsmayılpurcuybari və pakistanlı Abdul Vahab layiq görülüblər.
Qalib idmançılara medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.
Çempion pəhləvanımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
Sərbəst güləş yarışlarının ikinci günündə milli komandamızın aktivinə ikinci qızıl medalı Cəmaləddin Maqomedov yazdırıb. Yarışda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Dünya Kubokunun qalibi Cəmaləddin Maqomedov həlledici görüşdə Qazaxıstan pəhləvanı Daulet Şabanbay ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib gələn pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Salim Ercan və iranlı Caber Sadeqzadeh sahib olublar.
Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.
Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
Azərbaycan pəhləvanı Murtuzəli Müslümov (70 kq) İran təmsilçisi Mostafa Hosseynxani ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində Bəhreyn təmsilçisi Adam Batırov və Türkiyə idmançısı Zafer Dama qərarlaşıblar.
Sərbəst güləş üzrə milli komandamızın aktivinə bürünc medalı isə Olimpiya çempionu Şərif Şərifov (86 kq) yazdırıb. İdmançımız bürünc medal uğrunda görüşdə Tacikistan güləşçisi Baxodur Kodirov üzərində təmiz qələbə qazanıb. Bu çəki dərəcəsində qızıl medal İran idmançısı Həssən Yazdaniçəratiyə, gümüş medal isə türkiyəli Selim Yaşara nəsib olub. Digər bürünc medalı isə Qazaxıstan təmsilçisi Adilet Davlumbayev aktivinə yazdırıb.
Beləliklə, sərbəst güləşçilərimiz IV İslam Həmrəyliyi Oyunlarında 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

