Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib

Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib

04.07.2009 [12:11]

Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı ATƏT-in xətti ilə dünən Xankəndidə, Şuşada olub, oradan Ermənistana gedərək, Prezident Serj Sarkisyan ilə görüşüblər. Həmin gün qrupun üzvləri İrəvandan Bakıya gəlib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olublar. Qrupa Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Armen Smbatyan, “Arovat” qəzetinin baş redaktoru Aram Abramyan, “Mediamaks” informasiya agentliyinin direktoru Ara Tadevosyan, “Novoye Vremya” qəzetinin jurnalisti Armen Xanbabyan, Ermənistan Milli Məclisinin deputatları Ermine Naqdalyan, Mxitar Mnasakanyan, futbolçu Eduard Markarov, S.Paradcanov muzeyinin direktoru Zaven Sarqsyan, İctimai Təşkilatın direktoru Şuşan Katlamadcan, Dağlıq Qarabağdan tibb işçisi Lyudmila Qriqaryan, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu, Azərbaycan Milli Məclisinin deputatları Asim Mollazadə, Rövşən Rzayev, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Şuşa İcra Hakimiyyəti mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov, “Qarabağ” qəzetinin baş redaktoru çingiz İsmayılov daxil idilər. Görüşdə  dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bildirərək  vurğulayıb ki, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində, həmçinin Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməklə həll edilə bilər.

Paylaş:
Baxılıb: 1224 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30